3.Çoxalma. Orqanizmlərin özünütörətmə qabiliyyəti nəticəsində Yer üzərində
həyat fasiləsiz olaraq mövcuddur. Valideynin özünəoxşar nəsil törətməsi irsiyyət sa-
yəsində mümkün olur. Lakin orqanizm daim mühitin təsirinə məruz qaldığı üçün bu
oxşarlıq tam olmur, yəni dəyişkənlik yaranır.
4. Böyümə və inkişaf. Böyümə orqanizmin kütlə və ölçülərinin artmasıdır. İnki-
şafla müşayiət olunan böyümə sayəsində orqanizmdə yeni keyfiyyət dəyişikliyi
yaranır.
5. Hərəkət. Canlıların xüsusiyyətlərindən biri onda hərəkətetmə, yəni fəzada yer-
dəyişmə qabiliyyətinin olmasıdır. İstənilən canlı orqanizmlərdə sitoplazmanın hərə-
kəti baş verir. Hətta müəyyən substrata yapışmış orqanizmlər də zəif hərəkətetmə
qabiliyyətinə malikdirlər. Orqanizmlərdə aktiv və ya passiv hərəkətlər müşahidə edi-
lir.
6. Qıcıqlanma. Canlının ən başlıca xüsusiyyəti olub xarici mühitin təsirinə qarşı
orqanizmin cavabvermə qabiliyyətidir. Amöbün qidaya doğru hərəkəti və ya duz
kristalı qoyulmuş sahədən uzaqlaşması, bitkilərin günəş işığına, rütubətə qarşı
verdiyi cavab reaksiyası qıcıqlanmaya misaldır.