Şəkil 5.14. Transformasiya sektorunun prosesləri (2009, ÜET-nin faizi ilə)
Azərbaycan son illərdə elektrik enerjisi istehsalı sahəsində bir sıra isla-
hatlar həyata keçirdi. Bunlardan ən əhəmiyyətlisi elektrik enerjisi istehsa-
lında neft məhsullarından təbii qaza keçid olmuşdur. Belə ki, təbii qazla
elektrik enerjisi istehsalı neft məhsullarına nisbətən daha səmərəlidir və
ekoloji cəhətdən daha təmizdir. Digər islahatlara isə Bakı ətrafında daha
enerji səmərəli istilik elektrik stansiyalarının tikilməsini və son illərdə
həyata keçirilən alternativ və bərpaolunan enerji resurslarından istifadəni
misal göstərmək olar. Diaqram 15-dən görünür ki, Azərbaycan transfor-
masiya proseslərində 20-25% enerjiyə qənaət edə bilər ki bu da, ÜET-nın
5-6%-nəbərabərdir.
- 134 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR