Enerji səmərəliliyi: İnstitutsional aspektlər Dünyanın inkişaf etmiş ölkələri ənənəvi enerji mənbələrinin tükənməsi
və istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə ala-
raq, ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə
edirlər. Bu ölkələr sırasında ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç,
Danimarka, İspaniya, Yaponiya və Çin daha qabaqcıl mövqe tuturlar. Bu
kimi ölkələrdə bərpa olunan enerji mənbələrinin payına ümumi istehsal
olunan enerjinin 13,5 %-i düşür.
Azərbaycanda ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji
mənbələrindən geniş istifadə potensialı var. Buna ölkəmizin əlverişli coğ-
rafi mövqeyi və iqlim şəraiti imkan verir. Bu sahədə aparılacaq işlər böyük
miqdarda yanacağa qənaət etməklə yanaşı, eyni zamanda ətraf mühitə atılan
zərərli tullantıların miqdarını da azaldar.
“Azərbaycan - 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına görə alter-
nativ (bərpa olunan) enerji mənbələrindən istifadənin sürətləndirilməsi
məqsədilə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, institusional mühi-
tin inkişaf etdirilməsi, elmi-texniki potensialın gücləndirilməsi, mütəxəssis
hazırlığının davam etdirilməsi və enerji istehlakçılarının maarifləndirilməsi
istiqamətində işlərin aparılması planlaşdırılır. Bu sahədə dövlət tərəfindən
həyata keçirilən layihələrlə yanaşı,özəl sektorun da bu prosesdə yaxından
iştirakı təşviq ediləcək, alternativ enerji tariflərinin çevik tənzimlənməsi
təmin ediləcəkdir. Enerji səmərəliliyinin təmin olunması institutsional isla-
hatların həyata keçirilməsini, idarəetmə sistemlərinin müasirləşdirilməsini
və yeni keyfiyyət mərhələsinə qaldırılmasını tələb edir. Səmərəli dövlət
tənzimlənməsi , enerjidən səmərəli istifadə edən və yüksək əlavə dəyər yara-
dan ixrac yönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin
kompleks inkişafına şərait yaradacaqdır.
Dünya təcrübəsindən istifadə edərək, alternativ və bərpa olunan enerji
mənbələri hesabına yeni enerji güclərinin yaradılması məqsədi ilə 2004-cü
il 21 Oktyabrında 462 N-li sərəncam ilə “Azərbaycan Respublikasında alter-
nativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət
Proqramı” təsdiqlənmişdir.