Odlar Yurdu Kolleci İstehsalat Təcrübəsi Hesabatı



Yüklə 139,24 Kb.
səhifə1/17
tarix25.04.2023
ölçüsü139,24 Kb.
#102202
  1   2   3   4   5   6   7   8   9   ...   17
Məmmədzadə Xanım


Odlar Yurdu Kolleci
İstehsalat Təcrübəsi
Hesabatı
İxtisas: Marketinq
Qrup: 21 MR
Ad: Xanım
Soyad: Məmmədzadə
Ata adı: İlqar
Mövzu: Marketinq mühiti.
Təcrübə yeri: “İqtisadiyyat, Menecment və Biznes institutu”
Təcrübə rəhbəri: B/m Yunusova Nuranə Ramiz


Bakı 2023


Hesabat
Plan:
1) Marketinq mühitinin mahiyyəti.
2) Mikromühit və onu təşkil edən amillər.
3) Makromühit və onun əsas amilləri.


Marketinq mühitinin mahiyyəti.
Müəssisənin marketinq fəaliyyəti, digər iqtisadi fəaliyyət növləri kimi, marketinq ətraf mühi­ti adlanan müəyyən mühitdə baş verir. Marketinqin ətraf mühiti dedik­də müəs­sisənin bazar fəaliyyətinə, istehsal-satış fəaliyyətinə təsir edən subyektlərin və amillərin məcmusu başa düşülür.
Marketinqin ətraf mühit amillərinə verilən tərifdən göründüyü kimi, onun tər­kibi çox rəngarəng və müxtəlifdir. Onların hər biri marketinqə müxtəlif cür tə­sir edir. Buna görə də həmin amillərin təsnifləşdirilməsi və onların marketinqə təsir dərəcəsinin aşkar edilməsi mühüm əhəmiyyət kəsb edir.
Müəssisənin marketinq fəaliyyətinə təsir edən subyektlərin və amillərin milli iqtisadiyyatın səviyyəsinə aid olmasına görə marketinqin ətraf mühiti makromühit amillərinə və mikromühit amillərinə bölünür.
Marketinqin makromühit amillərinə milli iqtisadiyyatın makro səviyyəsinə aid olan, yalnız müəssisənin bazar fəaliyyətinə deyil, bütün bazar subyektlərinin fəaliyyətinə təsir edən qlobal amillər aiddir. Bura sosial-iqtisadi mühit, siyasi-hüquqi mühit, təbii mühit, mədəni mühit, texnika və texnologiya mühiti və coğrafi mühit amilləri aiddir.
Marketinqin mikromühiti dedikdə bilavasitə müəs­si­sə ilə iqtisadiyyatın eyni səviyyəsində yerləşən və onun fəaliyyətini təmin edən, onun fəaliyyətinə təsir edən bazar subyektləri və amilləri başa düşülür. Bu amillər də öz növbəsində müəssisə-daxili amillərə və müəssisədənkənar amillərə bö­­lünür.

Yüklə 139,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin