Gəlirlərinsəviyyəsi. Əhalinin gəlirlərinin səviyyəsi dedikdə onun müəyyən vaxt ərzində qazandığı, əldə etdiyi gəlirlərin məbləği başa düşülür. Bu göstəriciyə görə dünya ölkələri 5 qrupa bölünür:
1) ailə gəlirləri çox aşağı səviyyədə olan ölkələr;
2) ailə gəlirləri əsasən aşağı səviyyədə olan ölkələr;
3) ailə gəlirlərinin çox aşağı və çox yuxarı səviyyədə olduğu ölkələr;
4) ailə gəlirləri aşağı, orta və yüksək səviyyədə olan ölkələr və
5) ailə gəlirləri əsasən orta səviyyədə olan ölkələr.
Əhalinin alıcılıq qabiliyyəti bilavasitə onların gəlirlərinin səviyyəsi ilə müəyyən edildiyindən marketinq fəaliyyətinə ciddi surətdə təsir edir. Belə ki, əhalinin gəlirlərinin səviyyəsi yüksəldikcə bahalı, ekoloji cəhətdən təmiz və prestijli məhsulların satışı imkanları genişlənir və satışın həcmi artır.
Ailəbüdcəsininbölüşdürülməsi. Müxtəlif istehlakçılar müxtəlif amillərdən (məsələn, statusundan, hansı sosial qrupa aid olmasından, mədəni səviyyəsindən və s.) asılı olaraq öz gəlirlərini müxtəlif məhsulların alınmasına yönəldirlər, yəni onu müxtəlif cür bölüşdürürlər. Başqa sözlə desək, ailə büdcəsinin bölüşdürülməsi ailənin istehlak strukturunu xarakterizə edir.
Sosialsiniflər.Sosial sinifləroxşar dəyərlər sisteminə, maraqlara və davranışa malik olan nisbətən stabil ictimai qruplardır. Ölkə əhalisi peşə fəaliyyətinə, təhsil səviyyəsinə, maddi rifah halına və s. xüsusiyyətlərinə görə sosial siniflərə bölünürlər. Konkret sosial sinifə daxil olan hər bir alıjının davranışı və məhsula münasibəti həlledici dərəcədə həmin sosial sinfin davranışı və münasibətilə müəyyənləşir, onlar bu və ya digər məhsulun satın alınmasına dair qərar qəbul edərkən həmin sosial sinifə daxil olan digər şəxslərin rəyini nəzərə alırlar. Buna görə də bir çox müəssisələr məhsulların hazırlanmasında konkret sosial sinifin davranışını, tələbatlarını və digər xüsusiyyətlərini nəzərə alır və buna uyğun olaraq öz məhsullarını differensiallaşdırırlar.