YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
vergi növünə eyni zamanda CO2 vergisi də deyilir
12
. Karbon vergisi “yaşıl”
subsidiyaların çatışmazlıqlarını nisbətən kompensasiya edir. Beləki, karbon
vergisi “qəhvəyi iqtisadiyyat” əsasında formalaşan bir alət olduğuna görə
onun əsas məqsədi gəlir götürmək və təbii resurslardan istifadənin qarşısını
almaq deyil, əksinə qlobal çirklənməni azaltmaq və təbii resursları qorumaq-
dır. Bu vergi növü ətraf mühitə ziyan verən sahələrə tətbiq olunduğu üçün
dövlət büdcəsinə ziyan vurmur və həm də yoxsulluq probleminə də müsbət
təsir göstərir. Başda Skandinaviya ölkələri olmaqla, Hollandiya, İngiltərə və
Almaniya kimi dövlətlər digər vergi yüklərini azaldıb ətraf mühitlə əlaqəli
olan vergi yükünü çoxaltmaqla bu balansı qoruyub saxlaya bilirlər. Bu vergi
növü Azərbaycan şəraiti üçün də məqsədəuyğundur və eləcə də, Azərbaycan
Respublikasının Konstitutsiyasının 39 və 94-cü maddələrinin rəhbər tut-
duğu “çirkləndirən özü ödəyir prinsipi”nin həyata keçirilməsinə də kömək
edir. Hazırda AB-nin Emissiya Ticarəti Sisteminə (EU-ETS) keçməsi ilə
bu vergi növünün əhəmiyyəti bir qədər azalmış kimi görünsə də, bir çox
iqtisadçılar (Nobel mükafatlı Qari Bekker daxil olmaqla) karbon vergisini
dəstəkləyirlər. Vergi vasitəsilə mübarizə, həm təbii ekosistemlərin və həm də
biomüxtəlifliyin qorunması üçün effektiv yol ola bilər.
Yuxarıda verilən bütün izahatları ümumiləşdirsək aşağıdakı sistemi ala bilərik: