YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
- ekoloji cəhətdən zərərli fəaliyyətlərə subsidiyaların verilməsinin aradan
qaldırılması;
- birbaşa dövlət xərcləri (məsələn, ekoloji təmiz infrastruktur və ya təmiz
texnologiya üçün tədqiqat və inkişaf (R & D) fəaliyyətinin təşkili)
- dolayı dəstək (məsələn, ictimai zəmanətlər və s.).
Böyük Britaniya yaşıl iqtisadiyyatın inkişafı üçün bu istiqamətdə FİT (Feed-
in-Tarrifs scheme) adlı güzəştli tarifdən istifadə edir. Bu tarifin mahiyyətinə görə,
əgər kimsə tutaq ki, öz evinin damında günəş paneli və ya külək enerjisi turbi-
ni yerləşdirərsə, həmin şəxslərə bu subsidiya növü tədbiq olunur. Bu alternativ
enerjinin şəxsi istehlak və ya hər hansı bir şəbəkəyə ixracından asılı olmayaraq
həmin vətəndaşa bu hər iki halda müyyən məbləğdə pul ödənilir və üstəgəl abo-
nent hər ay ödəməli olduğu enerji xərclərindən azad olur, çünki o artıq ekoloji
cəhətdən həm təmiz, həm də bərpa olunan enerjidən istifadə edir
3
.
Kanada höküməti feed-in tarifləri ilə yanaşı, yaşıl məhsullar istehsal
edən firmalara maliyyə yardımını vençur kapitalı (venture capital) verməklə
göstərir. Banklar və kredit qurumları adətən kredit riskinin minimum oldu-
ğu sahələrə üstünlük verirlər və belə olan halda “yaşıl” firmaların kredit al-
maq imkanları məhdudlaşır. Çünki “yaşıl” firmalar qəhvəyi bazar prinsipləri
əsasında formalaşmış iqtisadi sistemdə fəaliyyət göstərdiyinə görə bu cür
risklərin ola bilmə ehtimalına daha yaxındırlar. Buna görə hökümət bu
öhdəliyi öz üzərinə götürmüşdür, lakin hökumət riskin ən az olması üçün
eyni vaxtda bir neçə firmaya sərmayə qoyur ki, iflasa uğramış firmaların düş-
düyü zərər uğur qazanmış firmalar hesabına ödənilsin. Amma yenə də bu
cür maliyyə yardımı dövlət üçün risklidir.
Almaniyada isə yaşıl iqtisadıyyatın inkişafı üçün ekoloji vergi (Eco Tax)
islahatından istifadə olunur ki, onun da nəticələri bunlardır:
- enerjiyə qənaət və ondan daha səmərəli istifadə;
- kükürd yanacağından pulsuz istifadə;
- bərpa olunan enerji mənbələrinə daha çox investisiya;
- enerjiyə qənaət edən məhsulların istehsalının inkişafı (məsələn, yana-
caqdan səmərəli istifadə edən avtomobillərin istehsalı);
- yeni istehsal edilən avtomobillərin yanacaq istehlakının 20%-ə qədər
azaldılması;
3
http://www.energysavingtrust.org.uk/Generating-energy/Getting-money-back/Feed-In-Tariffs-scheme-FITs_