Burada düşüncənin keyləşməsindən tam itməsinədək təzahür edən sindromlar aiddir. Bu pozuntular üçün xarakterli psixopatoloji simptomlar olmur.
Düşüncənin qaralması sindromları
Deliriy
Pareydoliyaların axını və səhnə-yəbənzər görmə və eşitmə hallüsi-nasiyalarla, hissiyati sayıqlama və hərəki oyanma ilə müşayiət olunan düşüncənin pozulmasıdır. Öz şəxsiyyətində bələdlik (auto-psixi) saxlanılır.
Oneyroid
Yuxuyabənzər düşüncənin pozulmasıdır: ətraf mühitdən tamamilə uzaqlaşması, keçirtdiyi halların fantastik məzmunu və öz “Ego”sunu dəyişilməsi
Ətraf mühitdən bələdliyi pozulması ilə yanaşı hallüsinoz və kəskin hissiyəti sayıqlama biruzə verir.
Ambulator avtomatizm.
Fuqa,trans.
Absans.
Amensiya
Bu növ düşüncə pozuntu üçün çaşqınlıq və inkoherensiya xasdır, o zaman ətraf mühitdə baş verən hadisələr dərk edilmir, öz daxili mənliyini aydın anlamır, assosiativ qırıqlıq aşkar edilir. Hərəki oyanacaqlıq çarpayı ilə məhdudlaşır. Amensiyanın ən şiddətli mərhələsində katatonik oyanma yaxud stupor, xoreya bənzər hipokinezlər.