Vektor (birölçülü massiv) müəyyən sayda eyni tipli elementlərə malik verilənlərin strukturudur.
Massiv baza adlanan eyni tipli verilənlər ardıcıllığıdır.
Çoxluq özünü eyni tipli təkrar olunmayan verilənlər yığımı kimi təqdim edən strukturdur.
Yazı müxtəlif tip verilənlərlə xarakterizə olunan sonlu sayda nizama salınmış sahələr çoxluğudur.
Cədvəl eyni cür təşkil edilmiş yazılar ardıcıllığıdır.
Siyahı qoşulma, açılma əməliyyatlarının tətbiq olunduğu dəyişən sayda elementlərdən ibarət nizamlı çoxluğa deyilir. Elementlər arasındakı qonşuluq münasibətlərini əks etdirən siyahı xətti adlanır.
Xatırladaq ki, verilənlərin strukturu verilənlər çoxluğunda verilmiş əlaqələri özündə əks etdirir.
Verilənllərin strukturunun təqdim edilən informasiyaya daha uyğun olan növünü və onların verilənlərin strukturunun ümumi təsnifat sistemində tuduğu yeri təyin etmək üçün verilənlərin strukturunun müxtəlif təsnifatlarına baxaq.
Verilənlərin strukturunun vacib əlaməti onun elementlərinin nizamlılıq xarakteridir.
Strukturun bu əlamətlərinə görə xətti-nizamlı və ya xətti və qeyri-xətti strukturları ayırırlar
Elementlərin FEHM-in yaddaşında qarşılıqlı yerləşməsinin xarakterindən asılı olaraq xətti struktur elementləri yaddaşda ardıcıl paylanmış struktura (vektorlar, sətirlər, massivlər, steklər, növbələr) və elementləri yaddaşda ixtiyari paylanmış struktura (birəlaqəli, ikiəlaqəli və s. siyahılar) ayrılır.
Dostları ilə paylaş: |