Mingəçevir Dövlət Universiteti
Mühəndilik fakültəsi İnformasiya Texnologiyaları kafedrası Verilənlərin strukturu və alqoritimlər fənni
Müəllimə Abdurahmanova Asudə
Mirəliyev Fərman qrupİT21
Mövzu Ağaclar və Qraflar
Ağaclar və qraflar
Verilənlərin strukturu dedikdə, ümumi halda verilənlərin elementlər çoxluğu və onlar arasındakı əlaqələr çoxluğu başa düşülür. Verilənlərin strukturunun vacib əlaməti onun dəyişkənliyidir, yəni strukturun elementlərinin və onlar arasındakı əlaqələrin sayının dəyişməsidir. Strukturun dəyişkənliyinin təyin edilməsində verilənlərin elementlərinin qiymətinin dəyişməsi əks etdirilmir, çünki bu halda verilənlərin bütün strukturları dəyişkənlik xüsusiyyətinə malik olardı.
Dəyişkənlik əlamətinə görə baza, statik, yarımstatik, dinamik və fayl strukturlarını ayırırlar.
Verilənlərin baza, statik, yarımstatik və dinamik strukturları operativ yaddaş üçün xarakterikdir və çox vaxt operativ strukturlar adlanırlar. Fayl strukturları xarici yaddaş üçün strukturlara uyğun gəlir.
Dostları ilə paylaş: |