Yazı və digər yazı növləri arasındakı bəzi önəmli fərqlər


Bəhs etdiyimiz bu giriş böl məsini yekun l aşdıraraq qeyd edirik ki, akademik yazı öz qayda və təcrübələrini diqtə edən xüsusi bir yazı janrıdır



Yüklə 20,87 Kb.
səhifə3/4
tarix19.11.2022
ölçüsü20,87 Kb.
#69852
növüYazı
1   2   3   4
Mövzu - 18

Bəhs etdiyimiz bu giriş böl məsini yekun l aşdıraraq qeyd edirik ki, akademik yazı öz qayda və təcrübələrini diqtə edən xüsusi bir yazı janrıdır.
1. Bu qayda və təcrübələr istifadə edilən ədəbiyyatlardan gətirilmiş sitatlarla dəstəklənən ideyaların təqdimatında müəyyən bir formal ardıcıllıq və ya struktura əsaslanmağa kömək edə bilər.
2. Akademik yazıda punktuasiya, qrammatika və orfoqrafiyanın ənənəvi qaydalarına əməl edilir.
3.Nəhayət, akademik yazı bir sıra digər şəxsi yazı formalarından fərqlidir, çünki o, təməl nəzəriyyələrlə bağlıdır, gündəlik həyatda idarəedici proseslərə və təcrübələrə səbəb olur.
Lakin ...
• Akademik yazı işləri son dəqiqədə icra edilməli tapşırıqlar deyil.
• Onlar düşünmə və planlaşdırma tələb edir.
• Onlar sizə əsasən, ədəbiyyata əsaslanaraq və ondan istiqamət götürərək, öz rəylərinizi formalaşdırmağa imkan verir.
• Onlar həmçinin, sizdən öz fikirlərinizi aydın şəkildə təqdim edə biləcəyiniz arqumentlərə çevirməyi tələb edir.
• Eyni zamanda, onlar sizdən cümlələrinizin mümkün qədər aydın yazıldığına əmin olmağınızı tələb edir, çünki yazı dili asanlıqla yanlış anlaşılmaya səbəb ola bilir.
Nəhayət, yazı işləri sizə düşünmə, yazma və qiymətləndirmə bacarıqlarınızı gücləndirmək imkanı yaradır.
1.Akademik Yazı Növlərinin Quruluşu:
Ön hissə
• Titul vərəqi
• Mündəricat
- yazının strukturunu əks etdirir
- məntiqi ardıcıllığı və problemin təhlilindəki bölgüləri göstərir
- yazıdakı fəsilləri və onlara aid hissələri əks etdirir
• Minnətdarlıq yazısı (akademik işin yazılmasında köməklik göstərən şəxslərə minnətdarlıq)
• . Abstrakt
Xülasə
a) elmi yazı işinizdəki əsas fikir və tapıntıları çatdırır;
b) onları qısa və yığcam şəkildə ifadə edir:
- tədqiqatın məqsədi və vəzifələri
- problemi
- tədqiqat metodu
- yeniliklər
Yazının əsas hissəsi

• Giriş
- Tədqiqatın məqsədi və obyekti haqqında ətraflı məlumat verir;


- Problemi və ya vəziyyəti təhlil edir;
- Mövcud tədqiqatları təhlil edir. Boşluqlar qeyd olunur;
- Tədqiqat sualı qeyd olunur;
- Tədqiqat metodu göstərilir;
- Tədqiqatın çətinliklərini və imkanlarını ifadə edir;
- Lazım gəldikdə, mövzuya dair tarixi məlumat verilir.

• Fəsillər - arqumentlər və əsaslandırmalar:


- Mövzu fəsillərə və yarım-fəsillərə bölünməlidir.
- Arqumentlərinizin məntiqi ardıcıllığı gözlənilməlidir.
- Əsaslandırma olaraq cədvəl və diaqramlar qoyulmalı və izah edilməlidir.
- Hər bir cədvəl və ya diaqram nömrələnməlidir. Məsələn: Cədvəl 1 və s.
- Bir hissədən digərinə keçid olmalıdır.
- Hər bir hissənin sonunda əhatə olunan mövzuya dair 1 -2 cümlə ilə nəticə göstərilməlidir.

Yekun Hissə


• Nəticə və tövsiyyələr


- Əsas hissədə təhlil olunan fikirlər ümumiləşdirilir.
- Arqumentlərə əsasən hansı addımıların atılmasının zəruri olması haqqında tövsiyyələr edilir.

Yüklə 20,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin