Əzizim Anar,sən son 30-40 illik ədəbiyyatımızda öz dəst-xəttini qoyan,bu aləmdə
567
«Ağ qoç,qara qoç» şedevrini yaradan Anarın bədii yaradıcılığının başladığı dövrü
xatırlayıram, «Molla Nəsrəddin 66» adıyla çap eldirdiyi felyetonlar kitabından təxmin
etmək olardı ki, Anar kimdir və kim olacaq.Ömrü boyu Cəlil Məmmədquluzadəyə
vurğunluğunu sədaqətlə saxlayan ədibin kino aləmində də Mirzə Gəlillə yanaşı,daha iki
dahimizə --Üzeyir bəyə,Hüseyn Cavidə müraciəti onun ədəbiyyatda böyük amallara
xidmət etdiyini sübut edir.Böyük amal böyük şəxsiyyətlərə məxsus xüsusiyyətdir.
Hekayələrinin, povestlərinin, romanlarının cahanşümul ideyaları arasında ən müdrik
əsərləridən birini doğma Azərbaycana həsr etməsi, geniş əhatəli ictimai fəaliyyəti,
qurultaylarda, Milli Məclisdə,ictimai-siyai tədbirlərdə nitqləri,məqalələri də Anar
şəxsiyyətinin böyüklüyünü göstərir.
İSA MUĞANNA
Zənnimcə Anarın «Uzun ömrün akkordları» filmi incəsənət tarixi salnaməsində.elə
başlanğıc kadrlarında təcəssüm edilmiş dahiyanə tapılan ideya sayəsində - səfalı təbiətin
intəhəsız
ənginlikləri,şəffaf
bulaqlar,dərin
dərələr,qədim
ağacların
yarpaq
xüşültüları,pak,bullur sehrli uzaq səsləri,- bir şah əsər kimi qalacaqdır.
Dostları ilə paylaş: