579
YAZIÇILARIN AVTOBUS SÖHBƏTLƏRİNDƏN:
ANAR: Bayaqdan bəri etdiyiniz söhbətlərə mən də fikrimi bildirmək
istəyirəm.Xüsusiylə üç məsələylə bağlı.Birinci məsələ ondan ibarətdr ki, Çingiz deyir,əgər
dedektiv oxusaydılar Qarabağ məsələsi başqa cür olardı.Sonra da özun misal gətirisən
ki,Dostoyevskinin «Besı» əsəri inqilaba qarşıdır…Rus xalqı «Besı»nı oxuyandan sonra
inqilab elədi,kommunizmi gətirdi,smosyalizmi gətirdi və Dostoyevskinin göstərdiyi bütün
o dəhşətlər ki,vardı, təsəvvur eləmək olardı,hamısı gəldi başına. Yaxud alman ədəbyyatı ki,
böyük,dahi ədəbiyyatdı, Götesi var, Şilleri var,amma faşizmin qabağını ala bilmədi.Deməli
ədəbiyyatın rolunu şişirtmək də lazım deyil ki,guya ədəbiyyat hər şeyin qabağını ala
bilər,eyni zamanda alçaltmaq da lazım deyil. İkincisi süjet məsələsi.Bax,mən sizə belə bir
sücet danışım. Gözəl və cavan qadının əri yaşlı adamdır. O, ərini sevmir.Sonra cavan bir
adama rast gəlir,ondan xoşlanır,onunla yaşamağa başlayırlar,ərindən ayrılır. Axırı da faciə
ilə qurtarır.Bu hansı əsərin süjetidir?
Dostları ilə paylaş: