Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə231/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   227   228   229   230   231   232   233   234   ...   274
FƏRHAD  BƏDƏLBƏYLİ 

 

Anarın  həmişə  ictimai-siyasi,ədəbi-bədii  hadisələrin  diqqət  mərkəzində  olmağı  heç 



də təsadüfi deyil.Anar olmayanda belə yeri görünən nadir zialılarımızdandır. Bu gün Anar 

bir yazıçı kimi bizim hamımızdan daha çox yaddadır və daha çox «dildə-ağızdadır». 



MÖVLUD  SÜLEYMANLI 

 

Anarın  şəxsiyyəti  fəaliyyəti  heykələ  layiqdir.  Onun  bir  nadir  istedadı  da  dostluq 

etmək istedadıdır. Bir neçə il bundan əvvəl toplumu hazırlayırdım, gördüm ki, sən demə, 

Anar  hekayələrimi  tərcümə  edibmiş.  Bunu  Anarlan  xahiş  etməmişdim.  Diqqətlə 

tərcümələri  nəzərdən  keçirib  gördüm  ki,  necə  də  sevgi  ilə  edib  bu  işi.  O  zaman  Anar 

populyarlığının zirvəsində idi. İşi -gücü başından aşırdı, məni isə əməlli-başlı tanımırdılar. 

Demək, Anar gecələr yuxusuna haram qataraq bu işi görürmüş. Bax, ona bu nəcib səxavət 

- özü bəyəndiklərini başqalarına da tanıtmaq, sevdirəmk həvəsi xasdır. 



RAMİZ   RÖVŞƏN 

 

«525»-i izləyənlər bilməmiş deyillər ki, üç il əvvəl Elçibəy iqtidarı tərəfindən Ramiz 



Rövşənə  verilən  evin  orderi  ləğv  olunmuşdu  və  şair  artıq  bir  neçə  aydı  ki,  atasının 

Əmircandakı mülkünün yarırütübət otaqlarından çıxıb kirayədə yaşayırdı. 

Görünür,  Yazıçılar  Birliyinin  rəhbərləri  şairin  mənzil  probleminin  real  vəziyyətini 

Prezidentə  çatdira  biliblər.  «Mənə  dedilər  ki,  R.Rövşən  müxalifətə  yaxın  adamdır.  Nə 

olsun!  Müxalifətdə  olanlar  da  bu  ölkənin  vətəndaşlarıdır»  -  deyən  prezident  R.Rövşənin 

mənzil məsələsinin həllinə göstəriş verdi. 

 «525-ci qəzet» 1 noyabr 1997 



584 

 

Anarın  şərhi:  1997-ci  ildə  Yazıcıların  Qurultayı  ərəfəsində  Prezident  H.Əliyev  bir 

gün  yaşlı  yazıçılarla,  səhərisi  gün  gənclərlə  görüşdü.  Yaşlı  yazıçılarla  görüş  zamanı 

B.Vahabzadəyə  və  M.Araza  mənzil  verdiyini  söylədi.  Gənc  yazıçılarla  görüşdən  qabaq 

Prezidentin  yanına  getdim:  «Dünən  iki  yaşlı  şairimizə  mənzil  vermənizi  məmnuniyyətlə 

qarşıladıq,  -  dedim,  -bu  gün  gənclərlə  görüşdə  kirayədə  qalan  istedadlı  şairimiz  Ramiz 

Rövşənə də mənzil vermənizi xahiş edirəm».  

Bildim  ki,  mütləq  Ramizin  müxalifətə  yaxın  olduğunu  çatdıracaqlar,  odur  ki,  bu 

barədə  özüm  dedim  və  R.Rövşənin  ədəbiyyatımızda  xüsusi  yeri  olduğunu  vurğuladım. 

Prezident xahişimi yerə salmadı.(bax,əvvəlki məlumata) 

 

*** 


1988-ci  ildə  televiziyada  Anaraın  50  illiyinə  həsr  edilən  veriliş  hazırlamışdım.O 

verilişdə  belə  bir  fikir  söyləmişdim  ki,  Anar,ola  bilsin,yurdumuzda  yeganə  adamdır    ki, 

tutalım, gecə vaxtı hər hansı bir ucqar kəndimizdə elə birinci qapını döyüb Anar olduğunu 

desə, ona sevinclə qapını açıb qəbul edərlər.  

Sonralar çoxları mənə yanaşıb haqlı olduğumu deyirdilər. 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin