195
***
Hörmətli deputatlar, mən üzr istəyirəm ki, ikinci dəfə danışıram. Amma bu qanun
bizim komissiyada hazırlandığı və burada toxunulan məsələlər çox ciddi olduğu üçün bəzi
fikirləri və bəzi nöqtələri bir də aydınlaşdırmaq istəyirəm. Əvvəla, mən bütün çıxış
edənlərə təşəkkür edirəm.
Bununla bərabər, mən bəzi şeyləri demək istəyirəm. Bu qanunu çox genişləndirmək,
yəni burada hər şeyi əhatə eləmək mümkün deyil. Məsələn, burada belə bir təklif səsləndi
ki, bizim göllər, gölməçələr, filan da qanuna salınsın. Doğrudur, bizim meşələr də qırılır,
ağaclarımız da qırırlar, bu da bir təhlükədir, bu da həyəcan təbili çalınmalı bir məsələdir.
Amma bunların hamısını mədəniyyət qanununda əhatə eləmək mümkün olmaz. Bu, yəqin
ki, başqa sahələrin qanunlarında əks olunmalıdır. Ona görə bunu nə genişləndirmək olar,
nə də daraltmaq olar. Çünki mədəniyyət abidələri belədir ki, bunları heç bir təsisata aid
eləmək olmaz.
Mən də hamımız kimi qəti əminəm və buna heç bir şübhəm yoxdur ki, gec-tez və
arzu edirəm ki, çox tez, bizim o işğal olunmuş torpaqlarımız qayıdacaq. Azərbaycanın
əbədi torpaqlarıdır bu və oradakı abidələri də biz yenidən həyata qaytarmalı olacağıq. İndi
o abidələrin vəziyyəti haqqında məndə məlumat azdır. Yəni mən bilirəm ki, o, düşmən
əlindədirsə, düşmən buna qayğı göstərmir. Ola bilsin, dağıdıb. Yəqin bizim əlaqədar
kəşfiyyat orqanlarında daha dəqiq məlumatlar var. Yaxşı olardı ki, onlar bu barədə bizə
məlumat versinlər və bu abidələrin işğal olunmuş torpaqlarda nə vəziyyətdə olduğunu
bilək. Onların bərpası gələcəyin məsələsi olsa da, onun təməlini bu gün qoymaq lazımdır.
Çünki gec-tez biz onlara sahib duracağıq, yiyələnəcəyik. Amma görək işğal olunmamış
ərazimizdəki abidələrin biz bu gün qeydinə qalırıqmı? Qarabağ abidələri hamımız üçün
əzizdir. O biri tərəfdən də Naxçıvandakı Qarabağlar abidəsi əzizdir, amma maliyyə
vasitələri olmadığından o abidədə bərpa işləri tamamlana bilmir və onun da uçub dağılmaq
təhlükəsi var.
196
Qanunda biz siyahını təqdim eləmirik. Qanunda prinsipi təsdiq edirik ki, gələcəkdə
belə bir siyahı olsun və bunu Milli Məclis təsdiq eləsin. İndi biz təsdiq olunmamış siyahını
bura nə cür çıxara bilərik? Gərək əvvəl qanunda təsdiq olunsun ki, belə bir siyahı
olmalıdır. Ondan sonra da bu siyahını Milli Məclisə təqdim edək.
Qanun bu şəkildə təsdiq olunarsa, onların siyahısı Milli Məclisə çıxarılaraq, xalqın
gözü qarşısında göstəriləcək ki, bax, bu 600 abidə dünya əhəmiyyəti abidədir. YUNESKO-
ya qalsa, YUNESKO bəlkə bunu 15 ildən sonra təsdiq edəcək. Amma biz özümüz bu
abidələri dünya, ölkə əhəmiyyətli abidələr sayırıq, ona görə də bunların siyahısını Milli
Məclisdə təsdiq edirik.
Nizami muzeyindən dedilər. Mən Nizami muzeyi müdirinin məktubunu almışam.
Yazır ki, muzeyin dirəkləri çürüyür, uçmaq təhlükəsi var.Yəni deyirəm, bizim hələ
paytaxtımızda olan abidələri belə təhlükələr gözləyir. Bunu da nəzərə almaq lazımdır.