Sual: Azərbaycan neftinin respublikanın siyasi və iqtisadi dürümüna nə kimi təsiri
var?
Cavab: XX əsrdə neft Azərbaycanın həm böyük sərvəti,neməti olub,həm də başının
bəlası,bir çox fəlakətlərinin səbəbi. Böyük,güclü,harın dövlətlərin qara qızılımıza tamahları
vətənimizin taleyində məşum rol oynayıb.Bu gün dünyanın Azərbaycan neftinə marağı
ölkəmizi müəyyən mənada başqa təcavüzkar iştahlardan sığortalayırsa,sayıqlığımızı bir an
belə əldən verməməliyik. «Neft zənginliyimiz bütün problemlərimizi həll edəcək, kimi
arxayınlaşdırıcı və məhz elə buna görə də təhlükəli illyulyuziyalara qapılmamalayıq.
Sual: İqtidar-müxaliət qarşıdurmasını aradan qaldırmaq,milli həmrəyliyə nail
olmaq üçün hər iki tərəfdən hansı addımların atılmasını zərurui hesab edirsiniz?
Cavab:İlk növbədə hər iki tərəf bir-birini real qüvvə imi qəbul etməli və bir-biriylə
hesablaşmalıdır…Yazıçılar arasında belə bir lətifə var,Stalinə sovet yazıçılarının naqis
cəhətləri haqqında xəbərçilik edən partiya məmurana Stalin: nə etməli,bunlarla
işləməlisiniz,-deyib -mənim sizin üçün başqa yazıçılarım yoxdur.
İqtidar müxalifətin hərəkətlərindən,bəyanatlarından narazı qala bilər,amma nə etməli
ki,başqa müxalifətmiz yoxdur. Demokratik cəmiyyətdə isə müxalifətin labüdlüyü hər kəsə
aydın olan həqiqətdir. Eyni zamanda müxalifət,iqtidarı bu gün Azərbaycanı idarə edən real
qüvvə kimi qəbul etməyə məcburdur.Bu mətləb o qədər ciddi və vacibdir ki,burada
söz,ifadə,formula çığallığına yol vermək olmaz. Ancaq «muxalifətəm» deyə iqtidarın
bütün hərəkətlərinə ağız büzmək,bütün addımlarını mütləq inkar etmək düz deyil,çalışıb
birgə fəaliyyətin mümkün olduğu sahələrdə,məsələn Qarabağ məsələsində çiyin-çiyinə
addımlamaq lazımdır. Müxalifət iqtidarın uğurlu addımlarına göz yummamalıdır,iqtidar
müxalifətin hər təklifini qapıdan qaytarmamalıdır. Bu iş birliyi Milli Məclisin fəaliyyətində
əyani şəkildə görünməlidir. Dövlət televiziyasında müxalifət və iqrtidar nümayəndələrinin
dialoqlarının,sivil diskussiyaların,mədəni mübahisələrinin təşkili çox mühüm
361
məsələdir.Şübhəsiz ki, bu ideolo]i və siyasi fikir toqquşmaları heç vəchlə
qeybət,şayiə,böhtan,təhqir səviyyəsinə enməməlidir.
Demokartiya binadırsa,onu yalnız bir tərəfdən tikmək, ucaltmaq olmaz.Bir daşı
iqtidar qoyursa bir daşı da muxalifət qoymalıdır. Muxalitfət: «bu daşı iqtidar qoyub» deyə
həmin daşı götürüb atsa,iqtidar «buranı müxalifət hörüb» deyə kərpicləri yerindən
dəbərtsə, demokratiya binası bir qarış belə yüksəlməyəck.
Dostları ilə paylaş: |