KİTABLARIRIN LATIN QRAFİKASI İLƏ ÇAPI
NİYƏ LƏNGİYİR?
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar bir neçə gün öncə parlament
tribunasından etiraz səsini ucaltdı. Latın əlifbası ilə çap olunacaq kitablara göstərilən
laqeyid münasibətdən şikayətlənən deputat bir başa cavabdehin kim olduğunu söyləməsə
də, onu narazı salan məqamlara toxundu. Yazıçının sözlərindən bəlli oldu ki, dövlət başçısı
bu ilin yanvar ayının 12-də bir çox kitabların latın qrafikası ilə çap olunması haqda fərman
imzalasa da, keçən on ay ərzində bir kitab da latın qrafikası ilə nəşr olunmayıb.
Xatırladaq ki, ötən il bu fərmanın imzalanmasından sonra əsas yük AYB
rəhbəliyinin üzərinə düşdü. Onlar uzun müddət ərzində nəşr olunacaq kitabların bədii
ədəbiyyata aid hissəsinin tərtib olunmasında iştirak edərək bir siyahı tərtib etmişdi.
Doğrudur, elə bu siyahıdakı adlar da çoxlarını narazı salmış, ədəbiyyat düşərgəsində
qalma-qal yaratmışdı. Amma indi nə Anarın, nə də həmin narazıların istədiyi "siyahıda"kı
kitablar nəşr olunmur.
Maraqlıdır. AYB sədrinin bu probiemi parlament tribunasından səsləndirməsi nə
məqsəd daşıyır? Anar problemin həlli üçün lazımi instansiyalara müraciət edibmi?
"'Mən bundan böyük müraciət görmürəm" - deyən Anar «Yeni Müsavat»a
açıqlamasında bildirdi ki, Milli Məclisdə səsləndirilən iradlardan hamı xəbər tutur. O
hesab edir ki, səsi lazımi instanciyalarda eşidildiyi üçün adekvat addımlar atılacaq:
"AYB sədri kimi də, deputat kimi də düşünürəm ki, hörmətli prezidentimiz
yanvarda fərman imzalayıb. Bu gün noyabrın 11-dir, bir kitab da çıxmayıb. Kimin təqsiri
olduğunu mən deyə bilmərəm. Çünki bunu bilmirəm. Onu da deyim ki, bu, AYB-nin,
əsasən də mənim təşəbbüsüm idi. Bizə tapşırıq verilmişdi ki, bu kitabları hazırda yaşayan
yazıçılardan, eləcə də rəhmətə getmiş söz adamlarının ailələrindən yığaq. Biz də bu işi
gördük və təhvil verdik. Ancaq kitabların nəşri nədənsə bizə yox, Milli Elmlər
Akademiyasına həvalə olundu. Bunun səbəbi hələ bəlli deyil. Ümumiyyətlə, bu işə kimin
cavabdeh olduğunu deyə bilmərəm."
223
Anarın dediyinə görə, bu məsələnin ləngiməsi ucbatından çox vaxt ona şikayət
edirlər. O, bəzən "maliyyə imkanları yox idi, gələn ildən olacaq" sözlərini eşitsə də, bunun
reallığa uyğun olmadığı qənaətindədir. "O kitabların hamısının çıxması üçün kifayət qədər
maliyyə ayrılıb" deyən yazıçı məsələnin müsbət həllinə nail olmaq üçün bütün yollara baş
vuracaq: «Məncə, bu məsələnin həllinə mərtəbə-mərtəbə nail olmaq lazımdır. Doğrudur,
prezidentlə təkbətək görüşürsən. Amma MM kürsüsündən səslənən iradı bütün xalq eşidir.
İndi gözləyək. Nəticə olmasa, o biri etapda prezidentlə görüşərik."
"AMAL" Ziyalı Hərəkatının sədri Xalid Əlimirzəyev də Anamın bu çıxışını
müdafiə edir. Deyir ki, bu məsələnin ləngimasi ali məktəblərə yeni qəbul olunan taləbələrə
də problem yaradır, onlar kiril qrafikalı ədəbiyyatı oxuya bilməməkdən şikayətlənirlər:
"Bu, bizim cəmiyyətimizin, təhsilimizin, milli intibahımızın qarşısında duran vacib
məsələdir. Latın qrafikası qəbul olunan ilk gündən bu işlə ciddi məşğul olmaq lazım idi ki,
heç olmasa çox vacib dərsliklər, bədii ədəbiyyat, klassiklərimizin əsərləri, xüsusi
proqramlar latın qrafikası ilə dərc olunsun. Gec də olsa, fərman verilib. Doğrudur, həmin
əsərlərin siyahısında da gördük ki, orada vacib olan əsərlər yoxdur, məsələyə dostbazlıq,
qrupbazlıq prinsipləri ilə yanaşılıb. İndiyə kimi bunun çap edilməməsinin günahı cavabdeh
məmurlarda, eləcə də AYB-də-dir. Anar bunu indi niyə deyir? İkinci günahkar Təhsil
Nazirliyidir. Maraqlıdır ki, Prezident Aparatı bu fərmanın icrasına niyə indiyə kimi nəzarət
eləmir? Bu, çoxdan yetişmiş bir məsəiədir."
X.Əlimirzəyev həsab edir ki, burada hökumətin mənafeyinə toxunacaq heç bir
məsələ yoxdur. Odur ki, onun ləngidilməsi heç hökumətə də sərf etməməlidir: «Bizdə
adətən fərmanlar verilir, həyata keçmir. Qanunun qəbulu ilə onun icrası arasında bir
boşluq, sistemsizlik olur. Bu da ondan irəli gəlir ki, ölkədə məsuliyyət yoxdur."
Dostları ilə paylaş: |