3.1.7. Peşə, vəzifəadları, elmiadlar, titullarvəs. Peşə, vəzifə adları, elmi adlar, titullar o zaman tərcümə olunur ki, tərcümə dilində uyğun gələn birmənalı anlayış və ya yazı olsun.
Məsələn: Lord Blacksend – lord Bleksend
Dr. Watson – doktor Vatson
Mr. Williams – cənab Uilyams
Bir sıra hallarda peşə adının və ya elmi adın daha yaxşı başa düşülməsi üçün həmin adın birinci dəfə çəkildiyi yerdə izahlı tərcümə vermək və/və ya adın orijinal yazılışını mötərizədə və ya qeyd kimi göstərmək olar.
3.1.8. Sitatlar. Kitab, sənədvəs. adları. Əgər mətndə beynəlxalq sənədin və ya orijinal materialın ölkəsinin sənədinin adı qeyd edilibsə, tərcüməçi həmin qanunun və ya sənədin tərcümə dilinin ölkəsinin rəsmi sənədlərində hansı şəkildə göstərildiyini müəyyən etmək üçün qəbul edilmiş mətnli ifadəni tapmalı və tapmaq mümkün olmadıqda, tərcümə etməlidir. Bu zaman ehtiyac olarsa, tərcüməçinin qeydi verilə bilər.
Orijinal mətndəki sitatlar tərcümə edilməlidir. Hamı üçün əlçatan olan ədəbi əsərlərdən, sənədli mənbələrdən, dövri nəşrlərdən və s. götürülmüş sitatların tərcüməsində tərcüməçi həmin fraqmentin tərcümə dilində tərcüməsinin olub-olmadığını müəyyənləşdirməlidir. Əgər tərcüməsi varsa, o zaman tərcümə dilində sitat oradan götürülməli və mənbəyi göstərilməlidir.
Əgər orijinal mətndəki sitat tərcümə dilindən tərcümə olunmuş materialdan götürülübsə, buna xüsusi diqqət yetirilməlidir. Bu halda əksinə tərcümə edilmir, ilkin mənbə tapılır və sitat həmin mənbədən götürülür.
Orijinal mətndəki sitat tərcümə dilindən tərcümə olunmuş materialdan götürülübsə, ancaq obyektiv və ya texniki səbəblərə görə orijinal mətni tapmaq mümkün deyilsə (məsələn, mətndə rusdilli müəllifin əsərindən qısa sitat verilir, ancaq mənbə dəqiq şəkildə göstərilmir, sifarişçi isə, həmin mənbəni təqdim edə bilmir və sitatın axtarışı böyük xərc və vaxt tələb edir), bu halda tərcüməçi həmin sitatı müstəqil şəkildə, ancaq vasitəli nitq formasında tərcümə etməlidir (dırnaq işarəsi olmadan).