Yazisi abiDƏLƏRİ I hiSSƏ Bakı «Elıü və təhsil»



Yüklə 19,67 Mb.
Pdf görüntüsü
səhifə1/36
tarix28.01.2017
ölçüsü19,67 Mb.
#6556
növüYazi
  1   2   3   4   5   6   7   8   9   ...   36

ƏBÜLFƏZ RƏCƏBLİ
QƏDİM  TÜRK YAZISI 
ABİDƏLƏRİ
4   CİLDDƏ
III  CİLD
QƏDİM 
u y g u r
 
YAZISI ABİDƏLƏRİ
I  HİSSƏ
Bakı -  «Elıü və təhsil» -  2010

ÖN  SÖZ
Elmi redaktoru:
Nərmin Əliyeva 
filologiya elmləri namizədi
Əbülfəz  Əjdər  oğlu  Rəcəbli.  Qədim  türk  yazısı  abidələri, 
4 cilddə,  III  cild.  Qədim  uyğur  yazısı  abidələri,  I  hissə.  Bakı, 
«Elm və təhsil», 2010,664 səh.
R
itabda  Şərqi  Türküstanda  (Turfanda)  tapılmış 
qədim uyğur əlifbası ilə yazılmış kitabələr toplan­
mışdır.  Kitabın əvvəlində  bu daş kitabələri tarixə 
yadigar qoyub getmiş qədim  türk xalqlarının tarixi haqqında 
qısa  məlumat  verilir,  sonra  kitabələrin  kəşfi,  oxunması,  ki­
tabələrin özlərinin və onların dilinin araşdırılması tarixi nə­
zərdən  keçirilir.  Daha sonra  Turfan  abidələri -  kitabələrin 
faksimilesi,  transkripsiyası  və  tərcüməsi,  habelə  kitabələr 
haqqında  qısa  qeydlər  təqdim  edilir.  Lüğət əsərin  II hissə­
sinə  daxil edilmişdir.
Əsər bütün  türklər,  o cümlədən  ilk növbədə  bütün azərbay­
canlılar, habelə türk xalqlarının və  dillərinin keçmişi ilə ma­
raqlanan bütün əcnəbilər üçün nəzərdə tutulmuşdur.
4602000000 -1 1   л
-------------------  Qrıflı nəşr
N -
 0 9 8 -2 0 1 0
© «Elm və təhsil», 201'
/*4L
  y /ılli  oyanışın,  milli  dirçəlişin  müəyyən  tarixi 

j \ / t
  dövrlərində  xalq,  m illət  öz  tarixi  keçmişinə  daha 
m'  V L ç
ox  maraq  göstərir,  öz  kökünün  haradan  olduğunu 
öyrənmək  istəyir.  Digər  tərəfdən,  milli  oyanış,  milli dirçəliş  milli 
dilin, xüsusən  milli ədəbi dilin sürətli  inkişafına təkan verir. Millət 
öz  varlığım  qorumaq  istəyirsə,  millət  öz  mənliyini  görmək 
istəyirsə,  öz  milli dilini  qoruyub  saxlamalı,  inkişaf  etdirməli,  onu 
ictimai  həyatın  bütün  sahələrində  işlədə  bilmək  üçün  sazlamah, 
saz 
halda 
saxlamalıdır. 
M illətin 
varlığı 
onun 
dili 
ilə 
müəyyənləşdirilir,  zira  dil  milli  varlığın  ilkin  və  ən  mühüm 
əlaməti,  birinci şərtidir.  Dil  ölərsə,  millət də ölər.
Milli  intibah,  milli  dilin  inkişafı  öz  növbəsində  milli  ədəbi 
dilin yaranması,  formalaşması  və  inkişafı problemlərini öyrənməyi 
günün 
vacib 
m əsələlərindən 
birinə 
çevirir. 
Milli 
dilin 
yaranmasında  və  inkişafında  hansı  mənbələr,  hansı  qaynaqlar  və 
necə  iştirak  etmişdir,  dil  öz  inkişafı  boyu  hansı  dillərlə  və  necə 
təmasda olmuşdur təmasda  olduğu  dillərə necə  təsir göstərmişdir? 
Milli  dilin  formalaşması  və  inkişafı  tarixini  öyrənmək  üçün bu  və 
bunun kimi onlarla suala cavab verm ək lazımdır.
Başqa türk dilləri üçün olduğu kimi, Azərbaycan dili üçün də 
ən  qədim   yazılı  m ənbələr  bəzən  ədəbiyyatda  run  əlifbası  da 
adlanan  Orxon-Yenisey  əlifbası  ilə  daş,  ağac,  kağız  və  m üxtəlif 
əşyalar üzərində yazılmış m ətnlər və uyğur əlifbası ilə yazılmış və 
əksəriyyəti  dini  məzmun  daşıyan  mətnlərdir.  Birinci  tip  mətnlər 
elmi  ədəbiyyatda  Orxon-Yenisey  abidələri,  qədim  türk  Orxon- 
Yenisey yazısı abidələri,  qədim  türk run yazısı abidələri və  s. kimi 
adlanır.  Bu yazılı  abidələr oxucuya təqdim edilən bu əsərin birinci 
hissəsində  toplanmışdır.  İkinci  tip  mətnlər  qədim  uyğur  yazısı 
abidələri  adlanır.  Bu  abidələr  həm   sayca  Orxon-Yenisey 
abidələrindən  çoxdur,  həm   bu  abidələrin mətnləri  Orxon-Yenisey 
abidələrindən  genişdir,  həm   də  bu  abidələr  Orxon-Yenisey 
abidələrinə  nisbətən  janrca  rəngarəngdir.  Dil  xüsusiyyətlərinə 
gəlincə,  qədim  uyğur  abidələri  Orxon-Yenisey  abidələrinin,  bir 
növ,  davamı  təsiri  bağışlayır.  Əslində  qədim  uyğur  abidələrinin 
dili qədim uyğur  qəbilələrinin  dili,  yəni  qədim uyğur dili  deyildir,
3

Orxon-Yenisey  abidələrinin  dili  kimi,  bu .dil  də  o  dövrün  tiiık 
qəbilələrinin  başa  düşdüyü  dil,  yəni  ümumtürk  ədəbi  dilidir,  bir 
növ,  interdialektdir.  Buna görə  də  qədim  uyğur abidələrinin  dilini 
tədqiq edərkən ona m əhz bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır, 
həm  də  tədqiqatçı  həm işə  nəzərdə  tutmalıdır ki,  qədim  uyğur  dili 
termini  məxsusi  qədim  uyğur  qəbilələrinin  dilini  yox,  uyğur 
əlifbası  ilə  yazılmış  abidələrin  dilini  ehtiva  edir.  Əslində  qədim 
uyğur mətnlərində  uyğur dili  ifadəsinə  heç  yerdə  rast gəlmirik;  dil 
xatırladılan  hər  yerdə 
türkcə
  yaxud 
türk dili
  termini  işlədilir.  Bu, 
bir daha sübut edir ki,  1) ya bu m ətnləri yazmış,  tərtip etmiş yaxud 
tərcümə etmiş adamlara,  xalqa uyğur dili  ifadəsi yabançı olmuş,  ya 
da  heç  məlum  olmamışdır;  2)  ya  da  qədim   uyğur  mətnləri  bütün 
türk qəbilələri üçün ümumi olan bir dildə,  xüsusi olaraq  yaradılmış 
və  bütün  qəbilələrin  başa  düşə  biləcəyi  bir  ədəbi  dildə, 
qəbilələrarası 
ünsiyyət 
dilində 
yazılmışdır. 
Fərziyyələrin 
dərinliklərində  ilişib  qalmamaq  üçün  belə  bir  şərti  qəbul  edək:  1. 
Qədim uyğur  qəbilələrinm dili  ilə  (bu dili  özündə  əks  etdirən  heç 
bim  maddi,  material  sənəd  əlimizdə  yoxdur)  qədim  uyğur 
abidələrinin,  yəni  qədim  uyğur  əlifbası  ilə  yazılmış  qədim  türk 
abidələrinin  dili  eyniyyət  təşkil  etmir.  2.  Mən 
qədim  uyğur
  dili 
dedikdə  qədim  uyğur  əlifbası  ilə  yazılmış  qədim  türk  abidələrinin 
dilini  nəzərdə  tuturam.  3.  Uyğur  əlifbası  ilə  yazılmış  qədim  türk 
abidələrinin  dili  qədim  uyğur  qəbilələrinin  dili  də  ola  bilməz, 
çünki  hətta  müasir  dövrdə  bir  neçə  cilddən  ibarət  olan  hər  hansı 
bir  bədii  əsər  belə  yazıldığı  dili,  onun  imkanlarını,  lüğət  tərkibini 
və  qrammatik  quruluşunu  bütöv  şəkildə  əks  etdirə  bilmir.  Uyğur 
əlifbası  ilə  yazılmış  abidələri  isə  müasir  romanlarla  müqayisə 
etmək  olmaz:  müasir  romanlarla  müqayisədə  bu  abidələrin  həcmi 
xeyli  kiçik,  lüğət  tərkibi  bəsitdir.  Düzdür,  bu  abidələrin  dilinin 
lüğət  tərkibi,  artıq  qeyd  etdiyim  kimi,  Orxon-Ycniscy  yazısı 
abidələri  dilinin  lüğət  tərkibindən  qat-qat  genişdir.  Bunu  mənim 
2001-ci  ildə  nəşr  etdiyim  «Qədim  türkcə  -  azərbaycanca  lüğət» 
adlı  əsərdən  də  və  bu  kitaba  ayrı-ayrılıqda  göytürk  (Orxon- 
Yenisey)  yazısı  abidələri  və  qədim  uyğur  abidələri  üçün  tərtib 
etdiyim  lüğətdən  də  görmək  olar.  Hələ  üstəlik  göytürk  yazısı 
abidələri,  əsasən,  epitafı  səciyyəsi  daşıdığı  halda,  qədim  uyğur 
yazısı  kitabələri  m üxtəlif  janrları  əhatə  edir:  burada  nəzmlə,
4
nəsrlə,  hətta  bəsit  də  olsa,  dram  janrında  yazılmış  əsərlər  də 
vardır;  nəsrlə  yazılmış  əsərlərin  arasında  müxtəlif  üslubların  -  
bədii  üslubdan  başlanmış  rəsmi  -   kargüzarlıq  üslubuna,  hüquq 
sənədiərinədək  m üxtəlif  üslub  nümunələrinə  rast  gəlmək  olar. 
Göytürk  (Orxon-Yenisey)  yazısı  kitabələri  bəzi  tədqiqatçılar 
tərəfindən  poeziya  nümunələri  sayılsa  da,  əslində,  onlar  yüksək 
üslubda  (keçmişdə  belə  bir  termin  işlədilirdi),  az  qala,  bədii  dildə 
yazılsa  da,  hələ  şeir  deyildir.  Qədim  uyğur  yazısı  mətnlərində  isə 
əsl  poeziyanın  nümunələrinə  rast gəlirik.  Qədim uyğur əlifbası ilə 
yazılmış  bu  şeirlər  türk  poeziyasının  inkişaf  tarixini  araşdırmaq 
baxımından  əsl  xəzinədir: 
uyğur  poeziyası  şeirin  sərbəst
vəznindən  heca  vəzninədək,  prepozision  (misrabaşı)  qafiyyədən 
postpozision  (misrasonu)  qafiyəyədək  böyük  bir  inkişaf  yolu 
keçmişdir.  Şeir  dilinin  səlisliyi  və  axıcılığı  isə  (heç  inanmaq 
olmur)  müasir  Azərbaycan  şeiri  dili  səviyyəsindədir.  Aşağıdakı 
nümunəyə nəzər salın:
Aklar bulıt örləp,  kükirəp 
Alkuka mu  kar yağurur?
Ak bir saçlığ karı anam 
Açıyu  mu  yaşların  akıdur?
Karalar bulıt örləp,  kükirəp 
Kar mu yağmur ol  yağırur?
Karı yaşlığ ol  anam 
Kayğuda mu yaşm  akıdur?
Yazkı  bulıt yaşlan,  kükirəp 
Yağmurlar mu ol yağıdur?
Yaşı kiçig alğan larim 
Yaşların mu akıdur?
Küzki  bulıt kükirəp,  örləp 
Köp mü yağmur ol yağıdur?
Köqül  taşım iki kiçig 
K öz yaşların mu akıdur?
Şeirin  tərcüməsini  təqdim   etm ək  istəmirəm,  çünki  kitabda 
in  mətn  və  onun  tərcüm əsi  verilmişdir.  Burada  diqqəti  bir
f

m əsələyə  cəlb  etmək  istəyirəm:  şeirdə  bəsit  şəkildə  son  qafiyəyə 
rast gəlsək  də,  m üəllif misrabaşı  qafiyəyə  üstünlük  verir -   birinci 
bəndin  bütün  misraları  a  səsi,  ikinci  bəndin  bütün  misraları  к (ka) 
səsi, üçüncü bəndin bütün misraları у səsi,  dördüncü  bəndin bütün 
misraları isə к (ke) səsi ilə başlanır.
İndi  təqdim  edəcəyim  şeiri  isə,  elə  bil,  müasir  Azərbaycan 
aşığı yazmışdır:
Köp ığac örə turur.
Aşarakı mivəsi  bar.
Kamuğ iş urabtm örür,
Kulnur) nə  sakmçı bar?
İş kılğu eygü  işni 
Körkitür köni yolm,
Kəsm əqlər ergi  talnı,
Töbəsində mivəsi bar.
Ərdəmlig kara laçın,
Ərdəmsiz kalmaz açın,
Geysəpiz körklüg taçın,
Töbəsində  ...  bar.
Bulfayız urdu  kadəm,
O k ırla r...........
Ərikçə iligi  kaləm 
Anıq bir mişəsi  bar.
Diqqəti  çəkən  faktlardan  biri  budur  ki,  ilk  qədim  uyğur 
abidələri  göytürk  (Orxon-Yenisey)  əlifbası  ilə  yazılmışdır  və 
həmin  kitabələrin  dili  mənim  göytürk  adlandırdığım  Orxon  və 
Yenisey,  xüsusən  Orxon  kitabələrindən,  demək  olar  ki,  heç  bir 
şeylə  fərqlənmir:  hər  iki  tip  kitabələrdə  eyni  lüğət  tərkibi,  eyni 
qrammatik  quruluş  müşahidə  edilir.  Mən  hətta  göytürk  dilinin 
araşdırılmasına  həsr  etdiyim  kitabların  dördündə  də  («Göytürk 
dilinin  fonetikası»,  «Göytürk  dilinin  leksikası»,  «Göytürk  dilinin 
morfologiyası»  və  «Göytürk  dilinin  sintaksisi»)  gətirdiyim  dil 
nümunələri  arasmda  Orxon-Yenisey  əlifbası  ilə  yazılmış,  lakin
6
qədim  uyğur  qəbilələrinə  mənsubluğu  heç  kimdə  şübhə 
oyatmayan  «Moyun  çor»  və  «Irk  bitig»  kitabələrindən  də 
nümunələr vermişəm.  Bununla yanaşı  qeyd etməliyəm ki,  göytürk 
kitabələri  və  Orxon-Yenisey  əlifbası  ilə  yazılmış  qədim  uyğur 
kitabələrinin 
dilləri 
arasmda 
müəyyən, 
lakin 
mütəxəssis 
olmayanların  sezə  bilmədiyi,  mütəxəssislərin  güclə  sezdiyi  cüzi 
fərqlərə  də  rast  gəlmək  olur.  Qədim  uyğur  əlifbası  ilə  yazılan 
kitabələr  də  Orxon-Yenisey  əlifbası  ilə  yazılan  qədim  uyğur 
kitabələrinin  davamı  kimi  təsir  bağışlayır.  Buna  baxmayaraq,  hər 
iki  dildə  (göytürk  və  qədim  uyğur)  ruhi  yaxınlıq  saxlansa  da 
zaman  keçdikcə  istər  fonetik  quruluşda,  istər  lüğət  tərkibində, 
istərsə  qrammatik  quruluşda  fərqlər  təzahür  edir.  İki  dilin 
qrammatik  quruluşu  arasmda  təzahür edən  fərqlər çox azdır,  lüğət 
tərkibində  isə  fərqlər  çoxdur.  Bunu  iki  məsələ  ilə  bağlamaq olar: 
1.  Kağız  üzərində  qədim  uyğur  əlifbası  ilə  kitabələr  qələmə 
alındıqda  göytürk  dili  artıq  ölü  dil  idi;  qədim  uyğur  dili  canlı 
ünsiyyət  dili  idi  və  inkişaf  edirdi,  onda  yeni-yeni  anlayış  və 
m əfhumlar təzahür edirdi,  bu anlayış və məfhumlar sözlərlə (fərqi 
yoxdur,  dilin  öz  sözləri  olsun,  yaxud  alınma  sözlər  olsun) 
adlandırılırdı,  göytürk dili ünsiyyətə xidmət etmədiyi, «daşlaşmış» 
vəziyyətdə  olduğu üçün  onda yeni  sözlər yaranmırdı.  2.  Uyğurlar, 
xüsusən burhan  (Budda)  dinini qəbul  etdikdən sonra,  qədim  uyğur 
dili  Çin  və  hind  dillərinin  güclü  təsirinə  məruz  qalır.  Müasir 
azərbaycanlı  oxucu  farslar  və  türklərin  islam  dinini  qəbul 
etməsindən  sonra  fars  və  Azərbaycan  dillərinə,  xüsusən  bu 
dillərin  lüğət  tərkibinə  ərəb  dilinin  təsirinin  nəticəsi  ilə  yaxşı 
tanışdır.  Buna  görə  də  analoji  vəziyyətdə  Çin  və  hind  dillərinin 
qədim  uyğur  dilinə  təsirinin  gücünü  təsəvvür  edə  bilər.  M ən  Çin 
və  hind  dillərinin  qədim uyğur dilinə,  ərəb dilinin Azərbaycan və 
fars dillərinə təsirininin bir sıra sosiolinqvistik aspektləri haqqında 
burada  söhbət  açmaq  istəmirəm.  İki  böyük  və  m ədəni  xalqm 
dilinin  qədim   uyğur  dilinə  təsiri  yeni  sözlərin  həm in  dilə  daxil 
olması  ilə  yanaşı  eyni  zamanda  iki  proses  təzahür  edir  və 
sürətlənir:  bir  tərəfdən,  qədim   uyğur  dili  yeni  leksik  vahidlərlə 
zənginləşir  (və  deyərdim  ki,  m ənşə  və  ahəngdarlıq  baxımından 
korlanır),  digər  tərəfdən,  türk  dillərinə  məxsus  heca  quruluşu 
pozulur.  N əhayət,  yad  sözlərin  qədim  uyğur  dilinə  axım  bu  dilin
7

fonetik quruluşuna da təsir göstərir.  Adətən,  dilçilik ədəbiyyatında 
göstərilir  ki,  dilin  digər  qatlarına  nisbətən,  fonetika  xarici  təsirə 
daha  az  məruz  qalır  və  fonetik  quruluşda  daha  az  dəyişiklik  və 
inkişaf baş  verir.  Qədim  uyğur  dilində  (göytürk  dili  ilə  müqayisə 
etdikdə) qrammatik səviyyədə elə bir ciddi  dəyişiklik baş verməsə 
də,  fonetik  səviyyədə  dəyişiklik  göz  qabağındadır:  qədim  uyğur 
dilində  hecanın  fonetik  quruluşunun  pozulmasından  əlavə,  türk 
dilləri  üçün  əsas  xüsusiyyətlərdən  biri  olan  ahəng  qanunu  alınma 
sözlərdə  gözlənmir.  Göytürk  yazısı  abidələri  -   istər  göytürk 
əlifbası  ilə  yazılmış  göytürk  kitabələri,  istərsə  həmin  əlifba  ilə 
yazılmış  qədim  uyğur  kitabələri  mətnləri  ilə  uyğur  əlifbası  ilə 
yazılmış  mətnlər  arasmda  fonetik  səviyyədə  ən  böyük  fərq  uyğur 
əlifbası  ilə  yazılmış  m ətnlərdə  yeni  səslərin  tə/ahürüdiir.  Orxon- 
Yenisey  əlifbası  ilə  yazılmış  istər  göytürk,  istərsə  qədim  uyğur 
mətnlərində  işlənməyən  f,  h,  x,  q,  v,  j  səsləri  qədim  uyğur 
əlifbası  ilə  yazılmış  mətnlərdə  sözün  bütün  mövqelərində  işlənir. 
Bundan  əlavə,  göytürk  əlifbası  ilə  yazılmış  mətnlərdə  bəzi  səslər 
(m əsələn,  d,  z,  r)  söz  başında  işlənmir,  qədim  uyğur  əlifbası  ilə 
yazılmış mətnlərdə isə hər hansı bir səsin  söz başında  işlənməsinə 
məhdudiyyət  qoyulmur.  Bu  problemə  aid  bir  məsələni  də  qeyd 
etmək  istərdim.  Türk  dilləri  öz  Orxon-Ycnisey  dövründəki 
bakirəliyini  saxlasa  idi,  Orxon-Ycnisey  əlifbası  bu  dillər  üçün 
ideal  əlifba  olardı.  Və  bu  baxımdan  Orxon-Ycnisey  əlifbası  türk 
dilləri  üçün  mənə  nə  qədər  məntiqi  görünürsə,  qədim  uyğur 
əlifbası  bir o  qədər  məntiqsiz görünür.  Orxon-Ycnisey  əlifbasında 
bəzi  samit  səslər  üçün  iki  işarə  (hərf)  müəyyənləşdirilir:  incə 
(önsıra)  saitlərlə  işlənmək  üçün  və  qalın  (arxasıra)  saitlər  üçün. 
Qədim  uyğur  əlifbasında  isə  bəzi  nisbətən  yaxın  məxrəcə  malik 
olan,  lakin  bütün digər baxımlardan,  o  cümlədən  fonoloji-sosioloji 
baxımdan  kəskin  şəkildə  fərqlənən,  hətta  fonoloji  cəhətdən 
müxalifət təşkil  edən  samit  səslər  üçün  bir  işarə  (məsələn,  d  və  t, 
v  və p,  к və  samitləri  üçün)  müəyyənləşdirilir.  Məsələn,  Orxon 
və  Yenisey  variantlarını 
nəzərə 
almasaq, 
Orxon-Yenisey 
əlifbasında  d  və  t  samitlərinin  hər  biri  üçün  önsıra  və  arxasına 
saitlərlə  işlənən  iki  şəkli  (cəmi  dörd  hərf)  müəyyənləşdirilir, 
qədim  uyğur  əlifbasında  isə  bu  məqamda  vur-tut  bir  hərf 
mövcuddur.  Düzdür,  qədim uyğur əlifbasında  işlənmə  mövqeyinə
S
görə eyni  bir səsi  işarə  edən  hərfin  sözün əvvəlində,  ortasında və 
sonunda  işlənən  şəkli  fərqli  işarələrlə  göstərilir.  M ən  bunu  da, 
hələ  üstəlik  müasir  əlifbalarda  böyük  və  kiçik  hərflərin  şəkilcə 
fərqləndirilməsini  də  əlifba  üçün  qüsur  sayıram.  Məncə,  əlifbada 
hər səsin bir dəyişməz işarəsi  (hərfi) olmalıdır.
Qədim  uyğur  əlifbasının  göstərdiyim  bu  uğursuzluğu 
üzündən  həmin  əlifba  ilə  yazılmış  m ətnlərin  dəqiq  oxusu 
çətinləşir:  hər  tədqiqatçı  eyni  bir  sözü  öz  fəhmindən  asılı  olaraq 
oxuyur,  beləliklə,  eyni  bir  sözün  m üxtəlif oxusu  meydana  çıxır. 
Qədim  uyğur  əlifbası  ilə  yazılmış  mətnlərin  Azərbaycan 
tədqiqatçılarının  bir  qismi  tərəfindən  rus,  digər  qismi  tərəfindən 
türk  (Türkiyə)  transkripsiyası  ilə  oxunması  isə  məsələni  lap 
dolaşığa  salır:  qədim  uyğur  əlifbasını  bilməməkdənmi,  yaxud 
mənə  məlum  olmayan  hansı  səbəbdənsə  heç  kim  qədim  uyğur 
mətnlərini  orijinaldan  transkripsiya  etmir  və  ya  effiiək  istəmir; 
hamı  ya  türk,  ya  da  rus  transkripsiyasınm  üzünü  köçürür  və 
orijinal  transkripsiya kimi  qələm ə  verir.  Qədim uyğur mətnlərinin 
Azərbaycan dilinə  tərcüməsində də eyni m ənzərə müşahidə edilir: 
tərcümələr qədim  uyğur m ətnlərindən  (dilindən)  yox,  onların türk 
və ya rus dilinə tərcüməsindən  edilir -  tərcümədən tərcümə.
Mən  1988-ci  ildə  «Orxon-Ycnisey  abidələri»  kitabını 
bitirdim  və  əlyazmanı  «Yazıçı»  nəşriyyatına verdim.  Kitabm  çapı 
beş  il  çəkdi.  Hətta  nəşriyyatın  rəhbərliyi  mənimlə həmmüəllifliyə 
bir  nəfəri  də  caladı,  kitabın  sonunda  belə  bir  qeyd  də  verdi: 
«Ə.Rəcəbovun nəşriyyata təqdim etdiyi əlyazması  Y.Məmmədov- 
la birlikdə çapa hazırlanmışdır».
Həm  indicə  göstərdiyim  səbəbdən,  həm  də,  artıq  yuxarıda 
dediyim  kimi,  qədim  uyğur  əlifbasının  (mənim fikrimcə)  naqisliyi 
ucbatmdan  həmin  əlifba  ilə  yazılmış  mətnlərin  transkripsiyası 
(oxusu)  mənim  üçün  çətin  olması  üzündən  m ən  qədim  uyğur 
yazısı  abidələrini  araşdırmaq  və  mətnləri  Azərbaycan  dilinə 
tərcüm ə  və  çap  etmək  fikrində  deyildim.  Lakin  «Orxon-Yenisey 
abidələri»  kitabı  nəşr  edilməzdən  (kitab  1993-cü  ildə  işıq  üzü 
görmüşdür)  xeyli  əvvəl  -   1990-cı  ildə  «Yazıçı»  nəşriyyatı  o  vaxt 
filologiya elmləri namizədi  olan Əbülfəz Quliyevlə birlikdə qədim 
uyğur  abidələrini  çapa  hazırlamağı  m ənə  tək lif  etdi.  Düzü,  bu 
abidələrlə  əvvəllər  ciddi  məşğul  olmadığım  üçün  əvvəlcə
9

təklifdən  imtina  etdim.  Lakin  Əbülfəz  Quliyev  bir neçə  dəfə  (hər 
dəfə  Bakıya  gələndə;  o  Naxçıvanda  yaşayır)  təklifinin  üstündə 
israr  etdi  və  topladığı  materialları  tanış  olmaq  üçün  mənə  verdi. 
Əvvəlcə maraq xatirinə  materiallarla tanış oldum,  lakin onlar məni 
cəzb  etdiyi  üçün  ciddi  şəkildə  işə  girişdim.  Beləliklə,  Əbülfəz 
Quliyevlə  birlikdə  «Qədim  türk  ədəbiyyatı»  adlı  bir  əsər 
hazırlayıb  «Yazıçı»  nəşriyyatına  təqdim  etdik.  Kitab  çap 
edilməmişdir.  Hətta nəşriyyat  ləğv edildikdə  nəşriyyatın direktoru 
yazıçı  Əkrəm  Əyrislinin  bütün  səylərinə  baxmayaraq,  kitabın 
əlyazmasının  iki  nüsxəsindən  heç  biri  tapılmadı.  Ədalət  naminə 
dem əliyəm ki,  kitabın  üstündə  mən Əbülfəzin  adı  birinci  getsə  də 
əsərin  yaranmasında  o  biri  Əbülfəzin  əməyi  daha  böyük  idi.  Əsər 
hazır  olub  redaksiyaya  təqdim  ediləndən  sonra  xoşuma  gəlmədi. 
Bunun  da  iki  səbəbi  vardı.  1.  Qədim 
uyğur  mətnlərinin 
transkripsiyasmda  çoxlu  nöqsanlara  yol  verilmişdi.  2.  Əbülfəz 
Quliyev  ona  məxsus  bütün  tərcümələri  orijinaldan,  yəni  qədim 
uyğur 
abidələrindən 
deyil, 
onlarm 
müasir 
türk 
dilinə 
tərcümələrindən tərcüm ə etmişdi.  Təbii ki,  belə tərcümənin  məni 
təmin  etməməsi  bir  yana  qalsm,  o,  çox  vaxt  orijinala  yaxın 
gəlmirdi.  Buna  görə  də  yenidən  bu  abidələrə  qayıtm ağı, qərara 
aldım.  Bunun  bir  sıra  səbəbləri  vardı.  Əvvələn,  istəmirdim  ki, 
oxucuda qədim uyğur abidələri haqqında yanlış  təsəvvür yaransın; 
nöqsanlı  nəşr  belə  bir  təsəvvür  yaradırdı.  İkincisi,  bu  abidələr 
məni 
doğrudan-doğruya 
yaman 
cəzb 
etmişdi. 
Üçüncüsü, 
Azərbaycan  ədəbiyyatı,  xüsusən  Azərbaycan  dili  tarixinin 
yazılmasında  qədim  uyğur  abidələrinin  öyrənilməsinin  böyük 
əhəm iyyəti  vardır.  Dördüncüsü,  həm  göytürk,  həm  də  qədim 
uyğur  abidələrini  «bir  dam  altına  yığmaq»  çoxdanın  zərurəti  idi. 
Beləliklə,  bu qərara gəldim ki,  həm göytürk,  həm  də  qədim  uyğur 
abidələrini yenidən  işləyib bir kitab şəklində -  «Qədim türk yazısı 
abidələri»  adı  ilə  nəşr  etdirim.  M ətnləri  tərcüm ə  etmək  üçün 
əvvəlcə mükəmməl  lüğət lazım idi, çünki bu qədər mətni  lüğətsiz 
tərcümə  etmək  ağlasığmazdır.  M ükəmməl  qədim   uyğurca  -  
azərbaycanca  lüğət  hazırladım.  Bu  lüğət  Cəfəroğlunun  məşhur 
lüğətindən  həm  həcm cə,  həm   də  əhatə  dairəsinə  görə  geniş, 
sözlərin  mənalarının  mümkün  qədər  hərtərəfli  verilməsinə  görə 
daha  mükəmməldir.  Əsərin  birinci  iki  cildi  göytürk  abidələrinə
1C
həsr  edildiyi üçün  göytürk  (run)  əlifbası  ilə  yazılmış  bütün qədim 
uyğur  mətnlərini  bu  kitabdan  (üçüncü  və  dördüncü  cildlərdən) 
çıxarıb atdım.  Əsərin giriş  hissəsini  (qədim uyğurlar,  uyğur yazısı, 
qədim  uyğur  dili,  qədim  uyğur  ədəbiyyatı)  yenidən  yazdım. 
Qədim  uyğur  mətnlərinin  tapa  bildiyim  orijinalını  (faksimiləsini) 
əsərə  daxil  etdim.  Bütün  qədim  uyğur  m ətnlərini  yenidən 
transkripsiya  və  tərcümə  etdim;  həm   də  tərcüməni  rus  və  müasir 
türk  dillərindən  deyil,  özümün  tərtib  etdiyim  qədim   uyğurca  -  
azərbaycanca  lüğət  əsasında  birbaşa  qədim  uyğur  dilindən 
etmişəm.  Ola  bilər  ki,  tərcüm ələrim   rus  və  müasir  türk  dillərinə 
tərcümələrə  nisbətən  o  qədər  də  «hamar»  deyildir.  Bunun  əsas 
səbəbi  odur  ki,  mən  orijinalın  dil,  üslub  və  şəkil  xüsusiyyətlərini 
qoruyub  saxlamağa  çalışmış  (qoy  müasir  Azərbaycan  oxucusu 
qədim  uyğur  dili  və  ədəbiyyatı  haqqmda  tam  təsəvvürə  malik 
olsun),  mümkün  qədər  sərbəstliyə  və  sərbəst  tərcüməyə  yol 
verməmişəm.  Onu  da  qeyd  edim  ki,  istər  rus,  istər  müasir  türk 
dillərinə edilmiş tərcüm ələrdə qəşəng və cazibədar görünsün deyə 
mətnə  əlavələr  edilmiş,  cümlələr  «ütülənib»  düzəldilmiş,  bir 
sözlə,  xeyli  kosmetik  iş  görülmüşdür.  Mən  cümlənin  struktur 
•  quruluşuna  toxunmamağa,  hətta  cüm lə  üzvlərinin  yerini  və 
mətnlərdəki  sətirlərin  şəklini  eyni  ilə  saxlamağa  çalışmışam. 
«Matrısimit»  əsəri  bütöv  həcm də  (transkripsiya  və  tərcümədə) 
oxuculara  təqdim  edilir.  Kitaba  daha  38  mətn  əlavə  edilmişdir; 
bunlardan  bəzilərinin  orijinalı  da  verilir,  orijinalını  əldə  edə 
bilmədiyim  mətnlər  təkcə  transkripsiya  və  tərcüm ədə  oxucuya 
təqdim 
edilir. 
Hər  mətndən 
əvvəl 
həmin 
mətnin  qısa 
«bioqrafiyasım»  təqdim  edirəm;  oxucu  mətnin  nə  vaxt,  harada və 
kim  tərəfindən  tapıldığını,  onun  kimlər  tərəfindən  araşdırıldığını 
buradan  öyrənə bilər.
Kitabın  (dördüncü  cildin)  sonunda  geniş  qədim  uyğurca  -  
azərbaycanca  lüğət  oxucunun  istifadəsinə  verilir.  Oxucu  həmin 
lüğətdən  istifadə  edib  hər  hansı  qədim   uyğur  mətnini  sərbəst 
tərcüm ə edə bilər.
Bu  kitab  oxucuda  qədim   uyğur  (türk)  dili  və  ədəbiyyatı 
haqqında,  azacıq  da olsa,  təsəvvür yarada bilsə,  hesab  edərəm  ki, 
m əqsədim ə  nail  olmuşam,  kitabın  hazırlanmasına  s ə rf  etdiyim 
vaxt və əm ək itməmişdir.
11

Oxucunun  nəzərinə  çatdırıram  ki,  kitabda  istifadə  edilmiş  g 
işarəsi  (hərfi)  burunda  tələffüz  edilən  n  səsini,  у  işarəsi  (hərfi) 
burunda tələffüz edilən у səsini bildirir.
Axırda onu  qeyd etmək istəyirəm ki,  təqdim etdiyim m ətnlər 
qədim  uyğur  abidələrinin  (uyğur  əlifbası  ilə  yazılmış  abidələrin) 
cüzi  bir  hissəsini  əhatə  edir.  Mən  burada  bəzi  böyük  həcmli 
əsərlərdən 
(m əsələn, 
«Altun 
yaruk», 
«Siian-Tszyanm 
bioqrafiyası»)  parçalar  verdim.  Həmin  əsərlərin  və  burada 
nümunə  vermədiyim digər əsərlərin  Azərbaycan  dilində nəşri  çox 
vacibdir.  M ən əvvəlcə  1069-cu  ildə Y usuf Balasağunlu tərəfindən 
yazılmış  m əşhur  «Kutadğu  bilig»  («Xoşbəxtlik  gətirən  bilik», 
«Xoşbəxtlik  biliyi»)  adlı  əsərin  uyğur  əlifbası  ilə  yazılmış  Vyana 
nüsxəsindən  də nümunələri  (altı  mətn)  bu  kitaba  salmaq  istəyirdi. 
Sonra eşitdim ki,  əsərin bütövlükdə Azərbaycan  dilində  tərcüməsi 
hazırlanır;  buna görə də əvvəlki fikrimdən  imtina etdim.
Qədim  u y ğ u rlar
745-ci  ildə  qedim  uyğur  qəbilələri  hərbi  qüvvə  şəklində 
birləşib  göytürkləri  məğlub  edir  və  təxminən  yüz  il  (745-840) 
ərzində  Mərkəzi  Asiyada  hegemon  qüvvə  sayılan  uyğur 
xaqanlığını  yaradır.  Uyğurlar  kimdir?  Uyğurlar  telə  qəbilə 
ittifaqına  daxil  idi.  Telə  qəbilə  ittifaqı  öz  tarixinin  başlanğıcında, 
yəni  bizim  eradan  əvvəl  III  əsrdə  Ordosdan  qərbdə  çöldə 
yaşayırdı.  Bizim  eranm  338-ci  ilində  onlar  Toba  xanına  (Tabğaç 
xaqanına)  tabe  oldular,  lakin  IV  əsrin  sonunda  şimala  -  
Cunqariyaya  köç  etdilər, 
Selenqa  çayınadək  bütün  Qərbi 
Monqolustana  yayıldılar.  Telə  qəbilələri  dağınıq  yaşadıqları  üçün 
jujanlara müqavimət göstərə  bilmirdilər və onlara xərac verirdilər. 
Telə  qəbilələri  jujanlara  lazım  idi,  ancaq  jujan  ordası  telə 
qəbilələrinə  lazım  deyildi,  çünki  jujanlar  əməyi  sevmir,  əm əklə 
məşğul  olmurdular,  onların  uşaqları  hərbi  qənim ətlərlə  yaşamağı 
əməklə  məşğul  olmaqdan  üstün  tuturdular,  halbuki  telələr 
maldarlıqla məşğul  olurdu və  istəyirdilər ki,  azad  surətdə  öz  mal- 
qaralarını  otarsınlar və  heç kimə xərac verməsinlər.  Hər iki  xalqın 
siyasi  sistemi  də  buna  uyğun  şəkildə  təşəkkül  tapmışdı:  jujanlar
12
orda  şəklində  birləşib  qonşu  xalqlardan  hərbi  güclə  xərac  almaq 
hesabına  yaşayırdılar,  telələr  isə  qəbilələrin  zəif konfederasiyası 
şəklində  birləşmişdilər,  lakin  hər  vasitə  ilə  öz  azadlıqlarım 
qoruyurdular.
Telələr  jujanlarla  yanaşı  yaşasalar  da  onlara  bənzəmirdilər. 
Onlar  hun  imperiyasının  tərkibindən  erkən  çıxmışdılar,  öz  ibtidai 
patriarxal  quruluşunu  və  köçəri  adət-ənənələrini  saxlayırdılar. 
Telələrin  ümumi  təşkilatı  yox  idi.  12  tayfanın  h ər biri tayfa başçısı 
-  ağsaqqal  tərəfindən  idarə edilirdi.
Telələr çöldə  köçəri  həyat keçirirdilər.  Onlar  hündür təkərli 
arabalarda  hərəkət edir, cəngavər,  azadlıqsevər  idilər və hər hansı 
mütəşəkkillik  onlara  yad  idi.  Telələr  indiki  yakut,  teleut,  uyğur və 
b.  xalqların  ulu  babaları  olmuşlar.  «Telə»  sözü  indi  müasir 
altayların  bir  qismini  teşkil  edən  teleut  etnonimində  özünü 
mühafizə edib saxlanıişdır.
V  əsrin  sonlarında  jujan  xanı  Doulun  (485-492)  Çinə  qarşı 
müharibəyə  hazırlaşır.  Telə  ağsaqqalı  Afuçjilo  onu  öz  fikirindən 
daşınmağa  çağırsa  da  buna nail  olmur.  Onda o  bütün  telə  xalqı  ilə 
jujanlara  qarşı  qiyam  qaldırır.  Çin  m ənbələrinin verdiyi  məlumata 
görə,  bu  vaxt  telələr  100  min  yurtdan  ibarət  idilər.  Afuçjilo  bütün 
qəbiləsi  ilə  qərbə,  İrtış  çayı  vadisinə  köç  edir.  Burada  o,  «Göyün 
böyük  oğlu»  rütbəsini  qəbul  edir.  Bununla  da  jujan  xanı  ilə 
bərabər  olduğunu  qeyd  etmək  istəyir.  Buna  dözməyən  jujanlar 
telələrlə  m üharibəyə  başlayır.  490-cı  ildə  şərqdən  Çin  qoşunu 
çölə  daxil  olur.  İki  tərəfdən  sıxişdırilan  jujanlar  məğlub  edilir, 
əyanlar qiyam  qaldırıb öz xanlarını öldürürlər (492-cı il).
Telələrin  qərbə  miqrasiyası  fövqəladə  əhəm iyyətli  hadisə 
idi:  qərbdə  -   İrtış  çayı  vadisində  bu  dağınıq  köçərilər  öz 
dövlətlərini  yaradırlar.  Həmin  bu  vaxtda  Asiyada  yenidən 
etnogenez  prosesləri  başlanır:  Altay  dağlarında  türklər  xalq  kimi 
təşəkkül  tapır,  Braxmaputra  çayı  vadilərində  tibetlilər  formalaşır, 
şərqdə -  Çində  Suy və Tan  sülalərinin dirçəlişi  başlanır.
492-ci  il  qələbəsindən  sonra  yeni  məskun  olduqları  yerə 
alışan  telələr  öz  dövlətlərini  yaradırlar.  Onlar  xalqı  iki  yerə 
bölürlər:  şimal  hakimi  Afuçjilo  «Böyük  imperator»,  cənub  hakimi 
«V əliəhd  hakim»  rütbəsi  qəbul  edir.  Telələlərin  öz dövlətini necə 
adlandırdıqları bizə məlum deyildir.  Çinlilər həm in dövləti Qaoqu
П

adlandırırlar,  bu  da  «hündür  araba»  kimi  tərcüm ə  edilir.  Həmin 
dövət  tarixə  bu  adla  daxil  olmuşdur.  Lakin  Qaoqu  dövləti  uzun 
müddət  yaşamır.  494-cü  ildə  İranı  darmadağın  edən  eftalilər 
üzlərini  şimala çevirir və Qaoqu dövlətinin cənub hissəsini  ildırım 
sürəti  ilə  darmadağın  edirlər  (495).  «V əliəhd  hakim»  öldürülür, 
onun  ailəsi  əsir  tutulur,  xalq  qaçıb  dağılır:  xalqın  bir  hissəsi 
jujanlara  tabe  olur,  bir  hissəsi  Çin  əyalətlərinə  gedir.  496-ci  ildə 
dövlətin  şimal  hissəsi  də  eftalilər  tərəfindən  işğal  edilir.  Eftalilər 
əsir  tutulmuş  knyaz  Mivotunu  sağ  qalan  telələrə  başçı  qoyurlar. 
Beləliklə,  Qaoqu  dövləti  eftalilərin  vassalına  çevrilir.  516-cı  ildə 
jujanlar  Qaoqu  dövlətinə  hücüm edir,  onu  məğlub  edir,  Mivotunu 
əsir  tutur  və  edam  edirlər.  Telə  qəbilələrindən  sağ  qalanlar 
eftalilərə  qoşulur.
Telə 
qəbilələrinin 
bundan 
sonrakı 
tarixi 
göytürk 
qəbilələrinin  tarixi  ilə  sıx  şəkildə  sarmaşmışdır.  Qərbi  telə 
qəbilələri jujan  əsarətinə  güclə  dözürdülər.  N əhayət  onlar  qiyam 
qaldırıb  qərbi  Cunlariyadan  Xalxaya  doğru  hərəkət  edirlər  ki, 
jujanlara  onlarm  öz  məskənində  zərbə  endirsinlər.  Görünür,  bu, 
kortəbii  baş  vermiş  xalq  hiddətinin  təzahürü  idi.  Bunu  bir  sıra 
əlam ətlər  sübut  edir.  Səfər  həddindən  artıq  pis  təşkil  edilmişdi. 
Yürüşün  vaxtı  da  yaxşı  müəyyənləşdirilməmişdi.  Tarix  hətta 
üsyanın  rəhbərinin  adını  da  qoruyub  saxlamamışdır.  546-cı  ildə 
üsyançılar  artıq  yolun  yarısını  qət  etdikdə  Qobu  Altayının 
dərələrindən  yaxşı  silahlanmış  və  zirehli  paltar  geymiş  türküt 
(göytürk)  atlıları  onların  qarşısına  çıxır.  Telələr,  əvvələn,  cinah 
zərbəsi  gözləmirdilər,  ikincisi,  onlar  heç  vaxt  heç  bir  pislik 
görmədikləri  türkütlərə  qarşı  vuruşmağa  hazırlaşmamışdılar, 
jujanlara qarşı üsyan qaldırmışdılar. Buna görə də  heç bir tərəddüd 
göstərmədən  dərhal  Bumm  xaqana  tabe  olurlar.  50  min  yurt 
türklərə  qoşulur  və  türkləri  qüvvətli  bir  qüvvəyə  çevirir.  Telə 
qəbilələri  də,  göytürk  qəbilələri  də  jujanları  məhv  etmək 
arzusunda  olduğu  üçün  tezliklə  iki  qəbilənin  birləşmiş  qüvvələri 
jujanlara  hücum  edir.  552-ci  ildə  jujanlar  darmadağın  və  məhv 
edilir.
Görünür,  göytürklərlə  birləşdikdən  sonra  telə  qəbilə  ittifaqı 
formal  şəkildə  öz  birliyini  saxlasa  da  onda  diferensiallaşma  baş 
vermiş  və  qəbilələr  öz  məxsusi  adları  ilə  təmərküzləşmişdilər.
14
M əsələn,  qaynaqlar  artıq  572-ci  ildə  tokuz  oğuz  (Çinə:  yuanqə) 
«doqquz  oğuz»  -   uyğur  qəbilələri  haqqında  məlumat  verir. 
Maraqlı  burasıdır  ki,  göytürklər  doqquz  oğuzlara yad  qəbilə  kimi 
baxmırlar,  onları  özlərinki  hesab  edirlər.  Bilgə  xaqan  iki  yerdə 
(«Kül tigin  şərəfinə abidə»  və  «Bilgə xaqan abidəsi», bunu açıqca 
deyir:  doqquz  oğuz  xalqı  mənim  xalqı  idi.  IV-V  əsrlərdə  Qaoqu 
dövlətində  telə qəbilə  ittifaqında  12  patriarxal  tayfa birləşmişdisə, 
artıq  VII-VIII  əsrlərdə,  şübhəsiz  telələrin  nəsilləri  olan  tölös 
qəbilə  ittifaqmda  15  qəbilə  birləşirdi:  Yuanqo  (uyğurlar),  Seyanto 
(sir  və  yantolarm  birləşmiş  qəbiləsi),  Kibi,  Dubo  (tubalar), 
Quliqan  (kurıkanlar-yakutlarm  əcdadları),  Dolanqə  (teleutlar), 
Buğu,  Bayequ-Bayırku,  Tunlo-tonra,  Xun,  Sığye,  Xusye,  Xiqye, 
Adye  (edizlər),  Baysi.  Bu  siyahıda  təkcə  Dubo  qəbilələrini  tuba 
qəbilələri  ilə  müqayisə  etm ək  olar,  qalan  qəbilələri  IV-V  əsrlər 
qəbilələri  ilə  müqayisə  etm ək  olmur.  Qəbilələrin  bu  cür  yenidən 
qurulmasını  yalnız  bu  cür  izah  etm ək  olar:  görünür,  qohumlüğun 
tayfa patriarxal  sistemi pozulmuş  və  köhnə tayfaların yerində yeni 
tayfa  birləşm ələri  və  qəbilələr  yaranmışdır.  Diqqət  yetirilsə, 
qəbilə  ittifaqının  admın  da  dəyişdiyini  görərik:telə  qəbilə  ittifaqı 
əvəzinə  tölös  qəbilələri.  Onu  da  qeyd etmək lazımdır ki,  tölös  və 
tarduş  qəbilələri  Türk  xaqanlığında  göytürklərdən  sonra  ikinci 
hərbi  qüvvədir,  türk  vərəsə  qanununa  görə,  tarduşların  şadı 
vəliəhd  hesab  edilir  və  xaqan  vəfat  etdikdə  taxta  o  sahib 
çıxmalıdır.
Uyğurlar  85  il  (546-630)  Göytürk  xaqanlığının  tərkibinə 
daxil  olurlar.  630-cu  ildə  Şərqi  Türk  xaqanlığı  çinlilər  tərəfindən 
qəti  surətdə məğlub edildikdən  sonra bir mütəqil  dövlət kimi tarix 
səhnəsindən  çıxır  və  uyğurlar  bir  müddət  azadlıq  əldə  edirlər, 
düzdür,  bu  azdlıq  tamamilə  şərti  idi,  çünki  onlar  Çin 
imperiyasından 
asili  idilər.  Şərqi  Türk  xaqanlığının  süqutu 
ərəfəsində  uyğurlar  müasir  Monqolustanın  şərqində  yaşayırdılar 
və  şərqdən  Bayırku,  qərbdən  Tonra,  cənubdan  Ediz qəbilələri  ilə 
qonşu idilər.
601-ci  ildə  telə  qəbilələri  göytürklərə  qarşı  üsyan  qaldırır. 
Üsyan  şimalda  Selenqa  çaymdan  cənub-qərbdə  Tyan-Şan 
dağlannadək  nəhəng  bir  ərazini  əhatə  edir.  Qərbi  türkütlər 
üsyançılar tərəfindən məğlub edilir.  Güman ki, bu  üsyandan sonra
H

VII  əsrin  əvvəllərində  telə  qəbilə  ittifaqı  iki  yerə  parçalanır:  bir 
hissə  qərbə  gedir,  Cunqariyada  m əskən  salır,  digər  hissə  Böyük 
Qobu  səhrasından  şimalına  köçür.  Uyğur  qəbilələrinin  də  daxil 
olduğu  bu  hissə  Şərqi  türk  xaqanının  təbəqələrinin  mühüm 
hissəsini  təşkil  edirdi.  Çin  mənbələrinin  verdiyi  məlumata  görə, 
100  min  adamdan  və  50  min  seçmə  əskərdən  ibarət  idi.  Telə 
qəbilələrinin  dağınıqlığından  istifadə  edən  türkütlər  onlara  ağır 
vergilər  qoymuşdular  və  onları  zorla  öz  ordularına  aparırdılar. 
Sibir  xaqanın  dövründə  telə  qəbilələri  buna  dözürdü,  lakin  Çulo 
xaqanın  dövründə  uyğur,  buğu,  tonra  və  bayırku  qəbilələri  620-ci 
ildə  birləşdi  və  Yağlakar  xanın  başçılığı  ilə  üsyan  qaldırdı. 
Sonralar  Yağlakar  uyğur  xaqanlığının  başında  durdu.  Çulonun 
varisi,  onun  kiçik  qardaşı  Kat  İl  xaqan  Tuğbır  öz  qərargahını 
(paytaxtını)  Xanqaya  köçürməyə  məcbur  olur,  çünki  şərq  çölləri 
üsyançıların  əlində  idi.  Üsyan  edən  qəbilələr  türkütlər  kimi  orda 
deyil,  qəbilələrittifaqı  yaradır;  bu,  monarxiyadan  çox  respublikaya 
bənzəyirdi.  Hakim Yağlakar tayfası ilə yanaşı  xalq  Şığyan-sığmı  da 
öz  hökmdarı  elan  edir.  Sonra  hakimiyyət  onun  oğlu Pusaya  təqdim 
edilir.  Pusa  cəsur  və  ağıllı  olduğu,  düşmənlərə  qalib  gəlməyi 
bacardığı  üçün  xalq  onu  çağırır  və  dövlətin  başında  qoyur.  Bu  onu 
göstərir  ki,  uyğurlarda  dövlət  başçılığı  vərəsılık  yolu  ilə  deyil 
(türkütlərdə  olduğu  kimi),  seçki  yolu  ilə  təyin  edilirdi.  Çin 
mənbələrində  Pusanm  varisi  hətta  hökmdar  yox,  «xoyxularm 
(çinlilər  uyğurlara  «xoyxu»  deyirdilər)  başçısı  adlandırılır.  Deməli, 
siyasi  sistemdə  türkütlərin  el  birliyindən  fərqli  olaraq,  uyğurlar 
qəbilə birliyi sistemini qəbul edirlər.
Göytürklər və  uyğurlar  eyni  bir  dildə  danışırdılar  və  eyni  cür 
köçəri həyat keçirirdilər.  Onlar arasındakı  oxşarlıq  bununla da  bitir. 
Qalan  hər şeydə onlar bir-birindən  «bir az»  fərqlənir və  bu «bir az» 
fərq  onlarm  bir  xalq  kimi  birləşməsinə  mane  olur.  Göytürklər  də, 
uyğurlar da özlərini qurd əcdadlı  hesab edirlər,  lakin göytürklər dişi 
qurd  və  oğlanı,  uyğurlar  şahzadə  qız  və  erkək  qurdu  əcdadları 
hesab  edirlər.  Göytürklərin  mənşəyi  haqqındakı  əfsanəni  qısa 
şəkildə  təqdim  etmişik.  İndi  Çin  qaynaqlarının  xoyxularm  (çinlilər 
uyğurları  xoyxu  adlandırırlar)  mənşəyi  haqqında  əfsanəsini  qısa 
şəkildə  təqdim  edirik.  Həmin  əfsanə  belədir:  Hun  hökmdarının  iki 
gözəl  qızı  varmış.  O,  qızlarını  insana  ərə  vermək  istəmir,  onları
16
tanrıya layiq  bilir.  Hökmdar ölkənin  çöl  hissəsində  yüksək bir qala 
tikdirir,  qızları oraya salır və allaha yalvarır ki, qızları qəbul etsin. O 
qədər keçmir  ki,  qalanın dibində  bir qocalmış qurd (canavar) peyda 
olur  və  gecə-gündüz  qalanın  ətrafında  dolaşaraq  ulayır.  Qurd 
qalan m  ətrafında  üç  ay  ulayır.  Qızlardan  biri  onun  ya  qurd sifətinə 
düşmüş tanrı  olduğunu, ya da qurdun tanrı tərəfindən göndərildiyini 
bacısına deyərək qaladan enmiş və qurdun yanma getmişdir. Qurdla 
bu  qızın  uşaqlarmdan  gələcək  xoyxu  (uyğur)  qəbiləsi  yaranmışdır. 
M əhz  bunun  üçündür  ki,  uyğur  qəbiləsinin  nəğmələri  qurd 
ulamasına  bənzəyir.  Göytürklər  monqoloid,  uyğurlar  avropoid 
irqinə  daxildirlər.  Bu  iki  xalqm  psixi  uldadı  da  fərqlidir.  Hər  iki 
xalq  çox  cəngavərdir,  ancaq  göytürklər  öz  xanlarının  ardınca 
intizamla  getməyi  bacardıqları  halda,  uyğurlar  öz  azadlıqlarını 
şücaətlə  qoruya  bilir,  bununla  belə  qələbədən  sonra  intizamsızlıq 
göstərib  öz  yurtlarına  dağılırdılar.  Bu  da  düşmənə  özünə  gəlmək 
imkanı  verirdi.
X  
Çin  mənbələrində  göstərilir  ki,  VII  əsrdə  uyğurlar  doqquz
^  oğuz  qəbilə  ittifaqına  (göytürk  abidələrində  -   tokuz  oğuz  bodun 
«doqquz  oğuz  xalqı»)  daxildir.  Doqquz  oğuz  qəbilələri  bunlardır: 
uyğur,  basmıl,  karluk, buğu, xun,  bayırku, tonra, sığe, kibi.
627-ci  ildə  telə  qəbilə  ittifaqına  daxil  olan  seyanto  qəbiləsi 
Qərbi  türk xaqanlığından ayrılıb Şərqi Türk xaqanlığmin təbəəliyini 
qəbul  etdi.  Bu,  bir  tərəfdən,  Şərqi  Türk  xaqanlığmin  qüdrətini 
artırsa  da  digər  tərəfdən,  xaqanlıqda  telə  ünsürlərini  gücləndirirdi. 
Tezliklə,  artıq  628-ci  ilin  əvvəllərində  sejanto  qəbilələri uyğurlarla 
yaxm  münasibətlərə  girdilər,  sejanto  qəbilə  başçısı  inan  və 
uyğurların  başçısı  Pusa  hər  şeydə  qarşılıqlı  surətdə  bir-birini 
müdafiə etdilər  .
Məlum  olduğu  kimi,  uyğurlar  türküt  xaqanının  vergi 
siyasətindən  narazı  idilər;  indi  sejanto  qəbilələri  də  bu  narazılığa 
qoşulur.  Bu  iki  qəbilənin  birləşmiş  qüvvəsi  türklər  üçün  böyük 
təhlükə  idi.  Çin  qaynaqlarının  verdiyi  məlumata  görə,  bu  vaxt 
uyğurların  sayı  50  minə  çatmışdı,  sejanto  qəbiləsi  isə  70  min 
alaçıqdan  ibarət  idi,  yəni  daha çox idi.  628-ci  ildə  sejanto uyğur və 
bayırku  /hər  üçü  telə-q əb ilə  ittifaqmdandir/  qəbilələri  xaqan 
hakimiyyətinə  qarşı  üsyan  qaldırdı.  K a t '  İl  xaqan  əvvəlcə 
üsyançılarla  haqq-hesab  çəkmək  qərarına gəldi.  O  Tölös  xana emr

etdi  ki  şərqdən  uyğurlara hücum etsin,  qərbdən  isə  öz  oğlu  Yukuk 
şad  başda  olmaqla  böyük  bir  ordunu  uyğurların  üstünə  göndərdi. 
Uyğurların eneıjili və istedadlı rəhbəri Pusa cəmi 5 min döyüşçü ilə 
Yukuk  şada  qarşı  çıxdı  və  Malışan  dağlarının  ətəklərində  onun 
ordusunu  darmadağın  etdi.  Uyğurlar  türkləri  Tyan-Şan  dağlarına 
qədər təqib etdilər və əmisi oğlu Aşina Şəninin  köməyə gəlməsinə 
baxmayaraq  Yukuk  şadın  ordusundan  çoxlu  əsir  aldılar.  Şərqdə 
Tölös  xanın  hücumunun  aqibəti  daha  pis  oldu;  o  özü  əsir 
düşməkdən  güclə  xilas  oldu.  Bunun  nəticəsidir  ki  Seyanto 
qəbiləsinin başçısı inan 629-cu ildə özünü xaqan elan etdi.
Çin  qaynaqlarının  verdiyi  məlumata  görə,631-ci  ildə  Böyük 
çöldə  yaşayan  uyğurların  sayı  100  min  (4  ildə  ikiqat  artım  çox 
şübhəlidir),  seyanto  qəbiləsinin  sayı  isə  70 min  (heç  artmamışdır?) 
alaçığa çatırdı.  Tezliklə  bu  iki  qəbilə  arasında nifaq  düşür.  Pusanın 
varisi,  uyğur rəhbəri  Tumidu  seyanto  qəbiləsinə  hücum edib onları 
darmadağın  edir  və  onların  otlaqlarmı  ələ  keçirir.  On  bir  telə 
qəbiləsinin  rəhbərləri  Çin  imperatorunun  yanma  gedib  öz 
xanlıqlarının  tanımasını  xahiş  edirlər.  İmperator  onları  yaxşı  qəbul 
edir,  lakin əlaltdan seyanto rəhbəri İnana yarlıq  göndərib onu xaqan 
kimi  tanıdığını  bildirir.  Çöldə  vəziyyət  dərhal  dəyişir.  Uyğurlar 
müharibəni  dərhal  dayandırır  və  yeni  xaqana  tabe  olurlar.  Seyanto 
dövlətinin  sərhədləri  Altaydan  Xinqana  və  Qobu  səhrasından 
Baykala qədər bir sahəni əhatə edir.
640-cı  ildə  Çin  imperatoru  göytürk  və  kibi  qəbilələrinə 
Xuanxe çayından  şimaldakı  çölə köçüb orada məskunlaşmağa icazə 
verdi.  Türküt  xaqanlığının  bərpa  edilməsi  xəbəri  sejanto  xaqanı 
İnanı  qəzəbləndirdi.  64l-ci  ildə  o,  tabeliyində  olan  tonra,  buğu, 
uyğur,  moxə  və  tatabı  qəbilələrini  səfərbərliyə  alıb  ordusunu  oğlu 
tarduş 
şadının  sərkərdəliyi  ilə 
Qobu  səhrasından  cənuba 
göytüklərin üzərinə göndərdi.  Qəfilliyi təmin etmək üçün hər əsgər 
özü  ilə  dörd  at  götürmüşdü  və  onları  dəyişərək  ordu  dayanmadan 
gedirdi.  Lakin  Aşina  Sımo  bundan  xəbər  tutub  vaxtmda  Ordosa 
çəkilir və Çinə xəbər göndərir. Noçjon çayı sahildə qoşunlar üz-üzə 
gəlir.  Əvvəlcə  Seyanto  qoşunu  üstünlüyə  malik  olur və  göytürklər 
geri  çəkilməyə  məcbur  olur.  Hücuma  keçən  seyanto  qoşunu 
cərgəni  pozur.  Bundan  istifadə  edən  çinlilər  hücumun  qarşısını 
alırlar,  öz qüvvələrini yenidən tərtib  edən,  nizama salan  göytürklər
/ »
isə  arxadan  hücuma  keçib  seyanto  qoşununun  15  min  atmı  ələ 
keçirirlər.  Seyanto  qoşunu  daramadağın  edilir  və  qaçır.  Lakin 
hadisə  dekabrda  baş  verdiyi  üçün  qalan  qoşunun  çox  hissəsi  də 
səhra  şaxtasmda məhv  olur,  inan  xaqan  ordusunun  80  faizini  itirir. 
645-ci  ildə  inan  xaqan  ölür.  Seyanto  əyanları  onun  qanuni  oğlu 
Baçuru deyil, qeyri-qanuni oğlu imanı xaqan seçirlər. Baçur atasının 
dəfiıində basqm edib  inanı  öldürür və  özünü xaqan elan edir.  Sonra 
Baçur  Çinə  basqm  edir,  lakin  sərhəd  qoşunları  tərəfindən  məğlub 
edilir.  Atasının  əyanlarmı  edam  etdiyi  üçün  orda  yeni  xaqandan 
narazı  idi.  Buna  görə  də  Çin  qoşunları  yaxınlaşdıqda  orda  xaqanı 
tərk  edib  dağılışır,  uyğurlar  Baçuru  öldürür.  646-cı  ildə  Çin 
qoşunları  qalan  seyantoları  qılıncdan  keçirir,  əsir  alır  və  bir  daha 
birləşməmək üçün  çölə yayır.  Digər  tərəfdən,  Tumidunun  başçılığı 
ilə  uyğurlar  üsyan  edib  seyantoları  məğlub  edir,  lakin  uyğurlar, 
digər rəhbərlərlə birlikdə, Çin hakimiyyətini qəbul edirlər. Düzdür, 
bir  azdan  Tumiduya  qarşı  müxalifət  yaranır  və  qəsdçilər  onu 
öldürürlər.  Çinlilər  qəsdçiləri  tələyə  cəzb  edib  edam  edirlər. 
Tumidunun  oğlu  uyğurlara  rəhbər  təyin  edilir  və  ona  hərbi  rütbə 
verilir.  Bundan  sonra  uyğurlar  Çin  imperiyasının  sadiq  təbəələri 
olurlar və Çinin apardığı bütün müharibələrdə iştirak edirlər.
656-cı  ildə  uyğurlar,  qaynaqların  məlumatına  görə,  telə 
qəbilələrindən  yuanqə,  bayırku,  siqe,  puğu  (buğu)  və  tunlo 
qəbilələri  Çin  imperiyasına  qarşı  üsyan  qaldırır.  Üsyançıların 
başmda  mərhum  xaqanm  bacısı  Bisudu  dururdu.  662-ci  ilin 
əvvəllərində  üsyan  yatırılır,  Bisudu  qaçır,  ancaq  Çin  ordusu  qışm 
soyuğundan ağır tələfata uğrayır.
Telə  qəbilələri  öz  tarixlərin  boyu  məskənlərini  dəfələrlə 
dəyişmişdir. 
Qaynaqlar 
VII 
əsrin 
ortalarında 
onların 
məskunlaşmasını  belə  lokallaşdırır:  qərbdə  Szabxan çayı ilə  şərqdə 
Orxon  çaymın  mənbəyinə  Xanqay  dağlarında  dolanqə  -   telegitlər, 
Selenqa  çayının  yuxarılarında  sıqe  -   izgiller,  Selenqa  və  Orxon 
çaylarının  arasmda  tunlo  -   tonralar,  Selenqa  və  Orxon  çaylarının 
aşağı  axarlarında puğu -  buğular,  Tola  və  Orxon  çayları  arasındakı 
çöldə  uyğurlar,  Kerulendən  şimalda  Xintey  və  Xinqan  arasmda 
bayequ  -   bayırku,  buğulardan  qərbdə  Selenqa  çayı  vadisində 
sıqelər,  bayırkulardan  cənubda  baysilər,  Zabaykalyedə  quliqan  -  
kurıkanlar, Alaşan dağlarında ade -  edizlər, Ordosdan qərbdə  çöldə
19

xun və kibilər yaşamışlar.
Qəbilələr  azsaylı  idi.  M əsələn,  688-ci  ildə  uyğurlar 
istiqlaliyyət  uğranda  türklərə  qarşı  çıxış  etdikdə  cəmi  6  minlik 
qoşun  çıxarmışdılar.  Belə  məsuliyyətli  anda  döyüş  qabiliyyətli 
bütün kişilərin səfərbər edildiyini nəzərə  alsaq,  bu  əhalinin 20  faizi 
edər;  deməli,  688-ci  uyğurlarm  sayı  30  minə  yaxın  imiş.  Uyğurlar 
türk qəbilələri arasında ən çoxsaylıları idilər.
Çin  mənbələrinin  yazdığına  görə,  682-ci  ildə  çinlilərə  qarşı 
üsyan  etməzdən  bir  qədər  əvvəl  Kutluğ  xanın  başçılıq  etdiyi 
göytürk  qəbilələri  doqquz  qəbiləyə,  yəni  uyğurlara  hücum  edib 
partizan  hərəkatı  üçün  zəruri  olan  çoxlu  at  əldə  etmiş,  həm  də 
uyğurlarm hesabına xeyli varlanmışdı.
Kutluğ  xanın  başçılıq  etdiyi  göytürklərin  Xalxada  görünməsi 
Xanqayın  bütün  məskunlarım  narahat  edir;  onlar  başa  düşürlər  ki, 
sərbəst  həyatın  sonu  çatmışdır.  Çölün  bütün  qəbilələri  göytürklərə 
qarşı  müharibəyə  hazırlaşır.  Doqquz  oğuzların  (uyğurlarm)  Çin 
mənbələrindən  «Tanşu»nun  Bila,  Orxon-Yenisey  abidələrinin  Baz 
xaqan  adlandırdığı  rəhbəri  təşəbbüs  göstərib  Çin  və  kıtayları 
Kutluğ  xana  qarşı  ittifaq  bağlamağa  çağırır.  İttifaqa  görə,  çinlilər 
cənubdan,  kıtaylar  şərqdən,  uyğurlar  isə  şimaldan  hücum  etməli 
idilər;  qərbdə  yaşayan  türkdilli  on  ox  qəbilələri  (onlar  türkütlərin 
qalıqları  idi) də onlara kömək etməli idi.  Kutluğ xana bundan xəbər 
tutur,  onların  birləşməsinə  imkan  verməmək  və  düşmənlərini 
qabaqlamaq  qərarına  gəlir.  O,  əvvəlcə  Tonyukukun  başçılıq  etdiyi 
bir  dəstəni  uyğurlara  qarşı  göndərir.  Türklər  və  uyğurlar  Tola  çayı 
sahilində qarşılaşırlar.  Türklərin  2  minlik qoşununa qarşı uyğurlarm 
6  minlik  qoşun  çıxarmasına  baxmayaraq  onlar  məğlub  olurlar.  Baz 
xaqan həlak olur, doqquz oğuzlar göytürklərə tabe olur.  Kutluğ xan 
İltəris  xaqan  adı  qəbul  edir  və  Xalxanı  özünə  tabe  edib  ordasını 
Ötükəndə  salır.  Göytürklərin  Ötükəni  orda  üçün  seçmələri  ilə 
əlaqədar  olaraq  uyğurlar  bir  sıra  qohum  qəbilələrlə  birlikdə 
ötükəni  tərk  edir,  cənuba  -   Qansu  ətrafına  gedirlər.  Əslində  bu, 
könüllü  köçmə  deyildi.  703-706-cı  illər  arasında  göytürklərlə 
çinlilər  arasında  sülh  bağlanır.  Çinlilər  uyğurlar  arasmda  təbliğat 
aparıb  onları  türklərə  xəyanət  etməyi  təhrik  edirlər.  Tola 
döyüşündə  öldürülmüş  Baz  xaqanın  oğlu  Duqyayçji  öz  uyğur 
qəbiləsi,  habelə  kibi,  sığe  (izgil)  və  xun  qəbilələri  ilə  birlikdə
2 0
fərarilik  edib  Qobunu  keçir  və  Çin  imperiyasma  tabe  olur.  Çinlilər 
onlan  Lyançjou  ətrafında,  Alaşanda  və  Qansuda  yerləşdirirlər  və 
qüvvətli atlıları öz ordularma səfərbər edirlər.
Cənuba köçən uyğurlar çinlilərə uyuşmurdular. Onlar üçün ən 
yaxşı  şərait  yaradılsa  da  Çin  çinovnikləri  uyğurlara  qarşı  intriqalar 
təşkil  etməkdən  çəkinmirdilər.  Van  Gün-ço  adlı  bir çinli uyğurlarm 
başçısı  Çen-tszuııla  sözləşir.  Bir  qədər  sonra  Van  Gün -   çonu Xəsi 
əyalətinə  vali  təyin  edirlər.  O,  uyğurları  sıxışdırmağa  başlayır. 
Uyğurlar  mərkəzi  hökumətə  şikayət  edirlər.  Onda  vali  paytaxta 
xəbər  göndərir  ki,  Çen-tszun  imperiyadan  ayrılmaq  istəyir.  Çen- 
tszunu  sürgün  edirlər.  Uyğurlar  bundan  bərk  qəzəblənirlər.  Elə  bu 
vaxt  Çinlə Tibet arasında  müharibə  baş  verir.  Xəsi valisi Van Gün- 
ço  səfərə  yollanır.  Uyğurların  sürgün  edilmiş  rəhbərinin  oğlu  Xoşu 
xalqı  toplayır,  atasının  intiqamını  almaq  üçün  pusqu  düzəldir  və 
Van Gün-çonu  öldürür.  Üsyan edən  uyğurlar Çindən Kuçaya gedən 
karvan  yolunu  kəsirlər.  Çin  qoşunları  ilə  uyğurlar  arasmda  tez-tez 
silahlı  toqquşmalar  baş  verir.  Xoşu  öz  xalqı  ilə  birlikdə  Xəsi 
əyalətindən  şimala  köçür  və  yenidən  türklərə  tabe  olur,  lakin 
tezliklə vəfat edir, oğlu Quli Pəylo uyğurlara rəhbər olur.
Bu  hadisələrin  uyğurlar  üçün  böyük  əhəmiyyəti  vardır. 
Əvvəllər  doqquz  oğuz  qəbilə  ittifaqı  zəif  bağlarla  bir-birinə 
bağlanan  doqquz qəbilədən  ibarət idi.  Cənuba yalnız dörd qəbilə -  
xoyxu  (uyğur),  kibi,  sığe  (izgil)  və  xun  qəbilələri  köçmüşdü.  Sonra 
tonra və  baysi  (basmıl)  qəbilələri  də  onlara qoşulmuşdu.  Yarım əsr 
sonra  Alışan  və  Nanşan  dağlarının  ətəklərindən  Xalxaya  monolit 
xalq -  uyğurlar qayıdır.  Ehtiyac -  daimi müharibələr, təqiblər, adət- 
ənənəni,  dini,  mədəniyyəti  yad  təsirdən  qorumaq  qayğıları 
qəbilələr arasındakı  soyuqluğu  aradan  qaldırmış  və  onlan  vahid bir 
xalq  şəklində birləşdirmişdi.
Göytürklərin  uyğurlar  üzərindəki  hakimiyyəti  yarım  əsrdən 
çox  çəkir  (688-744).  Uyğurlarm  rəhbəri  atasından  (atası  türk 
təbəəliyi  qəbul  etmişdi)  şad rütbəsi alır  və  742-ci  ildə  doqquz oğuz 
xalqım  birləşdirir.  Elə  həmin  il  onun  başçılığı  ilə  uyğur,  basmıl  və 
karluk  qəbilələri  göytürklərə  qarşı  üsyan  qaldırır.  Üsyançılar  tam 
qələbə  qazanırlar.  Basmıllarm  rəhbəri  xaqan,  uyğurlarm  rəhbəri 
şərqi,  karluklarm  eltəbəri  qərbi  yabğu  elan  edilir.  Göytürklər 
xaincəsinə  öldürülmüş Pan  Külün  oğlu  Ozmış tigini xaqan  seçirlər.
21

Lakin  artıq  gec  idi.  Ozmış  xaqan  məğlub  olur,  lakin  Çinə  getmək 
haqqmda  Çin  imperatorunun  təklifini  rədd  edir.  744-cü  ildə 
basmıllar  Ozmış  xaqanı  tutub  edam  edirlər.  Türklərin  bir  hissəsi 
Ozmışm  qardaşı  Bayməy  xaqan  Kulun  bəyin  rəhbərliyi  ilə 
mübarizəni  davam etdirir.  Bu vaxt üsyançılar  arasında  ikitirəlik  baş 
verir.  Uyğurların  rəhbəri  Peylo  basmıllara  hücum  edib  onları 
darmadağın  edir,  basmıllarm  rəhbəri  Sede  İşi  xaqanın  başını  kəsir, 
Çinin  paytaxtı  Çanan  şəhərinə  göndərib  xahiş  edir  ki,  imperator 
onun  Kutluğ  Bilge  Kül  çor  rütbəsini  qəbul  etsin.  Basmıllarm  bir 
hissəsi  Beşbalık  (Beytin)  şəhərinə  qaçır,  oradan  da  Çinə  gedir, 
digər  hissəsi  uyğurlara  qarışır.  Bu  ikitirəlikdən  Bayməy  xaqan 
istifadə  etməyə  çalışır.  Lakin  tezliklə  uyğurların  və  karluklarm 
birləşmiş  qüvvəsi  türkləri  həmişəlik  darmadağın  edir.  Peylo 
Bayməy  xaqanın  başını  Çanana  göndərir  və  özünü  imperatorun 
vassalı elan edir.
Uyğurlar  türkləri  bütün  çöl  boyu,  qurd  ovlayan  kimi,  tutub 
qırırlar.  Bilgə  xaqanın  dul  qalmış  arvadı  Po  bəy  (Tonyukukun 
qızıdır)  sağ  qalmış  türkləri  başma  yığıb  Çinə  aparır;  o,  adamları 
xilas  edir,  amma  xalqı  m əhv  edir,  çünki  göytürklər  Çində  qısa  bir 
zaman ərzində çinliləşirlər.
Düşmənləri  əldən  çıxan  uyğurlar bütün  qəzəblərini  abidələrə 
tökürlər:  onlar  türk  bahadırları  üçün  qoyulmuş  bütün  heykəllərin 
başlarmı  sındırır,  Kül  tiginin  heykəlini  isə  çiling-çiling  edirlər. 
Uyğurların  məqsədi  bu  idi  ki,  türk  eli  və  onunla  əlaqədar  olan  hər 
şeyi 
məhv 
etsinlər, 
onun 
bərpasına 
imkan 
verməsinlər, 
ümumiyyətlə, türkləri xalqm yaddaşından  birdəfəlik  silsinlər.
Uyğurlar  öz  dövlətlərini  göytürklərdən  fərqli  prinsiplərlə 
qururlar.  Doqquz  tayfa  oğuz  qəbiləsini  təşkil  edirdi,  bu  qəbilə 
qəbilələr  ittifağında  aparıcı  qüvvə  idi,  lakin  hakim  q u w ə  deyildi. 
Uyğurlar  basmıl  və  şərqi  türkləri  tabe  etdikdə  onları  kölə 
vəziyyətinə  salmadılar,  özlərinə  bərabər  adamlar  kimi  qəbul 
etdilər.  Digər altı telə qəbiləsi -  buğu,  xun,  bayırku,  tonra,  izgil  və 
kibi də vəzifə və hüquqca doqquz oğuzlara bərabər tutulurdu.
Uyğur xaqanın  qərargahı  Ötükən  (Xanqay)  dağları  ilə  Orxon 
çayı  arasında  idi.  Dövlətin  sərhədləri  şərqdə  Qərbi  Mancuriyanı, 
qərbdə  Cunqariyanı  əhatə  edirdi.  Uyğurlarla  karluklar  arasındakı 
sərhəd  745-ci  il  toqquşmasından  sonra  müəyyənləşdirilmişdi.
22
Göytürklər  məğlub  ediləndən  sonra  karluklar  türgişlərlə  ittifaqa 
girib  uyğurlara  qarşı  yürüş  etmiş,  lakin  məğlub  olmuşdular.  Bunun 
nəticəsində  Qara  İrtış  çayı  sahilində  yaşayan  karluklar  Uyğur 
xaqanlığı tərkibinə daxil olmuşdular.
Uyğurlar  Qobudan  qərbə  olan  çölü  Çin  imperiyası  üçün 
saxlamışdılar.  Sonralar  xaqanlığın  sərhədləri  şimal-qərbə  doğru 
genişləndirilmişdir.  Lakin  qeyd  etm ək  lazımdır  ki,  uyğurlar  ərazi 
işğalma 
meyl 
etmirdilər. 
Uyğur 
xaqanlığı 
qəbilələr 
konfedrasiyasmdan  təşkil  edilmişdi,  bu  da  xaqana  müharibələr 
aparmaq  üçün  qoşun  yığmağa  imkan  vermirdi.  Digər  tərəfdən, 
qəbilələr  göytürklər  dövründəki  fasiləsiz  müharibələrdən  cana 
doymuşdular.  Bütün  bunlar  uyğurların  sülh  siyasəti  yeritməsinə 
səbəb olurdu.  Moyun çorun  atası,  Uyğur xaqanlığının banisi Kutluğ 
Bilgə  Kül  xaqan  (çincə:  Pəylo)  hətta  özünü  Çin  imperatorunun 
vassalı  elan  etmişdi.  747-cı  ildə  xaqanlığa  keçən  Moyun  çor  Qələ 
xan da bu siyasəti davam etdirirdi.
Qəribədir  ki,  taxta  qanuni  varis  olan  şahzadənin,  şad Moyun 
çorun oturması nədənsə xalqm narazılığına səbəb oldu. Üsyançılara 
yabğu  Tay  Bilgə  tutuk  başçılıq  edirdi.  Moyun  çor  şərəfinə 
qoyulmuş  abidədə bu haqda deyilir:  Tay Bilgə tutuk yablakın üçün, 
bir-iki  atlığ yablakın üçün...  «Tay  Bilgə tutuk xəyanət etdiyi üçün, 
bir-iki  m əşhur  (adam)  xəyanət  etdiyi  üçün...»  Kıtay  və  tatar 
qəbilələri  də  üsyançılara  qoşuldu.  Moyun  çoru  təkcə  atasının 
druj inası müdafiə edirdi,  lakin atasmm bir sıra əyanları yeni xaqanın 
hakimiyyətini qəbul etmədi.  Bükəgükde iki günlük döyüşdə Moyun 
çor  kıtay  və  tatarları  dağıtdı  və  öz  qəbiləsini  tabe  etdi.  Xaqan 
ordaya  qayıdan  kimi  üsyan  yenidən  başlandı;  üsyançılar  yenə  də 
kıtay və tatarları köməyə çağırdılar,  lakin bu sonuncular köməyə bir 
ay  gecikdilər.  Xaqan  öz  rəiyyətini  tabe  etdi  və  əyanları  ciddi 
cəzalandırdı.  Uyğur  qoşunu  kıtay  və  tatarlarla  Selenqa  çayının 
işimal  -   qərbində  toqquşdu.  Uyğurlar  düşmənlərini  sıxışdırdılar. 
Geri  çəkilənlər  yolda  iki  yerə  ayrıldılar:  kıtaylar  tələfat  vermədən 
çıxıb  getdilər,  tatarlar  isə  K eyrə  başı  və  Üç  Birküdə  ağır 
məğlubiyyətə uğradılar, qoşunun yarısı əsir düşdü.
Vətəndaş  müharibəsini  qələbə  ilə  bitirdikdən  sonra  Moyun 
çor  ə tra f qəbilələri  özünə  tabe  etmək  siyasəti  yürütməyə  başlayır. 
750-ci  ildə o,  Kem   (Yenisey)  çayının yuxarılarında yaşayan çikləri
2 }

tabe  edir.  Həmin  ilin  payızmda  Mancuriyanın  şimal-qərbində 
yaşayan  tatarlar  uyğurlara  babe  olmağa  məcbur  olur.  751-ci  ildə 
şimal-qərbdə  yaşayan  hansı  qəbilə  isə  çik  və  qırğızlarla  birləşib 
uyğurlara  qarşı  çıxır.  Əsas  təhlükə  bu  idi  ki,  karluklar  da  çik  və 
qırğızları müdafiə etmək üçün qalxmağa  hazırlaşırdılar.  Lakin onlar 
gecikirlər.  Moyun  çor  min  nəfərlik  ordu  ilə  çiklərə  hücum  edib 
onları  itaətə  gətirir.  Uyğurların  ayrı-ayrı  dəstələri  qırğızların  bu  və 
ya digər basqın edən süvari  dəstələrini qovur,  xaqan başda  olmaqla 
uyğurların  əsas  qüvvələri  sallarda  Qara  İrtış  çaymı  keçərək  Bolçu 
(Urunqu)  çayı  sahilində  karlukları  məğlubiyyətə  uğradır.  Bununla 
da  müharibə  bitir,  çünki  qaynaqlarda  üsyan  qaldırmaq  təşəbbüsünü 
irəli sürən naməlum qəbilənin m əhv edildiyi  göstərilir.
752-ci  ildə  müharibə  yenidən  başlanır.  Bu  dəfə  uyğurların 
əleyhinə  basmıl,  türgiş  və  üç  ıduk  (üç  müqəddəs)  qəbilələri  ittifaq 
bağlayır.  Döyüş  Uyğurustanın  lap  mərkəzində  Ötükən  (Xanqay) 
meşəli  dağlarmda  baş  verir.  Uyğurlar  müttəfiqləri  məğlub  edir, 
karluk  və  türgişlərin  bütün  əmlakım  əllərindən  alır.  Bu  vaxtdan 
başlayaraq  üç  ıdukdan  (üç  müqəddəsdən)  qaynaqlarda  daha  söhbət 
getmir,  görünür,  bu  dəfə  onlar  m əhv  edilmişdi.  753-cü  ildə 
basmıllar  və  karluklar  mərkəzi  hökumətə  qarşı  qalxırlar,  adı 
göstərilməyən  hansısa  türklər  də  onlara  qoşulur.  Müharibə  755-ci 
ildə  uyğurlarm  tam  qələbəsi  ilə  bitir.  Bundan  sonra  kıtaylarm 
könüllü  surətdə  uyğurlara  tabe  olması  Uyğur  xaqanlığının  şərq 
sərhədlərini  möhkəmlədir.  Şimalda  isə  qırğızlar  758-ci  ilədək 
müqavimət göstərirlər,  lakin  məğlub  olduqdan  sonra uyğurlara  tabe 
olurlar.  Qırğızların  başçısı  uyğur  xaqanından  Bilgə  Ton  Erkin 
rütbəsi  alır.  Beləliklə,  uyğurlarm  şimala,  şərqə  və  qərbə 
ekspansiyası təbii sərhədlərə çatdığı üçün bitir.
Uyğurlar 
özləri 
birləşdirilmiş 
qəbilələri 
«qonaqlar» 
adlandırırdılar.  Tabe  edilmiş  qəbilələr  xaqan  ailəsinə  xərac 
verirdilər.  Uyğur  qəbilə  ittifaqına  daxil  olan  qəbilələr  hüquqi 
cəhətdən  bərabər  olsa  da  xaqan  ailəsinin  daxil  olduğu  doqquz 
oğuzlar,  hətta  basmıl  və  karluklarla  müqayisədə  belə,  böyük 
imtiyazlara  malik 
idi. 
Doqquz 
qəbilədən 
başqa 
uyğurlar 
konfederasiyaya  daxil  olmayan  bir  sıra  qəbilələrlə  də  sıx 
münasibətdə idilər,  lakin bu qəbilələr (Nonı  çayı  sahilində kıtaylar, 
Amur  çayı  sahilində  tatarlar,  onlardan  cənubda  tatabı  və  qara-

Yüklə 19,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin