İmza: M.Q.Əliyev
M.Q.Əliyevin imzasını təsdiq edirəm
ADİU kadrlar şöbəsinin rəisi: Qurbanov M.
Raport
«Raport» fransız sözü olub, hərbi xidmətçinin rütbəcə özündən böyük şəxsə verdiyi şifahi və ya yazılı məlumat mənasını verir.
Raport, eyni zamanda, yuxarı, rəhbər təşkilatlara verilən yazılı və ya şifahi məlumatdır. Məsələn: hər hansı bir öhdəliyin yerinə yetirilməsi haqqında iclasda, brifinqdə, mətbuatda təntənəli məlumatvermə.
Nümunələr
Maşınqayırma Birliyinin direktoru Ə.Q.Həsənova
Quraşdırma sexinin rəisi Rasim Nadir oğlu Ələkbərovun
RAPORTU
Nəzərinizə çatdırıram ki, ezamiyyətdən qayıdandan sonra 10.04.2018-ci il tarixdən işə başlamışam.
İmza: Rasim Ələkbərov
10.04.18
TƏLİMAT
Təlimat hüquqi sənəddir. Təlimat ərəbcə «təlim» sözünün cəmi olub, bir şey həyata keçirmək üçün qayda və üsulla müəyyən edilən yazılı sənəddir. Bu haqda hüquq ensiklopediyasında deyilir. «Təlimat-qanun qüvvəli akt, qanunvericilik aktının, nazirin yaxud digər orqan rəhbərinin əmrini izah etmək və onun tətbiqi qaydasını müəyyənləşdirmək məqsədilə verilir. Təlimatı, bir qayda olaraq, nazirliklər, dövlət komitələri, baş idarələr verir Bəzi təlimatlar həmkarlar təşkilatı ilə razılaşdırılır… Texniki xarakterli göstərişlər və s.
Nümunələr
Dostları ilə paylaş: |