Baş müəllim: Nailə Hacıyeva
QAİMƏ
Qaimə hüquqi sənəddir. «Qaimə» sözü ərəb dilindəki çoxmənalı qaim sözündən olub: 1. dayanan, ayaq üstə duran; 2. mövcud olan; 3. birinin yerini tutan, yerinə keçən; 4. dik duran; 5. namaz qılan; 6. möhkəm, mətanətli;
7. davamlı, bərk, sərt; 8. irəli sürülmüş, qaldırılmış və s. mənalarda işlənmişdir. Qaimə də həmin sözdən törəmiş, sonralar müxtəlif mənalar kəsb etmişdir:
1) keçmişdə uzun kağızda yazılan əmrnamə; 2) bankdan buraxılan və pul yerində işlənən qiymətli kağız; 3) mal siyahısı; 4) qılınc dəstəyi; 5) həndəsədə düz bucaq.
Maraqlıdır ki, izahat, izahatnamə kimi qaimə də nə ensiklopediyada, nə də izahlı lüğətdə vardır. «Hüquq ensiklopedik lüğət»ində isə “qaimə” sözünü “qayimə” şəklində – səhv yazmışlar. Hüquqi sənəd kimi qaiməyə belə izah verilir: 1) Mal qaiməsi – maddi sərvətlərin buraxılmasına və qəbuluna görə əməliyyatların rəsmiləşdirilməsi üçün ilkin mühasibat sənədi. Qaimədə onu yazmış təşkilatın adı, yazılma tarixi və nömrəsi, malın kim tərəfindən kimə buraxılması, miqdarı, sortu, qiyməti, nəyə əsasən buraxılması haqqında məlumat olur. Qaiməni malın buraxılması və qəbulu üçün maddi məsul şəxslər imzalayır: 2) Nəqliyyat – yük qaiməsi – əsas daşıma sənədidir. Yük (adı, çəkisi, sayı, yerlərin sayı, qablaşdırılması, yük göndərən, yük alan, daşıma şərtləri, təyinat məntəqəsi, yükün çatdırılması müddəti, daşıma haqqı və s.) haqqında məlumatları əks etdirir, yükdaşıma müqaviləsini rəsmiləşdirir və təsdiq edir. Qaimə yük göndərən tərəfindən müəyyən edilmiş formada yükü alanın adına yazılır və orada göstərilən məlumatın düz olması üçün məsuliyyət daşıyır. Bir sıra tələblər və etirazlar olduqda nəqliyyat qaiməsi mütləq tələb edilməlidir.
Qaimə blank şəklində hazır olur. Onu təkcə doldurmaq lazım gəlir. Buna görə də qaimə haqqında ətraflı məlumat verməyə ehtiyac görmürük.
Qaimə, qəbz və s. kimi yazı nümunələri ilə son vaxtlar tez-tez qarşılaşırıq. Müasir bazar iqtisadiyyatı bu gün belə yazı nümunələrinin yazılış qaydasını, onları doldurmağın yollarını bilməyi tələb edir.
Forma №20
Dostları ilə paylaş: |