Yazılı işgüzar kommunikasiya zamanı nizamnamə, vəkalətnamə, etibarnamə, əqd, ezamiyyə vərəqi, təlimat və s sənədlərin tərtibi



Yüklə 49,1 Kb.
səhifə33/35
tarix15.04.2022
ölçüsü49,1 Kb.
#55529
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   35
UNEC 1649913455.docx (1)

Referatın növləri


  • Məhsuldar:

    • referat-məruzə;

    • referat-icmal;

  • Reproduktiv:

    • referat-rezyume.

Referans məktubunun yazılması (Tövsiyə məktubu) ABŞ, Kanada, Avropa universitetlərində magistr və ya doktorantura pilləsinə qəbul olmaq istəyən tələbələrə verilən şərtlərdən biridir. Qərbdə referans məktublarına böyük diqqətlə yanaşırlar. Əgər savadlı yazılıbsa, sizin xeyrinizə böyük təsiri ola bilər.

Referans məktubunu kim yazmalıdır?

Sizə ixtisasınızla bağlı uzun müddət dərs demiş və bacarıqlarınızı bilən müəllimlə, fakültənizin dekanı arasında seçim etməli olsanız, əlbəttə ki, birincini seçməlisiniz. Çünki sizin üçün məktubu yazanın vəzifəsi deyil, sizi nə dərəcədə tanıması önəmlidir.

2 və ya 3 referans məktubu istəndiyi halda, sizə təkcə müraciət etdiyiniz ixtisasla bağlı fənndən dərs deyən müəllim yox, həm də başqa fənlərdən dərs deyən, sizi yaxşı tanıyan müəllim tərəfindən də yazıla bilər. Məsələn, siz texniki ixtisaslara müraciət etmisinizsə, bir referans məktubunu riyaziyyat müəlliminiz yazıbsa, digərini tarix və ya ədəbiyyat müəllimi də yaza bilər.

Əgər referans yazan şəxs sizdən məktubun mətnini özünüzün hazırlamasını istəyibsə, siz kənardakıların sizin haqda rəylərini toplamalısınız. Bunlar sizin qrup yoldaşlarınız, dostlarınız, həmkarlarınız, bir sözlə, sizin potensialınızı qiymətləndirən adamlar olmalıdır. Onlardan sizin güclü tərəfləriniz, bacarıqlarınız haqda soruşun. Hətta onlara özünüzlə bağlı suallarınızdan ibarət sorğu da göndərə bilərsiniz. Sorğunun cavabları əsasında referans məktubunuzun mətni üçün baza formalaşmış olacaq. Çünki sənədlər arasında vacib olan motivasiya məktubunuzu da siz özünüz yazmalısınız. Əgər həm motivasiya, həm də iki referans məktubunu sadəcə öz fikirləriniz əsasında yazsanız, bunların hamısının bir nəfər tərəfindən yazıldığı hiss olunacaq.

Nələr yazılmamalıdır!

Referans məktublarında ən çox rast gəlinən səhv – tələbəni sadəcə tərifləməkdir. Məsələn: “tələbə özünü bacarıqlı, savadlı, əməksevər, liderlik xüsusiyyətlərinə malik bir şəxs kimi göstərib” kimi cümlələr məktubda heç bir müsbət əhəmiyyət daşımır. Bu kimi cümlələrin qəbul komissiyasına heç bir təsiri olmur. Bu xüsusiyyətləri canlandırmaq üçün konkret misallar çəkmək lazımdır. Əgər tələbənin liderlik bacarıqlarının olduğu vurğulanıbsa, müəllim onunla bağlı misal çəkməlidir. Çəkilən misallar referansı daha etibarlı edir.

Referans məktubunun həcmi, adətən, 1 səhifədən ibarət olur. Bütün uğurlar, bacarıqları bir məktuba sığdırmaq mümkün deyil. Ona görə də, mətndə müraciət etdiyiniz proqramın tələblərinə əsasən bacarıqlarınız vurğulanmalıdır.

Məsələn, siz maliyə bölümünə qəbul olmaq istəyirsinizsə, o zaman, sizin analitik bacarıqlarınız, rəqəmlərlə işləmə qabiliyyətiniz qabardılmalıdır.



Adətən proqram elan olunan zaman hansı keyfiyyətlərin olmasının vacib olduğu qeyd olunur. 


Yüklə 49,1 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin