22.09.2016
DİAQLOQ
Həm yeyir, həm acgöz tək acdım deyir,
Evdə çörək var, yenə dingildəyir,
Yəqin şillə, təpik, qapaz istəyir,
Fürsətindi çıxar ləzzətin, dadın,
Əsəbləşmə, boş yerə döy arvadın.
Gəl ki yeni ləmbədən olsun gərək,
Vay, buna çatdırmaq olmayır çörək.
Övladı bundan da betər, neyləyək,
İndi bunun gəl ki doyurt övladın.
Arvad: Ət dediyin əla xörək deyilmi ?
Səninsə verdiyin çörək deyilmi,
Kişi: Adi çörək səncə yemək deyilmi ?
Dünyada yox sən kimi acgöz qadın.
Dünyanı dar eylədi alçaq qızı,
Ata sarsaq, övlad sarsaq qızı,
Dönər, kabab istəyir axmaq qızı
Alıb verin bağlasın ağzın-zadın
Dostları ilə paylaş: |