Yazılmağa verilmişdir



Yüklə 116,08 Kb.
səhifə28/49
tarix02.01.2022
ölçüsü116,08 Kb.
#45283
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   49
Qısa ömürüm

09.09.2016

QƏZƏL
Gördüm o gözəl cananı mən baği-gülüstanda,

Gözlər dikilib qaldı həmin sevgili-cananda.


İlk gördüyüm andan mən onun aşiqi oldum və

Artdı daha dərdim və tapılmır buna dərmanda.


Allah nə gözəl xəlq eləyibdir səni, ey afət,

Söylə, bu gözəllik axı vardır hansı insanda ?


Ey gül, bu gözəllik məni bir dərdə salıbdır ki,

Artıq cismimdən usanıbdır bu yazıq canda.


Əkrəmnecə divanə olubdur sənin üçün , yar,

Olmuş dəli- Məcnun qazanıbdır hələ ad-sanda.


***
Yan-yanə gedib sevgili cananı ötürdüm,

Bu yolda mənə can olan insanı itirdim.


Zülm eyləmə, ey sevgili afət, dedim ancaq,

Əfsus ki, kədərlə həmin dövranı bitirdim.


Qalsam sənə həsrət ölərəm mən axı, zalım,

Könlü sənə verib, qəmi, hicranı götürdüm.


Qurban verərəm mən sənə bu canı demişdim,

Ayağına ey yar, hələ qurbanda gətirdim.




MEYXANA
Şairin sanma gəlir cahil, uzağdan sorağı,

Sanmaki vardı onun meyxanaya çox marağı,

De görüm, kimdir axı eyləyən icad arağı ?

Hey içirlər, çoxalır əyyaşı bu millətimin.


Canımı qurban edim gərək Azərbaycanıma,

Görəsən kimdir arxa-dirək Azərbaycanıma?

Gəlir alçaq erməni kələk Azərbaycanıma -

Nə bilim, kim olacaq yoldaşı bu millətimin ?


Özünü rəzil edir bax elə insanın özü,

Özgənin malındadır bir çox adamların gözü,

Bir nəfər saxlamayır ağzında bir kəlmə sözü,

Sirrini yox daşıyan sirdaşı bu millətimin.


Erməni alçaq salıb qəlbimizə dərd-qubarı,

Bir gün azad edəcik bizdə Qarabağı barı,

“Bir millət, iki dövlət” millətimin var şuarı-

Türkiyə xalqı olub qardaşı bu millətimin.


Belə kəm baxmaginən yaşına öz xalqımızın,

Sonradan nur düşəcək başına öz xalqımızın.

Özgələr duz tökəcək aşına öz xalqımızın -

Nə üçün dənsiz qalıbdır aşı bu millətimin ?


Məni dostlar özünə yad bilərək, yan baxacaq,

Yazdığım misralara, hər sözə insan baxacaq.

Bu qəzəlnən sənə Əkrəm, hamı düşmən baxacaq,

Bilməyirsənmiçoxdudikbaşıbu millətimin.



MƏNƏM
Dərd ilə öz dərdinə dərman edən aşiq mənəm,

Sən ki yoxsan, hər gecə əfğan edən aşiq mənəm.


Eşqidə yoxdur mənimtək can verən cananına,

Təkcə yer uğrunda can qurban edən aşiq mənəm.


Vəsl ilə sən ey sənəm, şad etmisən aşiqləri

Vəslə yetməyib özün peşman edən aşiq mənəm.


Ey gözəl yar, həsrəti, hicranı birdəm görmədin,

Həsrətindən bağrını al-qan edən aşiq mənəm.


Əkrəma, dəryadır eşq hər kim düşür nöqsan edir,

Həmçinin əql etməyib nöqsan edən aşiq mənəm.



Yüklə 116,08 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin