Yazılmağa verilmişdir



Yüklə 116,08 Kb.
səhifə24/49
tarix02.01.2022
ölçüsü116,08 Kb.
#45283
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   49
Qısa ömürüm

24.04.2017
GETDİ DAHA
Gözəlim yaxşı olar gəl dəyişək fikrimizi,

Eləsin məncə həyatda hərə öz yoluna davam.

Gəl silək biz təmiz eşq ilə dolan qəlbimizi,

Səni bilməm, mənə eşqim tamamən oldu haram.


Barışıb, biz küsürük bunda gülüm, var nə xeyir?

Sevişmənin yeri yox, vardısa küskünlüyümüz.

Hamının yazığı gəlir bizə biçarə deyir,

Hamını sevgilim, ağlar qoyub üzgünlüyümüz.


Elə gündü bu gün eşqin kitabın bağlayırıq,

Bilirik mənası yox, eşqə əbəs yas tuturuq.

Baxırıq sevənlərə hər ikimiz ağlayırıq,

Gözəlim, söylə görüm biz nəyə yasbəstuturuq ?


Nə qədər olsa ağırbüdrəməyib, dik duracam,

Məsləhəti sən də çalış büdrəməyib dik durasan.

Bu görüşdən sonra mən eşqimizibasdıracam,

Elə bir gün gələ afət, məni sən basdırasan !


De görüm, məna yox ikən nə qədər ağlayacaq,

Nə qədər biz baxacıq bir-birinə həsrət ilə ?

Ah çəkib ağlasaqda bilki hədər ağlayacıq,

Dil açıbda deməyək sevgi sözün zəhmət ilə.


Əl açıb, qışqırıb Allah, məni öldür deyəcəm,

Bizə madam ki, sevişmək bu qədər oldu baha.

Bu alınmazsa əgər canıma qəsd eyləyəcəm,

Bunu dərk et, Əkrəmin getdi gülüm, getdi daha.



Yüklə 116,08 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin