01.07.2016
BU FƏNA DÜNYAYA
Başın götürüb qaçar dərdimi bir kimsə görən,
Məni sıxdı hamı, bezdi yaşamımdan bədən.
Yoxdu dünya malına, yara və dostlara güvən,
Mənim ölsəm eləyin cismimə bayrağı kəfən,
Bilki, ölsəm ölərəm təkcə Vətən uğrunda mən.
Üzülüb getdi cisim dərdi-qubar ucbatından,
Bu bədən qəbrə atır can, azar ucbatından,
Qorxuram bir gün ölüm intihar ucbatından,
Eşqədə düşmüş idim bir nigar ucbatından,
Bağrımı qan elədim mən də yar ucbatından,
Yenədə qorxmayaraq yol gedirəm sevdaya,
Mən kədərlə yaranmışam bu fəna dünyaya.
Dostlarım zərbələyir hər cürə mənada məni,
Yar da ki, çarəsiz etdi qara sevdadə məni,
Nə boğursuz axıdərdlə dolu dəryada məni,
Hamı sıxdıqca sıxır bivəfa dünyada məni,
Ruhum cismdən çıxar, elə arada məni.
Məni göndər bir adam görünməyən səhraya,
Mən kədərlə yaranmışam bu fəna dünyaya.
Əkrəmi tənha qoyun, əl çəkin bu tənhadan,
Ölümə can atıram dönmərəm bu sevdadan
Budur istəyim mənim, təkcə o Haqq-Taladan
Məni azad eyləsin qəm dolu bu dəryadan
Sevinim day bu gün artıq gedirəm dünyadan
İstəyənlər ölməyimiçoxdu gəlməz saya,
Mən kədərdən yaranmışam bu fəna dünyaya.
Dostları ilə paylaş: |