06.02.2017
Saat: 22:17
EDİRƏM MƏN
Zalım, nə qədər naleyi-fəryad edirəm mən,
Eşqinlə sənin qəlbini bərbad edirəm mən.
Eşq adlanan acı zəhərinlə, kədərinlə,
Bağrın qana dönmüş qəhərinlə, kədərinlə.
Sən verdiyin ol dərd-sərinlə, kədərinlə,
Vaxt öldürürəm, qəlbimidə şad edirəm mən.
Eşqin gətirib dərdini qəlbimə yetirdi,
Yetdikdə mənim könlümə dərd-qəmdə gətirdi.
Qəddarlığın ey gül, məni öldürdü, bitirdi,
Ta çarəsizəm, əl açıb imdad edirəm mən.
Yox millət içində mənə qiymət, xəcil oldum,
Sevmək ilə təəssüf mən utandım, rəzil oldum.
Məcnun kimi əfsus ki, sevərkən səfil oldum,
Divanəsən ondanda betər, ad edirəm mən.
Eşqin enərək gözümə yaşları qurutdu,
Əfsus ki, gözün məni yadırğadı, unutdu.
Hicrin odlanan qəlbimi kül etdi, dağıtdı,
Bir körpə kimi ağlayaraq dad edirəm mən.
Aqil, elə təəssüf bir ürək qırmışam artıq,
Eşqin kitabın, səhifələrin cırmışam artıq.
Sevgi deyilən hissi dəbasdırmışam artıq,
Arada gedib eşq məzarın yad edirəm mən.
Dostları ilə paylaş: |