Yazılmağa verilmişdir



Yüklə 116,08 Kb.
səhifə27/49
tarix02.01.2022
ölçüsü116,08 Kb.
#45283
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   49
Qısa ömürüm

SON GÖRÜŞ
Bu son görüşdür, yəni sevgi bitdi,

Ağladım ki, “eşq kitabın bağlama”.

Ayrılanda söylədi ciddi-ciddi:

“Ayrılırıq mənası yox, ağlama”,


Ayrılırıq indi biz, ey sevgilim,

Qismət olur bizlərə həsrət yenə.

Məhv olur bu sevgimiz, ey sevgilim,

Çəkməliyik sevgimizə xətt yenə.


Əfsus, heyif o ötən günlərimizdən,

Heç geri qaytarmaq olmayır onu.

Talehdə əlini üzübdür bizdən,

Bilmirəm nolacaq bu yolun sonu?


Sevməyirəm söylədin, ey sevgilim,

İncisəmdə sənin bu sözlərindən.

Son diləyim budur ki, səndən, gülüm

Öpüm son dəfə qara gözlərindən.


Gözdən öpmək ayrılıqdı bilirsən

Bəlkə bizi ayrı salan bu oldu?

Sən buna rişxənd eləyib gülürsən,

Mənimçünsə sirli bir duyğu oldu.


Sən ey mənim eşq bağımın tər gülü,

Mənsə sənin bülbülün idim, gülüm.

Könül elə hökm elədi: dər gülü,

Bilə-bilə başıma gətirdim zülm.


***

Zənn etməz idim-qəfil tərk eylədin

Yəni inandırıcıydı sözlərin.

Gec də olsa sonunda dərk eylədim,

Hiylə, kələk yuvasıymış gözlərin.
GƏLİB
Gün batıb ey nazlı dildar, ömrümə zülmət gəlib,

Nur gedib ta gözlərimdən, yerinə həsrət gəlib.


Dərdimin dərmanı sənsən ey gözəl, təkcə sən

Gəldiyin an dərdimə dəva əlac əlbət gəlib.


Bir mələksən dünyada yox bənzərin əsla sənin

Hansı heyran oldu ki, dünyaya aysurət gəlib.


Gözlərim yollarda qalmış ey qəmər, sən hardasan?!

Aşiqin yad etməyə aləm gəlib, millət gəlib.


Ol kəsin mən əllərindən,gözlərindən öpərəm,

Kim desə : Əkrəm, səni yad etməyə afət gəlib.



ƏHSƏN,ƏHSƏN
Nə olan şeydi məhəbbət bunu bilməzdim mən,

Gəlməsəydin gözəlim, ömrümə ta sən birdən .


O zamanlar ki, gözümün işığı, nuru idin,

Uca tutdum a vəfasız, səni mən hər şeydən .


Səni əğyar alaraq cənginə aldı birisi,

Yoxsan, mənə də heç yerdəyox məskən.


De görüm, mən hara, əğyar hara - düzgün danışaq,

Məni satdın kimə sən, gör nə vəfasızsan sən.


Hər üzü göyçək olan kəsdə vəfa olmur ki,

Bunu dərk eylədin, Əkrəm, sənə əhsən, əhsən !



Yüklə 116,08 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin