Yazılış qaydası Metodikası Tərtibi Müdafiəsi Azərbaycan Respublikası Təhsil


Magistrantın müdafiə zamani çıxışının quruluşu üç



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə51/61
tarix30.12.2021
ölçüsü0,56 Mb.
#49440
növüYazı
1   ...   47   48   49   50   51   52   53   54   ...   61
hr md

Magistrantın müdafiə zamani çıxışının quruluşu üç
hissədən ibarətdir:
Birinci hissə dissertasiyanın  giriş  hissəsində olan
materiallardır ki, magistrant onu yığcam şəkildə komissiya
üzvlərinə danışır  (Aktuallıq,  elmi  yenilik,  praktik əhə-
miyyət, predmet, obyekt, metodlar, metodologiya, mənbə-
lər, aprobasiya və s.)
İkinci hissə dissertasiyanın  fəsillərinin  ardıcıllıqla
şərhi  və izahıdır. Bu  zaman  hər  fəsildə yerinə yetirilmiş
işlər və alınan nəticələr şərh olunur. Magistrant fikirlərini
əsaslandırmaq  üçün plakatlardan,  sxem  və cədvəllərdən,
diaqramlardan texniki vasitələrdən istifadə edir.


74
Üçüncü hissə dissertasiyanın  nəticələrinə həsr  olu-
nur. Burada  alınmış  nəticələr,  yekunlaşdırılmış  fikirlər,
təkliflər, istifadə edilmiş əsas mənbələr komissiya üzvləri-
nə çatdırılır.
Bundan sonra  rəylər  oxunur,  iradlar deyilir. Magist-
rant  qeyd  edilən  iradlara  öz  münasibətini  bildirə bilər və
ya onlarla razılaşa bilər.
Magistranta verilən suallara magistrant qısa, konkret
və əsaslandırılmış cavablar verməlidir. Magistrantın çıxışı
və cavabları  aydın,  səlis,  dəqiq,  inamlı  və elmi  dəlillərlə
əsaslandırılmalıdır. Magistrant  fikirlərini əsaslandırmaq
üçün  ilk  mənbələrdən,  klassiklərin  fikirlərindən,  öz
dissertasiyasından fakt və nümunələr, misallar gətirə bilər.
Magistrantın müdafiə zamanı  geyimi,  səliqəliliyi,
nitqi, hərəkət və davranışları da müdafiənin uğurla keçmə-
sinə,  komissiya  üzvlərində xoş  təəssürat  yaranmasına
səbəb  ola  bilir. Bütün  bunlar  magistr dissertasiyası  mü-
dafiəsinin qiymətləndirilmə meyarlarına daxildir (Qiy-
mətləndirmə meyarlarının nümunəsi- Əlavə 7-də verilmiş-
dir).
Magistr  dissertasiyasının  müdafiəsi kollektiv  qarşı-
sında yüksək tələbkarlıq, prinsipiallıq, diskussiya şəraitin-
də elmi,  etik  qaydalara əməl  edilərək  keçirilir. Magist-
rantın elmi  rəhbəri və rəsmi  rəyçi  müdafiədə iştirak  edə
bilər.


75
İxtisaslaşdırılmış  Elmi  Şuranın qapanış  iclasında
sədr şura üzvləri ilə birlikdə sadə açıq  səsvermə yolu  ilə
magistrantın  müdafiəsini qiymətləndirir. Sonra  şuranın
sədri  müdafiə iştirakçılarına  magistrantın  müdafiə qiy-
mətini elan edir.
Beləliklə  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi-
nin  təqdim  etdiyi  “Azərbaycan  Respublikasının  çoxpilləli
ali  təhsil  sistemində  magistr  hazırlığı  (magistratura)  haq-
qında Əsasnamə”də (əlavə 10) yazıldığı  kimi  “Magistr
hazırlığını həyata keçirmək hüququ olan ali təhsil müəssi-
sələrində  magistr  proqramı  üzrə  fərdi  planı  tam  yerinə
yetirmiş şəxslərə magistr ixtisas və elmi dərəcəsi və vahid
formada dövlət nümunəli magistr diplomu verilir”.
Dissertasiya işinin müdafiəsindən sоnra magistranta
magistraturanı bitirməsi ilə əlaqədar,  aldığı  qiymətlərə
müvafiq və iхtisasa uyğun adi, yaхud fərqlənmə diplоmu
vеrilməsi haqqında qərar çıхarılır.
Beləliklə dissertasiya işinin müdafiəsi ilə ali məktə-
bin  magistratura  pilləsində təhsil prоsеsi başa çatır. Dis-
sertasiya işinin uğurlu nəticəsi və ona uyğun verilmiş dip-
lom magistrantın  bir  mütəxəssis  kimi  yetişməsini,  ixtisas
biliyinə yiyələnməsini təsdiqləyir.
Müəyyən  səbəblər  üzündən  dissertasiya  müdafiə et-
məmiş  magistranta  yalnız  bir  dəfə və bir  ildən  sonra  mü-
dafiə etmək hüququ verilə bilər.


76
NƏTİCƏ
Yazılanlardan  belə nəticəyə gəlmək  olur  ki,  magistr
dissertasiyasının  hazırlanması,  onun  metodikası,  texnolo-
giyası və ondan  sonrakı  proseslər  çətin,  mürəkkəb  pe-
daqoji  prosesdir. Aydındır  ki,  bu  prosesin  bütün  cəhət-
lərini  bir  metodik  vəsaitdə şərh  etmək mümkün  deyildir.
Bu  kitabda  yalnız  magistr  dissertasiyası  ilə bağlı əsas
məsələlərə toxunulmuş, elmi yaradıcılığın metodologiyası,
lik mənbələr üzərində iş, dissertasiyanın yazılma texnolo-
giyası, quruluşu, əlyazması üzərində aparılan əməliyyatlar,
müdafiə prosesinin  təşkili  ilə bağlı məsələlər  şərh
edilmişdir.
Təcrübə və müşahidələrdən  aydın  olur  ki, əgər  ma-
gistrant  elmi  yaradıcılığın əsaslarına,  texnologiyasına,
zehni əməyin elmi təşkilinə yiyələnməmişsə o nəinki  yal-
nız dissertasiyanın yazılmasında, müdafiəsində çətinlik çə-
kəcək, həmçinin ümumiyyətlə onun magistr təhsili fəaliy-
yəti asan olmayacaqdır.
Məlum olmuşdur ki, dissertasiyanın yazılmasına ma-
gistrantlar tərəfindən müxtəlif yanaşmalar mövcuddur.


77
Bəzi  magistrantlar  belə düşünürlər  ki,  təki  müdafiə edib
lazım  olan  dərəcəni  alsınlar. Belələri  heç düşünüb-
daşınmadan mövzunu tələsik götürürlər. Elələri də var ki,
dissertasiyaya  yaradıcı  bir iş  kimi  baxır,  düşündüklərini
dissertasiyada əks  etdirəcəyi  fikri  ilə tədqiqat  işinə ya-
naşırlar. Onlar yaradıcı  işi  sevir,  tədqiqat  aparmaq,  araş-
dırmaq  istəyir. Daim  oxuyur,  öyrənirlər. Mövzunu  dü-
şünərək  seçirlər,  araşdıraraq  götürürlər və böyük  həvəslə
çalışmağa  başlayırlar. Onlar  kompüter  arxasında  oturaraq
öz işlərini yazır,  internet  səhifələrindən  problemlə bağlı
materiallar  toplayır, ədəbiyyatı  oxuyub, təhlil və tədqiq
edirlər. Məhz  belələri elm  pillələri  ilə yüksəklikkərə
qalxıb, ucalırlar.
Nəhayət  sözümüzün  sonynda  qeyd  edək  ki,  bu me-
todik vəsaiti oxuyarkən elə düşünülməsin ki, elmi  yaradı-
cılığın bütün  sahələri  üzrə, tədqiqatçılıq  işinin bütün xü-
susiyyətləri  ilə əlaqədar,  yaxud  da bütün dissertasiyaların
yazılış qaydası, metodikası, texnologiyası ilə bağlı burada
hazır  reseptlər,  dəyişməz  qaydalar verilmişdir. Heç
şübhəsiz tədqiqatın  xüsusiyyətindən, yerinə yetiriləcək
dissertasiyanın  xarakterindən,  problem  və tematikasından
asılı olaraq elmi yaradıcılıq işinin, zehni əməyin təşkilində
də müəyyən fərqliliklər  olacaqdır  ki,  bunun  özünə də
yaradıcı yanaşılmalıdır.
Hər  bir  gənc  tədqiqatçıya  elmi  yaradıcılıq  işlərində
uğurlar arzulayırıq.


78

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin