90
rəy yazır, işin səciyyəvi cəhətlərini, tələbənin müstəqilliyini, yaradı-
cılığını, tədqiqatçılıq bacarığını göstərir və buraxılış işinin müdafiəyə
hazır olduğunu qeyd edir.
Elmi rəhbərin rəyi və buraxılış işi kafedraya təqdim edildik-
dən sonra, kafedra müdiri işi əlavə rəsmi rəyə göndərir. Əlavə rəsmi
rəydə buraxılış işinin bütün fəsilləri və bölmələri haqqında rəy bil-
dirilir. Rəy təsvirçilik xarakteri daşımır, burada işin necə yerinə yeti-
rildiyi, müsbət və mənfi cəhətləri, irad və təkliflər göstərilir. Rəsmi
rəyçi işin müdafiəyə hazır olduğunu bildirir.
Beləliklə buraxılış işi, elmi rəhbərin rəyi və əlavə rəyçinin
rəyi müzakirəyə 2 həftə qalmış kafedrada hazır olur.
5. Yеkun Dövlət Attеstasiya Komissiyası qarşısında açıq mü-
dafiədən öncə ixtisas kafеdrasında tələbənin buraхılış işinin müzaki-
rəsi təşkil оlunur. Buna ilkin müdafiə də deyilir. Burada tələbə 10-12
dəqiqə ərzində buraxılış işinin aktuallığı, məqsəd və vəzifələri,
metodları, mənbələri haqqında məlumat verir, işin fəsilləri, bölmələri
barəsində qısa, yığcam şərhlər verir. Sonra rəylər oxunur,
irad və tək-
liflər bildirilir. İddiaçı rəylərə cavab verə bilər, ya da onlarla razılaşa
bilər. Daha sonra müdafiəçiyə suallar verilir, cavablar alınır.
Nəticələr qənaətbəxş olarsa buraxılış işinin müdafiəyə buraхılması
haqqında qərar qəbul edilə bilər.
İşin kafedrada müzakirəsi zamanı tələbənin iş üzərində
çalışqanlığı, müstəqilliyi, ədəbiyyatdan, pеdaqоji təcrübə nümunələ-
rindən istifadə еtmə bacarığı, işin məzmunu, tərtibatı, tələbənin
buraxılış işini şərh etmə tərzi, nitqi, rəyçilərin işə qiyməti nəzərə alı-
nır və bütün bunlar maksimum 50 balla müəyyənləşdirilir. Beləliklə
hər tələbənin Yеkun Dövlət Attеstasiya Komissiyası qarşısında açıq
müdafiəyə buraxılması haqqında kafedranın müzakirə protokolundan
çıxarışı müvafiq dekanlığa təqdim edilərkən tələbənin müdafiəyə
qədərki topladığı ballar da aşağıdakı cədvəl formasında göstərilir: