Yekun hesabat


FƏSİL I. ARİSTOKRAT TRAVEL HAQQINDA QISA MƏLUMAT



Yüklə 1,25 Mb.
səhifə2/3
tarix01.11.2022
ölçüsü1,25 Mb.
#67077
1   2   3
Əhmədzadə Yusif TO 1902 YEKUN HESABAT (1)

FƏSİL I. ARİSTOKRAT TRAVEL HAQQINDA QISA MƏLUMAT.
1.1.Müəssisənin yaranması.
Aristokrat Travel - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin qanunlarına uyğun olaraq fəaliyyətini həyata keçirən bir turizm şirkətidir.
Aristokrat Travel aşağıdakı sosial şəbəkələrə malikdir:
Veb sayt: https://www.aristokrat.az/az
Facebook səhifəsi: https://m.facebook.com/AristokratTravel/
Şirkətin komandası ibarətdir:
- Səbinə Nəsirova Xarici turizm üzrə İcraçı direktor
- Lusio Perrone Avropa ofisinin rəhbəri
- Aqil Qafarov Əməliyyatlar üzrə mütəxəssis
- Mask Group 2.png
- Şahin Əsgərov Daxili turizm üzrə agent
“Aristokrat Travel” bir çox qurumlarla əməkdaşlıq edir. Bunlara aşağıdakılar aiddir:


1.2.Müəssisənin fəaliyyət istiqamətləri.
Şirkətin fəaliyyət istiqamətinə aşağıdakılar aiddir:
- Toyların təşkili,
- Bal ayı,
- Ekstremal turlar,
- Helicopter Services,
- Yachting,
- Health Tourism,
- E-viza,
- Avtomobil icarəsi,
- Ov turları,
- Biletlər,
- Transfer,
- Alternativ turlar,
- Bələdçi xidməti,
- Turlar,
- Otelin rezervasiyası və s.
1.3.Müəssisənin SWOT analizi.
SWOT analizi həm korporativ məqsədlər üçün, həm də şəxsi həyatınızda tətbiq edə biləcəyiniz sadə, lakin faydalı bir texnikadır. SWOT sözünü təhlil edək:
S – Güclü cəhətlər,
W – Zəif cəhətlər,
O – Fürsətlər,
T – Təhlükələr
Mən düşünürəm ki, Aristokrat Travel-in üstün cəhətlərinə burada kursların təşkil olunmasıdır. Hansı ki, burada çalışan və ya digər şirkətlərdə çalışan şəxslər öz biliklərini daha da təkmilləşdirə bilərlər. Müəssisədə təşkil olunan kurslara aşağıdakılar aiddir:
1.Ümumi Turizm Kursu,
2.Tur Bələdçi (Tur Rəhbəri) Kursu,
3.Tur Menecer (Texniki Menecer) Kursu,
4.Turizmdə Marketinq və Satış Kursu,
5.Turizm Təşkilatçısı Kursu.
Təhlükələrə isə, müəssisənin rəqiblərini aid etmək olar.
Hal hazırda Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən bir çox şirkətlər mövcuddur. Bunlara misal olaraq aşağıdakıları göstərə bilərik:
- Pasha Travel,
- Silk Row Travel,
- Baku Holiday Travel,
- World Travel,
- In Travel Az və s.
Misal olaraq, bir-iki şirkət haqqında məlumat verək.
"PAŞA Travel" həm Azərbaycana və Gürcüstana gələn turistlərə, həm də dünyanın müxtəlif yerlərinə işgüzar və şəxsi məqsədlər üçün səyahət edənlərə tayı-bərabəri olmayan keyfiyyətli xidmət təklif edir.
Problemlərin həllinə yaradıcı yanaşan, iddialı işçilərdən ibarət komandası işgüzar səyahətin fərdi sifariş əsasında təşkil edilməsində yardımçı olur, eləcə də müştərilər üçün səyahətləri planlaşdırır, müxtəlif tədbirlərin keçirilməsi üçün ideyalar verir, görüşlər, həvəsləndirici turlar, konfranslar və sərgilərin keçirilməsi üçün xidmət paketləri təklif edir və turizm sahəsində bir çox başqa xidmətlər təqdim edir.
Müqayisə üçün onların sosial şəbəkələrinə baxaq:

PASHA TRAVEL”- https://www.pashatravel.az


Aristokrat Travel”- https://www.aristokrat.az/az/

Şəkillərdən göründüyü kimi, “Aristokrat Travel”nin saytında tünd rəngdən çox istifadə olunduğu üçün diqqət çəkmir və göz yorucudur. Ancaq “PASHA TRAVEL”-in saytı isə daha rəngli olduğu üçün, müştərilərdə xoş təəssürat yaradır.
Eyni zamanda, “PASHA TRAVEL”-in saytı daha səliqəli quruluşa malikdir. Müştərilər istədikləri məlumatları asanlıqla əldə edə bilirlər.
Şirkətin zəif cəhətlərindən bəhs edərkən, bir neçə nüansı vurğulamaq istəyirəm. Belə ki, şirkət ən birincisi reklama daha çox üstünlük verməlidir. Çünki, reklam hər bir şirkətin əsasını təşkil edir. Reklama nə qədər üstünlük verilərsə, o qədər də rəqiblərindən seçiləcəkdir.
Eyni zamanda, müştərilər üçün daha əyləncəli turlar təşkil edərək onların diqqətini cəlb edə bilərlər. Əlavə olaraq da, müştərilər üçün endirimlər də təşkil olarsa, şirkətin daha çox müştəri qazanmasına səbəb ola bilər.


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin