Enerji mənbəyinizi hardan alırsınız?
- Stress yaradıcı şeylərdən uzaq durur, işdə və ailədə po-
zitiv düşüncədə oluram. Məsələyə hər zaman müsbət
yöndən yanaşıram. Uğurla müalicə etdiyim hər xəstə
mənə enerji mənbəyidi və bu məni növbəti gün daha
da həvəslə çalışmağa şövq edir.
Sizin çox gözəl nitq qabiliyyətiniz var. Yəqin ki,
mütaliəni çox sevirsiniz. Ən son oxuduğunuz kitab
hansıdır?
- Mən əvvəldən mütaliə etməyi sevmişəm. Bu
vərdişi məndə yaratdığı üçün öz ədəbiyyat müəllimə
minnətdaram. Mən, bədii ədəbiyyatımızın ən yaxşı
nümayəndələrinin əsərlərini daim oxumağa çalışmı-
şam, hal hazırda da oxumağa davam edirəm . Son za-
manlar mənə təsir edən, məndə mənəvi iz qoyan əsər
kimi "Əli və Nino"nu göstərə bilərəm. Hətta beynəlxalq
konfranslarda iştirak edərkən həmkərlarıma bu kitabı
hədiyyə edirəm. Bu əsər həmin tarixi dövrü çox gözəl
şəkildə təsvir edir. Və məncə bu əsərdən həm də gözəl
ekran işi yaratmaq olar.
Dostları ilə paylaş: |