Yeni İl Bayramının yaranma tarixi



Yüklə 172.35 Kb.

tarix15.12.2016
ölçüsü172.35 Kb.

Yeni İl Bayramının 

yaranma tarixi

Yeni İl Bayramı artıq əsrlərdir ki, dünya-

nın müxtəlif ölkələrində qeyd edilir. 

Bəzi  fərziyyələrə  görə  Yeni  ili  ilk  dəfə 

qədim  çinlilər  qeyd  etmişlər.  Digər 

mənbələrdə  bu,  qədim  germanlar  və 

romalıların  adı  ilə  bağlanır.  Başqa  bir 

mənbə  isə  ənənənin  Mesopotamiyada 

yarandığını sübut etməyə çalışır.

Dünyanın  hər  yerində  bütün  insanlar 

Yeni ili yeni ümidlər, yeni uğur arzusu ilə 

gözləyirlər.

Hər  bir  ölkə  bu  bayramı  özünəməxsus 

şəkildə keçirir. 

Fransada  Şaxta  baba  Per  Noel  —  yəni 

Noel  ata  adlanır.  O,  Yeni  il  gecəsi  gəlir 

və  evin  balaca  sakinlərinin  başmağına 

hədiyyələr  qoyur.  Böyüklərsə  bayram 

günü  daha  çox  yeyib-içməyi  sevirlər. 

Bu  ölkədə  bayramın  ən  maraqlı  tərəfi 

hədiyyələrdir.  Amma  burada  bir  qədər 

diqqətli  olmaq  lazımdır.  Hər  hədiyyəni 

hər  adama  vermək  olmaz.  Məsələn, 

bu  bayramda  qadının  öz  ərindən  baş-

qa kimdənsə hədiyyə olaraq ətir qəbul 

etməsi yaxşı hal hesab olunmur.

Yeni  ildə  İsveçrədə  insanlar  bir-birinə 

şam hədiyyə edirlər ki, bu da dostluğun 

və sevincin rəmzidir. Bayram axşamı isə 

ailə başçısı - ata zibil atmaq bəhanəsilə 

evdən çıxır və Yul Tomten (Şaxta baba) 

obrazında qayıdır və uşaqlara hədiyyələr 

paylayır.

İtaliyada  yeni  ildə  uşaqların  isə  Şaxta 

babaları  yox,  Şaxta  nənələri  var.  Onun 

adı  Befan  nənədir.  Bu  ölkədə  Yeni  ili 

bərkdən qışqıraraq qarşılamaq adəti var. 

Ucadan danışmaq italyanlar üçün adi hal 

olsa da Yeni il gecəsi onlar öz səslərinə 

tam sərbəstlik verirlər. Beləcə onlar həm 

də  köhnə  illə  vidalaşırlar.  Əgər  Yeni  il 

bayramı  ərəfəsində  təsadüfən  Roma 

küçələrindən  keçsəniz  ehtiyatlı  olun. 

Çünki  pəncərələrdən  atılan  köhnə  ev 

əşyalarına  tuş  gələ  bilərsiniz.  İtalyanlar 

hesab edirlər ki, Yeni ilin astanasında bü-

tün pis fikirlərdən və köhnə əşyalardan 

xilas olmaq lazımdır.

Böyük  Britaniyada  bayram  günü  evdə 

ideal  təmizlik  və  qanun-qayda  hökm 

sürməlidir. Gecə düşərkən ailənin başçısı 

illərin yerdəyişməsi üçün evin bütün qa-

pılarını geniş açır. Daha sonra qapı bağ-

lanır və evə ilk gələcək qonaq həyəcan 

və  səbirsizliklə  gözlənilir.  İnanca  görə 

ilin  necə  keçəcəyi  içəri  girən  adamın 

görkəmindən çox asılıdır. Qadınlar, sarı-

şınlar və əsmərlər o qədər də arzuolu-

nan deyillər. Ən uğurlu qonaq kürən kişi 

hesab  olunur.  Dəhşətli  hadisə,  çatma-

qaş  adamın  içəri  girməsinə  qarşı  isə  o 

dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa 

duz  atılır,  qapıdan  xaç  asılır.  Gələn  qo-

naq  özüylə  viski,  şirin  çörək  və  kömür 

gətirməlidir. Kömür ocağa atılır ki, Yeni 

ildə ailənin ocağı daha gur yansın.

Almanlar  Yeni  il  gecəsi  saat  12-ni 

vurarkən ovuclarında metal pul sıxaraq 

tullanırlar. İnanırlar ki, bunu etsələr yeni 

il daha bərəkətli olacaq.

İspaniyada  bayram  günü  hamı  kütləvi 

şəkildə  şəhərin  mərkəzi  meydanına  

üzüm  yeməyə  axışır.  Hər  kəs  müəyyən 

vaxt ərzində 12 salxım üzüm yeməlidir. 

Bayram  axşamı  küçələrdə  müxtəlif 

tələlər qurulur. Bu pis qüvvələrin köhnə 

ildə qalması üçündür.

Yeni  il  Rusiyada  ən  çox  sevilən  bay-

ramdır.  Uşaqlar  yeni  ildən  hədiyyələr, 

böyüklər isə səadət, xoşbəxtlik gözləyir. 

Bu ənənənin əsası 300 il bundan əvvəl  

Birinci Pyotrun əmri ilə qoyulub. Əmrdə, 

həmçinin  ağac  bəzəmək  də  öz  əksini 

tapıb.  Məhz  küknar  ağacı  19-cu  əsrin 

axırlarında  dəbə  mindi.  Yeni  il  gecəsi 

süfrəyə mütləq müxtəlif yeməklər, salat-

lar, içkilər, piroqlar qoyulur. İnanca görə, 

süfrə nə qədər dolu və gözəl olarsa, qar-

şıdan gələn il də elə olacaq. 

Braziliyada  Yeni  il  toplardan  atılan 

atəşlərlə  qarşılanır.  Atəş  səsi  eşidəndə 

hamı bir-birini qucaqlayıb öpməyə baş-

layır. 


Yeni il bayramında şam ağacı 

bəzəməyin mənası nədir? 

Yeni il abu-havasını şam ağacsız təsəvvür 

etmək qeyri-mümkündür.  

Yeni  ilin  şam  ağacı  haqqında  ilk  ya-

zılı  məlumat  XVI  əsrə  təsadüf  edir. 

Həmin  mənbələrə  görə,  o  vaxt  alman 

şəhəri  olan  Strasburqda  Yeni  il  gecəsi 

həm kasıb, həm də adlı-sanlı zadəgan 

ailələrində küknar ağacları rəngli kağız-

lar, meyvələr və şirniyyatla bəzədilirmiş. 

Vaxt  keçdikcə  bu  adət  bütün  Avro-

paya  yayılır.  Amerikaya  yolkanı  bura-

da  məskunlaşan  almanlar  gətiriblər. 

1851-ci  ildə  burada  ilk  dəfə  təntənəli 

şəkildə  yolka  fənərlərinin  yandırılma-

sı  mərasimi  keçirilib.  O  vaxtdan  hər  il 

Yeni  il  bayramında  Ağ  evin  qarşısında 

bu mərasim keçirilir. Beləcə, şam ağacı 

bütün dünyada məşhurlaşıb. 

Azərbaycanda  da  bu  bayram  sevilən 

bayramlar sırasındadır. Xüsusilə uşaqlar 

bu bayramı həvəslə gözləyirlər.  Böyüklər 

isə,  gələn  ilin  daha  uğurlu  və  bərəkətli 

olacağına inanırlar.  

“Mərkəzi Klinika” Ambulatoriyası

Ünvan: Zərifə Əliyeva küç. 5, Az1005

“Mərkəzi Klinika” Xəstəxanası

Ünvan: Parlament pr. 76, Az1006

MƏRKƏZİ KLİNİKA



“Müasir səhiyyə elmi əsaslarla dünyada əldə edilmiş təcrübə əsasında və bir də səhiyyə 

sahəsində elmi-texniki tərəqqinin, bu istiqamətdə dünyada yaranmış imkanlar əsasında qurulur.”

Heydər Əliyev

BÜLLETEN-2 | DEKABR 2014

“Azərbaycanda keyfiyyətli, səviyyəli tibbi xidmətin 

göstərilməsi üçün bütün imkanlar var!”

İlham Əliyev

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31 Dekabr Respublikamızda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini 

yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Və beləliklə, hər il 31 

dekabr tarixi bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”  kimi bayram edilir.                                                                  



Tel: +994 12 492 10 92  |  Call center: +994 12 105  |  Fax: +994 12 492 41 31  |  info@merkeziklinika.az    www.merkeziklinika.az    www.facebook.com/MerkeziKlinika     twitter.com/MerkeziKlinika

HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İLİNİZ MÜBARƏK!

MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-2 | DEKABR 2014

2

Dr. Bəyaz İbrahimova  

Baş həkimin müavini

2014-cü il ərzində  həm personal, həm də texniki baza ba-

xımından vətəndaşlarımıza layiqli xidmət göstərməyə çalış-

mışıq. Mərkəzi Klinika Ambulatoriyada 2015-ci ildə əlimizdə 

olan bütün imkanlardan, həmçinin tibbin ən son nailiyyətlərini 

istifadə etməklə  daha da əzmlə vətədaşlarımıza keyfiyyətli 

tibbi yardım göstərəcəyik. Onlara xoş rəftarımız, diqqətimiz, 

düzgün və vaxtında göstərdiyimiz tibbi yardımla sağlamlı-

ğa qovuşmalarına dəstək olmaq və xoş arzularla uğurlamaq 

ən ümdə vəzifəmizdir. Xalqımızın sağlamlığı bizim klinikada 

əmin əllərdədir! Yeni iliniz mübarək!



Dr. Sədaqət Bəhri  

Baş həkimin müavini

2014-cü ildə ağır xəstəmizin çox olduğu halda bizim kli-

nikamızda ölüm faizi aşağı olmuşdur.  Bu hal bizim üçün 

böyük nailiyyətdir. Ümid edirəm ki, getdikcə ölüm faizi 

ən minimum səviyyəyə enəcəkdir. 2015-ci ildə hədəfimiz 

xəstələrin məmnuniyyət səviyyəsinin daha da artırılması 

və etimadına sadiq qalmaqdır. Bütün oxuculara sağlam-

lıq arzu edərək, yeni ilinizi təbrik edirəm!

Dr. Sevda Əsədova 

Baş həkimin müavini, Pediatriya şöbəsinin müdiri

2014-cü  ildə  400-dən  yuxarı  patoloji  doğulmuş  uşaqlar 

Mərkəzi  Klinikanın  Uşaq  Mərkəzinin  Neonatoloji  reanima-

siya  ve  intensiv  terapiya  şobəsində  müalicə  almışlar.  Bun-

lardan  136-ekstremal  az  çəkili  (1000  qr-dan  aşağı)  uşaqlar 

olub. Hal-hazırda bu körpələr tam sağlam şəkildə həyatlarını 

davam  etdirməkdədirlər.  2015-ci  ildə  hədəfimiz  yenidoğul-

muşların reanimasiyasında ən ağır vəziyyətdə olan uşaqların 

yüksək səviyyədə müayinə və müalicəsinin təşkili və körpələrə 

keyfiyyətli sağlam həyat bəxş etməkdir. Bayramınız mübarək!

Dr. Xumar Rəsulbəyova 

Sığorta və Xəstəxana Xidmətləri şöbəsinin müdir müavini

2014-ci  ildə  yaradılan  Sığorta  şöbəsi  əməkdaşlarının  çox 

saylı  səyləri  nəticəsində  məhz  Mərkəzi  Klinikanı  seçən 

sığortalı  xəstələrə  keyfiyyətli  tibbi  xidmət  göstərilmiş, 

hər  bir  xəstəyə  fərdi  və  qayğı  ilə  yanaşılmışdır.  Bunun 

davamı  olaraq  2015-ci  il  üçün  hədəfimiz  təşkilat  və  sı-

ğorta  şirkətləri  ilə  qarşılıqlı  əməkdaşlığımızın  daha  da  

möhkəmləndirilməsidir.  Fürsətdən  istifadə  edərək,  bütün 

xəstələrimizə qarşıdan gələn yeni ildə  xüsusi olaraq can 

sağlığı və daim həmrəy olmağı arzu edirik!

Dr. Fərhad Qarayev 

Şua-diaqnostika şöbəsinin müdiri

2014–cü  ildə  Mərkəzi  Klinik  Xəstəxananın  Tibbi 

Görüntüləmə Mərkəzin-dən 65000-dən çox pasient diaq-

nostik müayinələrdən keçmişdir. Personalımız hər xəstəyə 

yüksək  səviyyəli  xidmət  göstərir  və  pasientlərin  düzgün 

diaqnozları vaxtında alması və razı qalmasına daim çalışır. 

Gələn il də yüksək kvalifikasiyalı personalı və ən son tibbi 

avadanlığı ilə təchiz olunmuş  şöbəmizin qapıları  7 gün, 

24 saat  üzünüzə açıq olacaq. Yeni ildə pasientlərimizi yeni 

qiymətlər və xidmətlər gözləyir. Yeni iliniz mübarək!

Dr. Azad Abidov

Təcili yardım və səyyar tibbi xidmət şöbəsinin müdiri

Mərkəzi  Klinika  Təcili  Yardım  şöbəsi  olaraq  həftənin  7 

gün  və  günün  24  saatı  Azərbaycan  əhalisinə  məsafədən 

asılı olmayaraq yüksək səviyyədə xidmət göstərmək əsas 

məqsədimizdir. Yeni, 2015-ci ildə Sizlərə ilk növbədə sağ-

lamlıq, xoşbəxtlik, iş fəaliyyətinizdə müvaffəqiyyətlər arzu-

layırıq. Bütün ağrılarınızı 2014-cü ildə qoyub, 2015-ci ildə 

daha sağlam və gözəl əhval-ruhiyyə ilə qədəm qoymağını-

zı diləyirik. Bayramınız mübarək!

Dr. Vəcihə Həziyeva 

Tibbi laboratoriya şöbəsinin müdiri

Mərkəzi  Klinika  Tibbi  Laboratoriyası  dünya  standartlarına  ca-

vab verən analoqu olmayan laboratoriyalarından biridir. Müasir 

standartlara cavab verən cihazlar və yeni avadanlıqlar sayəsində 

xəstəliyin  düzgun  diaqnozu  təyin  olunur.  Bununla  yanaşı,  

Türkiyənin  İlk  akreditə  olunan  laboratoriyası  ilə  əməkdaslıq 

edərək,  Respublikada nadir olunan testlərin həyata keçirilməsinə 

nail oluruq. Gələcək planlarımız və məqsədimiz  Laboratoryan-

mızı daha yüksək səviyyədə inkisaf etdirmək və xarici ölkələrin 

akreditasiya olunan laboratoriyaları ilə müqayisəli şəkildə çalıştır-

maqdır.  Bütün oxucularımızı Yeni il və Dünya Azərbaycanlılarının 

Həmrəyliyi günü münasibətilə ürəkdən təbrik edirəm! 

Dr. Elbəyi Daşdəmirli 

Urologiya şöbəsinin müdiri

2014- cü ili ümumi olaraq Millətimiz və Dövlətimiz, eyni za-

manda klinikamız və şöbəmiz üçün uğurlu hesab edirəm. 

2015 - ci ilin daha da uğurlu və düşərli olacağına inanıram. 

Ümidvaram ki, gələn il klinikamızın maddi-texniki təminatı 

daha  da  təkmilləşəcək  və  yüksək  əhval-ruhiyyədə  bizə 

müraciət edəcək  olan xəstələrə xidmət göstərəcəyik. Yeni 

ildə hər kəsə uğurlar və can sağlıgı arzu edirəm .

T.e.d., Dr. Kamran K.Musayev 

Baş həkim

Səhiyyəmizin avanqard gücü olan Mərkəzi Klinika üçün 2014 

cü il olduqca uğurlu keçmişdir. Kollektivimiz respublikamızda 

ilk dəfə və ya çox az edilən diaqnostik və müalicəvi prosedu-

ralar, əməliyyatlar icra etmişdir. Mən əminəm ki, 2015-ci ildə 

də Mərkəzi Klinikanın personalı dünyadakı tibbi  yenilikləri 

yaxından təqib edərək onların  ölkəmizdə tətbiq olunmasını 

davam etdirəcək və xidmət keyfiyyətimizin artırılması üçün 

qarşıya qoyduğumuz hədəflərə nail olacaqlar. Bütün kollek-

tivimizin bayramını təbrik edir, bu şərəfli yolda onlara sağlam 

həyat və xoşbəxtlik arzulayıram.



Dr. Vüqar Abdülkərimov  

Reanimasiya şöbəsinin müdiri 

Reanimasiya  şöbəmiz  xəstəxanamızın  digər  şöbələri  kimi 

dünya standartlarında tibbi xidmət göstərməkdədir. Kollekti-

vimiz 13 həkim, 24 tibb bacısı, 1 davamlı fizioterapevt və digər 

yardımçı personallardan ibarətdir. Şöbəmizdə 24 saat ən az 2 

həkim və 8 tibb bacısı mövcuddur.  2014 –cü ildə 1500 xəstəyə 

reanimasiya xidməti göstərilmiş, 82 % müsbət nəticə alınmış-

dır. Məqsədimiz 2015 – ci ildə bu faizi daha da artırmaqdır. Yeri 

gəlmişkən, qarşıdan gələn 2015-ci il münasibəti ilə xalqımızı 

təbrik edir, möhkəm can sağlığı arzu edirik!

T.e.n., Dr. Mahirə İsmayılova  

Ginekologiya şöbəsinin müdiri

2014-ci  ildə  MK  Qadın  Mərkəzimiz  süni  mayalanma  sıra-

sında 350-dən çox genetik xəstəliyin aşkar edilməsinə nail 

olmuşuq.  Həmçinin,    ilk  dəfə  olaraq  qadın  hüceyrələrinin 

dondurulub saxlanılması prosesi tərəfimizdən hayata keçi-

rilmişdir. Nailiyyətlərimizdən biri də doğuş və keysəriyyə za-

manı göbək ciyəsi damarındakı qandan kök hüceyrələrin ha-

zırlanması üçün toplanması prosesi sayılır. Bununla 107-dən 

çox sağalmayan xəstəliklərin sağalmasına (xərçəng, miyelo-

leykoz, şəkərli diabet və s.) yardımçı olmuşuq. 2015-ci ildə 

hər bir ailəyə həyatda ən dəyərli varlıq olan övlad sevincini 

yaşamağı arzu edirik! Bayramınız mübarək!

T.e.n., Dr. 

Elviz Qasımov

Ortopediya-travmatologiya,  

idman həkimliyi şöbəsinin müdiri

2014-cü  ildə  Mərkəzi  Klinikanın  Ortopediya  şöbəsinin  bir 

çox  uğurları  olmuşdur.  Bir  sıra  əməliyyatlar  icra  etdik  və 

yüzlərlə insanların məmnuniyyətini qazandıq. Əməliyyatların 

əksəriyyəti onurğa sütünu əməliyyatı, çoxlu ətraf sınığı olan 

multitravma  halları,  oynaqların  endoprotezləşdirilməsi 

və  artroskopik  əməliyyatlardır.  2015-ci  ildə  də  xalqımızın 

göstərdiyi etimada sadiq qalacayıq. 



Dr. Yeganə Abbasova 

İntensiv  Terapiya şöbəsinin müdiri

Artıq  2014-cü  il  başa  çatır.  Bu  il  ərzində  İntensiv  Terapiya 

şöbəsində 2 və daha artıq orqan patologiyası olan ağır xəstələr 

şəfa  tapmışdır.  Nadir  halda  rast  gəlinən  xəstəliklərin  (“STİL” 

xəstəliyi, “Reiter” sindromu və s.) tərəfimizdən erkən diaqnozu 

qoyulmuş və müvafiq müalicəsi aparılmışdır. Şöbəmizin həkim 

kollektivi 5 reanimatoloq, 1 terapevt və 1 nefroloqdan ibarətdir. 

Qarşıdan gələn 2015-ci ildə Azərbaycan xalqının sağlamlığının 

qorunması  istiqamətində  daha  fəal  çalışmağı  özümüzə  hədəf 

seçmişik.  Bizə  verilən  bu  imkandan  istifadə  edərək  qarşıdan 

gələn yeni il bayramı münasibətilə bütün vətəndaşlarımızı təbrik 

edir və dünyada ən dəyərli olan can sağlığı arzu edirik!

T.e.n., 

Dr.Asəf Məmmədov 

Əməliyyat və anesteziya şöbəsinin müdiri

Bütün oxucularımızı qarşıdan gələn Yeni il münasibəti ilə 

ürəkdən təbrik edirəm. 2015-ci ildə xalqımıza səadət, fira-

vanlıq, sabitlik və möhkəm sağlamlıq arzu edirəm. Yeni ildə 

bütün arzularınıza çatmanızı diləyirəm!

Bayramınız mübarək!



T.e.n., Dr. Firdovsi İbrahimov

Kardiologiya şöbəsinin müdiri

Respublika üzrə professional səviyyədə çalışan və kardiologiya-

nın bütün sahələrini əhatə edən 24 saat ərzində qüsursuz tibbi 

xidmət göstərən Mərkəzi Klinikanın Ürək Mərkəzi 2014-ci ildə 

də xəstələrə keyfiyyətli tibbi xidmət göstərməkdədir. Mərkəzdə 

bütün növ angioqrafiya və strentqoyulma prosedurları tamamən 

mil arteriasından (biləkdən) aparılır. 2015-ci il üçün məqsədimiz 

dünyadaki  kardiologiya  sahəsindəki  yenilikləri  tətbiq  etmək, 

kadr  yetişdirmə  təşəbbüsümüzü  daha  geniş  şəkildə  davam 

etdirməkdir. Fürsətdən istifadə edərək, xalqımızı qarşıdan gələn 

yeni il və 31 dekabr həmrəylik günü münasibətilə təbrik edir və 

və möhkəm can sağlığı arzu edirəm.

T.e.n., Dr. Zaur Xəlilov  

Baş həkimin müavini, Ümumi cərrahiyyə şöbəsinin müdiri

2014-cü ildə Mərkəzi Klinika olaraq bir çox nailiyyətlərimiz 

olmuşdur. Bu il ərzində də kollektivimizin səyləri nəticəsində 

xəstələrimiz şəfa taparaq öz ailələrinə, normal həyat tərzinə 

qayıtmışdır.  Fürsətdən  istifadə  edərək  bütün  oxucularımızı 

yeni, 2015-ci il münasibəti ilə təbrik etmək istərdim. Onla-

ra həyatda ən vacib olan can sağlığı, bol sevincli günlər ar-

zulayıram. Ümüd edirəm ki, Mərkəzi Klinika olaraq 2015-ci 

ildə xalqımıza yüksək səviyyədə xidmət göstərməyə davam 

edərək yeni nailiyyətlər qazanacağıq.

MK K


OLLEKTİVİNİN TƏBRİKİ

MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-2 | DEKABR 2014

3

   Azərbaycan səhiyyəsi yeni bir uğura  imza atıb. 



Belə ki, bu günlərdə Mərkəzi Klinikada ölkəmizdə 

ilk dəfə olaraq “kateter vasitəsilə ürəyin aortal qa-

pağının  protezləşdirilməsi”əməliyyatı  icra  edil-

mişdir.  Əməliyyat  Mərkəzi  Klinikanın  baş  həkimi, 

ürək-damar  cərrahı,  dos.  dr.  Kamran  Musayev  və 

komandası  tərəfindən  həyata  keçirilmişdir.  Ürəyin 

qapaq xəstəlikləri ölkəmizdə də kifayət qədər ge-

niş  yayılmışdır.  Son  illərdə  qapaq  xəstəliklərinin 

müalicəsində də ölkəmizin kardiologiyası və ürək-

damar cərrahiyyəsi  ciddi nailiyyətlər əldə etmişdir.

Qapaq  xəstəliklərinin  müalicəsində  ən  müa-

sir  nailiyyət  ürək  qapaqlarının  kateter  vasitəsilə 

protezləşdirilməsidir.  Xüsusilə  yaşlı  və  ciddi  riskli 

xəstələrdə bu metod effektiv bir metod kimi qəbul 

olunur. Çünki bu xəstələrdə açıq (klassik) metodla 

əməliyyatın riski olduqca yüksəkdir. 

Dos.  Dr.  Kamran  Musayevin  verdiyi  məlumata 

görə,  TAVİ  (transcatheter  aortic  valve  implanta-

tion)  adlanan  bu  əməliyyat  dünyanın  ən  qabaqcıl 

ölkələrində son 10 ildə tətbiq olunmağa başlayıb. 

ABŞ – da 2007-ci ildən etibarən tətbiq olunur. Bu 

metod  ciddi  riskli  qapaq  xəstələri  üçün  bir  ümid 

yeri, həyat qurtarıcı bir alternativ təşkil edir.

“Bizim xəstəmiz 79 yaşında qadın xəstə idi. Ya-

şını  və  yanaşı  xəstəliklərini  nəzərə  alaraq  klassik 

cərrahiyyənin yüksək riskli olduğunu düşündük və 

TAVİ  metoduyla  xəstəmizi  müalicə  etməyə  qərar 

verdik.  Lazımi  hazırlıq  proseduralarından  sonra 

xəstəmizdə TAVİ əməliyyatını uğurla icra etdik. Onu 

da qeyd etmək istəyirəm ki, bu əməliyyat üçün cid-

di infrastruktur və kadr hazırlığı tələb olunur. İki ilə 

yaxındır  ki,  biz  Mərkəzi  Klinikada  bu  əməliyyatları 

başlatmaq üçün hazırlaşırdıq. Hərtərəfli hazırlıqları 

başa vurduqdan sonra bu əməliyyatları icra etməyə 

başlamışıq.  Bu  əməliyyatlar  tam  bir  komanda  işi-

dir.  Klinikamızda  da  kardioloqlar,  kardiocərrahlar, 

anestezioloqlar  və  reanimatoloqların  birgə  əməyi 

nətəcəsində TAVİ əməliyyatını icra edə bildik. Xüsusi 

kateterlər vasitəsilə ürəyin zirvə nahiyəsindən aortal 

qapağı implantasiya etdik. Açıq ürək əməliyyatına, 

ürəyin  dayandırılmasına,  süni  ürək  qan  dövranına 

ehtiyac olmadan əməliyyatı uğurla başa vurduq” –

deyə Dr. Kamran Musayev qeyd etmişdir

Son  illərdə  kardiologiya  sahəsində  edilən  ən  böyük 

yeniliklərin başında əmeliyatsız aorta qapaq dəyişməsi  

TAVİ    əməliyyatı  gəlməkdədir.  Xüsusilə  irəli  yaşlarda 

ürəyin ana arteriya (aorta) ilə ürək arasında olan ürək 

qapağında (aorta qapağı) meydana gələn kalsifikasi-

yalar bu qapağın işləyişini pozmaqdadır. Bu vəziyyət, 

ürəyin bədənə qan pompalamasına təsir etməkdədir. 

Xəstələrdə  sinə  ağrısı,  ani  bayılma,  nəfəs  darlığı, 

ürək  döyünməsi  və  ani  ölümə  qədər  bir  çox  əlamət 

verməkdədir. Ciddi simptomatik aorta darlığının gedişi 

ən pis xərçəng növü olan ağciyər xərçəngindən daha 

pisdir (5 illik yaşama şansı% 3ün altında). Bu xəstəliyin 

son illərə qədər bilinən ideal müalicəsi sinə qəfəsi açı-

laraq  əməliyyatla  yeni  qapağın  aorta  qapağı  yerinə 

implantsiyasıydı. Yaşı irəliləmiş və başqa xəstəliklərinin 

olması səbəbiylə əməliyyat edilə bilməyən xəstələrdə 

tək  müalicə  forması  dərman  idi.  Ancaq  dərman 

müalicəsinin  bu  xəstələrdə  qalıcı  heç  bir  faydası  ol-

mamışdır.  Buna  görə  döş  qəfəsi  açılmadan    qapaq 

yerləşdirmə  əməliyyatı  inkişaf  etdirildi  (TAVI-  sinə 

qəfəsi  açılmaksızın  ameliyatsız  olaraq  aorta  qapaq 

ilişməsi).  TAVİ  metoddan  bu  xəstələrin  müalicəsində 

inqilabi  bir görüşdür.

TAVİ üsulu Kimlərə tətbiq edilməlidi?

Sizinlə maraqlanan kardioloqa və ürək damar cərrahiyyəsi 

mütəxəssislərinin birlikdə qiymətləndirməsi nəticəsində, 

əgər açıq ürək əməliyyatı riskli isə, TAVİ üçün uyğun bir 

namizəd deməkdir. Xüsusilə yaşı irəliləmiş, ürək xəstəliyi 

xaricində ciddi başqa xəstəlikləri olan, ümumi anestezi 

almanın təhlükəli olduğu düşünülən xəstələr ilə ümu-

mi vəziyyəti düşkün xəstələr, TAVİ üsuluyla aorta qapaq 

dəyişməsinin  uyğun  olduğu  xəstələrdir.  Bu  xəstələrdə 

TAVİ  üsulu  və  açıq  ürək  əməliyyatı  müqayisədə  ölüm 

riski  TAVİ  edilən  xəstələrdə  daha  aşağıdır.  Bununla 

birlikdə  qanama,  iflic    riskləri  TAVİ  xəstələrində  az  da 

olsa görülə bilən bir ağırlaşmalardır .

Tavi əməliyyatları edildikdən sonra Gündəlik 

Həyata Nə Zaman başlayır?

Tavi  əməliyyatının  ən  böyük  üstünlüklərindən  biri  də 

erkən dövrdə hərəkət etməyə, və gündəlik həyata keçişə 

icazə  verməsidir.  Əməliyyatdan  sonra  bir  neçə  gün 

həkim  tərəfindən  xəstəxanada  nəzarət  altında  tutulur. 

Bu müddət içərisində və sonrasında həkim tərəfindən 

qan durulducu müalicə verilir.  Standart yatış zamanı və 

təqib bitdikdə xəstə evə, gündəlik həyatına dönür. 

Bugünlərdə Mərkəzi Klinikanın baş həkimi, 

ürək-damar  cərrahı  Dr.  Kamran  Musayev 

tibb  elmləri  doktoru  alimlik  dərəcəsinə 

layiq  gorülmüşdür.  Bununla  əlaqədar 

Azərbaycan  Respublikası  Prezinden-

ti  Yanında  Ali  Attestasıya  Komissiyasının 

Rəyasət  Heyətinin  toplantısı  təşkil  olun-

muş və baş həkimimizə Tibb Elmləri Dok-

toru  elmi  dərəcəsini  təsdiq  edən  diplom 

təqdim olunmuşdur. Onu da qeyd etmək 

lazımdır ki, Dr. Kamran Musayev müstəqil 

Azərbaycanda ürək-damar cərrahiyyəsi ix-

tisas  şifri  üzrə  Tibb  Elmləri  Doktoru  elmi 

dərəcəsi alan ilk mütəxəssisdir. Dr. Kamran  

Musayevi MK-nın bütün kollektivi adından 

təbrik edir, daha böyük uğurlar arzulayırıq.



Azərbaycan səhiyyəsinin yeni uğuru: Respublikamızda ilk 

dəfə “kateter vasitəsilə ürək qapağının protezləşdirilməsi 

əməliyyatı” (TAVİ) həyata keçirilmişdir

XƏSTƏLƏR ÜÇÜN TAVİ

Mərkəzi Klinikanın təbriki



Axundova Əsmər Əliağa qızı 1 mart 1981-ci 

ildə Bakı şəhərində anadan olmuşdur.

1997-ci  ildə  Azərbaycan  Dövlət  Tibb 

Universitetinə  daxil  olmuş  və  2003-cü  ildə 

həmin  Universiteti  fərqlənmə  Diplomu  ilə  bi-

tirmişdir.  2003-2004-cü  illərdə  M.Nağıyev 

adına  Təcili  Tibbi  Yardım  Xəstəxanasında  in-

ternatura  keçmiş,  oranı  həkim-cərrah  kimi  bi-

tirmişdir. 2005-ci ildə Ə.Əliyev adına Həkimlərin 

Təkmilləşdirmə  Institutunda  “Mama-Gineko-

logiya“  üzrə  təkmilləşdirmə  kursu  keçmişdir. 

Əsmər Axundova 2007-ci ildə Mərkəzi Klinikada 

həkim - ginekoloq kimi işə başladı. 2008-ci ildə 

Ankara Universiteti, Kadın Doğum Anabilim Da-

lında 8 aylıq ixtisaslaşma kursu keçib, daha son-

ra Mərkəzi Klinikada öz fəaliyyətini davam etdir-

mişdir. 2009- cu ilin sentyabrında Avstriya Dövləti, Vyana şəhərində Vyana 

Universitetinin  Xəstəxanasının  (Algemeines  Krankenhaus)  Qadın  Doğum 

bölümündə elmi işci kimi 9 aylıq kursa başlamış və 2010-cu ilin avqustundan 

2014 iyununa qədər həmin bölümdə mama-ginekoloq kimi rezedentura keç-

mişdir. Bu müddətdə rotasiya şəkilində Qadın Doğum kafedrasında aşağıda-

kı bölmələrdə asistent-həkim kimi çalışmışdır: 1.Obstetrik və feto-maternal 

Tibb,  2.Ümumi  Ginekologiya  və  Onkologiya,  3.Endokrinologiya  və  Repro-

duktion Tibb,4.Senologiya-Mammologiya. Bu 4 il ərzində hər bir bölmədə 

sərbəst şəkildə qeysəriyyə əməliyyatı, doğum, laporoskopik və endoskopik 

əməliyyatlar, abdominal və vaginal əməliyyatlar icra etmişdir.

Əsmər Axundova 2014-cü ilin sentyabrından Mərkəzi Klinikada sərbəst 

mütəxəssis həkim-ginekoloq kimi fəaliyyətə başlamışdır.



MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-2 | DEKABR 2014

4

Azərbaycan sovet cərrahı, ictimai və 



dövlət xadimi. Azərbaycanda tibb təhsili 

və  səhiyyənin  təşkilatçısı,  respublikada 

cərrahlıq  elmi  məktəbinin  banilərindən 

biridir.


Mustafa  Topçubaşov  1895-ci  ildə 

Qərbi  Azərbaycanda  (İndiki  Ermənistan 

Respublikası)  Göykümbət  kəndində 

anadan olmuşdur.

1919-cu  ildə  Naxçıvan  və  Bakı 

xəstəxanalarında  cərrahlıq  etməyə  baş-

lamış,  1920-1923-cü  illərdə  Azərbaycan 

Dövlət  Universitetinin  tibb  fakültəsinin 

fakültə  cərrahlığı  klinikasında  ordinator, 

1923-1930-cu  illərdə  fakültə  cərrahlığı 

klinikasında  assisent  işləmişdir.  1930-

cu  ildə  "Malyariya  mənşəli  spleno-

meqaliyanın  klinikası,  patologiyası  və 

cərrahi  müalicəsi"  mövzusunda  doktor-

luq  dissertasiyası  müdafiə  edir.  Bu  işin 

əhəmiyyətinə görə M.Topçubaşova pro-

fessor  adı  verilir  və  o,  Azərbaycan  Tibb 

Universitetinin  cərrahiyyə  kafedrasının) 

müdiri seçilərək ömrünün sonuna qədər 

həmin vəzifəni şərəflə yerinə yetirir.

Dünya tibb elmində bir sıra yeniliklər 

də məhz bu Azərbaycan aliminin adı ilə 

bağlıdır.

M.Topçubaşov  1937-ci  ildə  dünya 

anesteziologiya  elmi  tarixində  ilk  dəfə 

olaraq  orijinal  keyitmə  üsulunu  -  inyek-

sion  efir-yağ  narkozunu  -  analgeziya 

üsulunu  kəşf  etdi.  Bu  metod  sadəliyinə, 

hazırlanma  və  tətbiq  texnikasının  asan-

lığına,  inhalyasion  narkoz  zamanı  rast 

gəlinən bir sıra mənfi halların (dərin nar-

koz  yuxusu,  qanda  narkotik  maddələrin 

yüksək  konsentrasiyada  toplanması  və 

s.) aradan qaldırılmasına imkan verdiyinə 

görə geniş tətbiq edilməyə başlandı. Efir-

yağ qarışığı inyeksiyaları həm də öddaşı 

xəstəliyinin sancıları, travmatik şok, teta-

nus, qıcolma hallarında, müalicə və do-

ğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi 

istifadə  edilirdi.1945-ci  ildə  SSRİ  Xalq 

Səhiyyə  Komissarlığı  Elmi  Tibbi  Şurası 

tərəfindən  Farmakologiya  Komitəsinin 

iclasında efir-yağ qarışığının "Analgezin" 

adı altında istehsal edilməsinə icazə ve-

rildi.

Topçubaşov  müharibə  illərində 



Azərbaycan  Xalq  Səhiyyə  Komissarlı-

ğı  Hərbi  Xəstəxanalar  İdarəsinin  baş 

cərrahı  vəzifəsində  çalışıb.  Görkəmli 

alim SSRİ-də ilk dəfə olaraq təxliyə hos-

pitallarının yaradılmasının təşəbbüskarı 

olub  və  bu  təklif  hərbi  cərrahlıq  işinin 

təşkilində uğurla istifadə edilib. Həmin 

illərdə  Mustafa  bəy  bir-birinin  ardın-

ca  ağır  cərrahiyyə  əməliyyatları  aparıb 

və  yüzlərlə,  minlərlə  yaralı  döyüşçü-

nü  ölümün  pəncəsindən  xilas  edərək 

yenidən  həyata  qaytarıb.  Onun  baş-

çılıq  etdiyi  klinikada  müasir  cərrahlıq 

problemləri  -  öd  yolları  xəstəliklərinin, 

xərçəngin  cərrahi  müalicəsi,  travmato-

logiya məsələləri, bərpa cərrahlığı və s. 

xəstəliklər üzrə daimi axtarışlar aparılıb, 

yeni təkliflər irəli sürülüb.

Müharibədən 

sonra 


professor 

M.Topçubaşov 

1945-1950 

illərdə 


Azərbaycan  SSR  Səhiyyə  Nazirliyi-

nin  baş  cərrahı  olmuşdur.1945-ci  ildə 

Azərbaycan  SSR  EA-nın  həqiqi  üzvü 

(akademik)  seçilir.  1945-1948-ci  illərdə 

Azərbaycan SSR EA Eksperimental Tibb 

İnstitutunda  direktor  vəzifəsində  çalı-

şır.  Müxtəlif  dövrlərdə  iki  dəfə  (1951-

1956  və  1969-1981)  Azərbaycan  SSR 

Elmlər  Akademiyasının  vitse-prezidenti 

vəzifəsini daşıyır.

1954-cü  ildə  özü  işlədiyi  kafedrada 

operasion-auditoriya təşkil edir.

1940-cı ildə Mustafa bəy Topçubaşov 

əməkdar  elm  xadimi  adını  alır.  1960-cı 

ildə  SSRİ  Tibb  Elmləri  Akademiyasının 

akademiki seçilir. O, 1943-cü ildə Stalin 

mükafatı  laureatı  olur  və  1975-ci  ildə 

Sosialist Əməyi Qəhrəmanı yüksək adı-

na layiq görülür.

Görkəmli alim 1981-ci il noyabrın 23-

də Bakı şəhərində vəfat etmişdir.

Babayev  Cəmil  8  fevral 

1979-cu  ildə  Bakı  şəhərində 

anadan  olmuşdur.  2002-ci 

ildə  Kardioloqiya  üzrə  İnter-

naturanı  bitirdikdən  sonra, 

Mərkəzi  Klinikada  işə  başla-

mışdır. 2008-ci ildə Türkiyənin 

paytaxtı  Ankara  şəhərində 

təkminləşmə kursu keçmiş və 

2009-cu  ilin  Sentyabr  ayın-

dan etibarən Vyana Tibb Uni-

vesitetinin  Xəstəxanasında 

(Algemeines  Krankenhaus) 

”Facharzt  Ausbildung”-a  işə 

başlamışdır.  Cəmil  Babayev 

elə ilk ildə Klinik Kardiologiya 

ilə  yanaşı,  alman  dilini  öyrəndi.  Növbəti 

illərdə,  təhsilini  Reanimasiya  və  İntensiv 

terapiya  şöbəsində  davam  etdirmişdir. 

Burada, geniş spektr xəstəliklərə, Avropa 

və Amerikanın son iş pratakolları əsasında 

müalicə və müxtəlif təcili hallara müdaxilə 

etməyi öyrəndi. Qısa müddət içində “He-

art Team” etibarını qazanıb, bir çox inva-

ziv  və  qeyri-invaziv  müdaxilələri  sərbəst 

etmək  imkan  aldı.  Daha  sonra  Exokardi-

oqrafiya  şöbəsində  çalışıb,  transtorokal, 

transeyofaqeal  və  stressexokardioqra-

fiya  müayinə  metodlarının 

sirrlərinə  yiyələndi.  Exokar-

dioqrafiya  müayinə  haqqını 

almaq  üçün,  alman  dilində 

imtahan  vermiş  və  bu  imta-

handan yüksək nəticə ilə ke-

çib, Exokardioqrafiya üzrə Av-

ropa diplomunu qazanmışdır. 

Bundan əlavə, paralel olaraq, 

Kardiak  MRT  ilə  məşğul  ol-

muşdur. Bu müayinə metodu 

son zamanlar bütün dünyada 

geniş  istifadə  olunur.  Hal-

hazırda  invaziv  kardiologiya 

bütün  dünyada,  o  cümlədən 

Avstriyada  öz  yerini  tutmuş-

dur.  Burada  Koronar  və  qeyri-koronar 

invaziv  müdaxilələr  tədbiq  edilir.  Cəmil 

Babayev Koronar Anqioqrafiya, Ürək Bos-

luqların  Kateterizasiyası,  PCİ  (Koronar 

Damarlara  Stent  Taxılmasında),  Mitral 

Qapaq Balon Valvuloplastikasında, Mitral 

Clip,  Transfemoral  Qapaq  İmplantasiya-

larında,  BPA  (Balon  Pulmonar  Arter  An-

qioplastikası)  kimi  metodlara  dərindən 

yiyələnmişdir.  Klinik-Praktik  təhsildən 

əlavə,  C.Babayev  hər  il  müxtəlif  elmi 

təqiqat və konqreslərdə iştrak edir.

Dr. Cəmil Babayev

kardioloq



Dr. Əsmər Axundova

həkim-ginekoloq



Mustafa Ağabəy oğlu Topçubaşov

Azərbaycan səhiyyəsinin tarixi

Həkimlərimizi tanıyaq

MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-2 | DEKABR 2014

5

Özünüzü necə təqdim edərsiniz, necə xasiyyətlisiniz?

- İşini sevən peşəkar həkim kimi... Xasiyyətim mülayim-

dir. Bəzən sərtləşirəm. Amma bunlar məncə normaldır. 

Hər bir insanın sərtləşdiyi vaxtlar olur. Əslində bu haqda 

heç düşünməmişəm (gülür)...

Siz  həftənin  7  günü  24  saat  işləyirsiniz  aktiv  şəkildə 

işləyirsiniz, telefonunuz hər zaman açıqdı.

- Bizim işimiz belədir, çünki ürək xəstələrinin vəziyyətinin 

nə  zaman  ağırlaşacağı bəlli  deyil.  Ürək  elə  bir  orqan-

dır  ki,  burada  hər  bir  dəqiqənin,  saniyənin  öz  hökmü 

olur.  Ani  bir  gecikmə  xəstənin  həyatı  bahasına  başa 

gələ  bilər.  Bu  bizim  işimizdir,  işimizi  sevdiyimiz  kimi, 

həmçinin məsuliyyətni də dərk etməliyik.

Azərbaycanda xəstələrin bir çoxunun Türkiyə, İran və 

digər  xarici ölkələrə  müraciət etməsinin  səbəbi  sizcə 

nədir?

- Bu hal əvvəlki illərlə müqayisədə çox-çox azalıb.  İrana 

getmə  səbəbləri  bir  növ  alışqanlıq  halını  almışdı.  İran 

tərəfini  reklamı  da  ölkəmizdə  geniş  yayılıb.  Türkiyəyə 

isə, insanlarımız daha çox turistik məqsədlə gedirlər və 

qiymətlər arasında böyük fərq olmadığını görüb həm də 

ümumi müayinələrdən keçirlər. Digər Avropa ölkələrinə 

gəldikdə isə deyə bilərəm ki, artıq əvvəlki axın yoxdur. 

Çünki  ölkəmizdə  bütün  növ  xəstəliklərin  dünya  stan-

dartlarına uyğun müayinə və müalicəsi mövcuddur.



Bir  çox  insanlar  ürək  xəstəliklərindən  əziyyət  çəkir. 

Bunlar  sırasında  gənclər  də  kifayət  qədərdir.  Sizcə, 

ürək xəstəliklərinin artmasının əsas səbəbləri nələrdir?

- Ürək xəstəlikərinin artmasının səbəbi insanların yaşam 

keyfiyyətinin  yüksəlməyi  ilə  birbaşa  əlaqəlidir.  Mad-

di  gəlir  yüksəldikcə  əvvəlki  illərlə  müqayisədə  insanlar 

çox  kalorili  qidalardan  istifadə  edirlər.  Yüksək  kalori-

li  qidalar  qanda  xolesterinin  miqdarının  yüksəlməsinə 

səbəb  olur.  Xolesterin  qanda  dövran  edən  yağa  oxşa-

yan  bir  maddədir.  Qandakı  xolesterinin  çoxunu  “yaxşı” 

və  “pis”  xolesterin  təşkil  edir.  “Yaxşı”  xolesterinin  ürək-

damar xəstəliyinə qarşı qoruyucu olduğu güman edilir. 

"Pis”  xolesterin  damar  sərtliyi  və  ürək-damar  xəstəliyi 

təhlükəsinin  qaynağıdır.  Bu  səbəblə,  müalicə  zamanı 

əsas hədəf “pis” xolesterini azaltmaqdır. İnsanlar əvvəlki 

illərlə  müqayisədə  çox    hərəkətsizdirlər.Bu  gün  şəxsi 

nəqliyyat  vasitələrindən  istifadənin  artması  insanlarda 

hərəkətsizliyə gətirib çıxarıb. Bununla yanaşı, siqaretdən 

istifadə də ürək xəstəliklərinin artmasında mühüm fak-

tordur. Yaşayış tempinin artması, stress, işi çatdıra bilmə, 

həyəcanın verdiyi stress və s. hamısı ürəyin yüklənməsinə 

və xəstəliklərin yaranmasına gətirib çıxarır. 



Dr.  Firdovsi  İbrahimov  2005-ci  ilin  fevral  ayından 

etibarən  Mərkəzi  Klinikada  çalışır.  Bugünədək  neçə 

əməliyyat hayata keçirmisiniz ?

 - Bu günə qədər təxminən 30 000-dən artıq pasient 

qəbul  etmişik  və  6000-dən  çox  stend  implantasiyası 

əməliyyatı aparmışıq.



Ən gənc xəstəniz neçə yaşında olub?

- Ən gənc xəstəm 18 yaşlı bir gənc olub. Damar cırılma-

sı müəyyən edib, xəstəyə stend qoymuşduq. 

Ürək xəstəliyinin ilkin əlamətləri hansılardır?

- Ürək xəstəliyi Azərbaycanda yetişkin qadın və kişilərdə 

başda  gələn  ölüm  səbəblərindən  biridir.  Ürək  damar 

xəstəliklərinin ilkin əlamətləri əsasən sinədə yaranıb sol 

qola,  kürəyə,  sol  çənəyə  və  nadirən  də  döş  qəfəsinin 

sağ  tərəfinə  yayılan  göynəmə,  yandırma,  sıxıcı  tərzdə 

ağrılar, təngnəfəslikdir.

Yəqin ki, əməliyyat zamanı bir çox maraqlı hallarla rast-

laşırsınız. Xatırladığınız ən maraqlı hadisə hansıdır?

- Əməliyyat zamanı maraqlı deyil, daha çox həyəcanlı 

anlar  yaşaya  bilirik.  Çünki  işimiz  insan  həyatı  ilə  bağ-

lıdır.  Ən  həyəcanlı  hal  ölüm  ayağında  olan  xəstələrə 

müdaxilə edib həyata qaytara bilməkdir. Ürək xəstəliyi 

belədir  ki,  xəstə  saniyələr  içində  ya  vardır,  ya  yoxdur. 

Bu  da  həkimin  hər  şeydən  əvvəl  operativ  və  düzgün 

qərar qəbul etməsindən asılıdır. Buna görə də həkimlər 

soyuqqanlı davranmalı, həmin  vaxt hər hansı  bir hissi 

özünə  yaxın  buraxmamlıdır.    Ürək  xəstəliyinin  90  %-i 

ağır  xəstə  olduqları  üçün  rahat  xəstə  anlayışı  demək 

olar  ki,  olmur.  Hər  gün  demək  olar  ki,  eyni  ağırlıq 

dərəcəsində xəstələrlə rastlaşdığımdan bu mənim üçün 

adi hal alıb. Hər biri fərqli, tibbi cəhətdən öyrədici oldu-

ğu üçün içlərində ayıra biləcəyim xəstə yoxdur.

Bu müddət ərzində nə kimi yeniliklər tətbiq etmisiniz? 

-  Yeniliklərimiz  çoxdur.  Tibbi  cəhətdən  etdiyimiz 

yeniliklərdən sadəcə biri barədə məlumat verim. Xüsusilə 

infarkt keçirimiş xəstələrdə stendqoyma zamanı yaran-

mış  damar daxili trombların qarşısını almaq sahəsində 

böyük  irəliləyiş  əldə  etmişik.  Nəticələr  mükəmməldir. 

Dünyanın ən qabaqcıl mərkəzlərindən daha öndəyik. 

Damarı  açdığımız  zaman  damarda  tromblaşmalarla 

rastlaşa  bilərik  və  yaxud  “Yavaş  axın”  dediyimiz  prob-

lem yarana bilər. Bununla xəstənin ürəyinin dayanma və 

ya təzyiqi tamamilə düşmə ehtimalı artır. Bu çox ciddi 

bir problemdir. Biz bununla illərdir mübarizə aparırdıq. 

Uzun illərin təcrübəsi və öz ixtiralarımız nəticəsində bu 

problemin fərqli əməliyyat metodlarını inkişaf etdirdik. 

Hal-hazırda xəstələrin əməliyyat riski 90 % azalmışdır. 

Ümumiyyətlə  deyim  ki,  Mərkəzi  Klinikanın  kardiologi-

ya  şöbəsi  ölkənin  ən  böyük  kardiologiya  mərkəzidir. 

Dünya praktikası ilə müqayisə etdikdə görürük ki, bizdə 

xəstələrə göstərilə bilməyən prosedura yoxdur: Exokar-

dioqrafiya, tredmil-test, fetal exokardioqrafiya, koronar 

angioqrafiya,  stentqoyma  prosedurları  və  s.  Əvvəllər 

bütün angioqrafik müayinələr və stentqoyma prosedur-

ları  femoral arteriyadan (bud nahiyəsindən) aparılırdı. 

Hal-hazırda  xəstələrin  95%-inin  prosedurlarının  radial 

arteriyadan (mil arteriyasından, sağ və ya sol biləkdən) 

aparırırq. Bu həm xəstəyə daha komfortludur, həm də 

xəstə angioqrafiyadan sonra ortalama 45 dəqiqə sonra 

evə gedə bilir.  Bunu bütün xəstələrə, hətta 80-90 yaşlı 

xəstələrə də tətbiq edirik. Bu sahədə böyük təcrübəmiz 

olduğundan  bizim  mərkəzdə  ağırlaşma  faizi  digər 

mərkəzlərlə müqayisədə çox aşağıdır. Bununla biz hətta 

Avropa mərkəzləri ilə rəqabət aparacaq səviyyədəyik.



Metodun əsası nədir?

-  Əvvəllər  əməliyyat  zamanı  xəstənin  nəbzi  aşa-

ğı  düşürdülürdüsə,  indi  bunun  əksi  olaraq,  biz  özü-

müz  xəstənin  nəbzinin  daha  da  yüksəlməsinə,  ürəyin 

hərəkətinin  artmasına  şərait  yaradırıq.  Qanın  hərəkəti 

artdıqca axın keyfiyyəti artır və nəticədə trombun da-

marda  ilişib  qalma  ehtimalı  azalır.  Bundan  əlavə  da-

marlardakı  trombları  tromboektomiya  kateterləri  ilə 

çıxarırıq.  Bizim  yaratdığımız  bu  metodun  təqdimatını 

hazırlayırıq. Avropada keçiriləcək konfransda bu meto-

du təqdim edəcəyik və bu sahədə öz həmkarlarımızla 

təcrübəmizi bölüşəcəyik.



Sizin nəinki peşəkar həkim, həmçinin bir müəllim si-

manız var, ölkədə kadrların yetişməsində mühüm rol 

oynayırsınız...

- Türkiyədən qayıtma səbəbim ölkədəki gənc həkimlərlə 

öz təcrübəmi bölüşmək, bildiklərimi kimlərəsə öyrətmək 

istəyidir.  Niyə  bizdən  də  bacaraqlı  həkimlər  olmasın?  

Orda  təhsil  alarkən  mən  bu  haqda  çox  düşünmüşəm. 

Fikirləşirdim ki, ölkəyə qayıtdıqdan sonra mərkəzləşdirilmiş 

bir kardiologiya şöbəsi yaratmaq olar. Mən 2005-ci ildə 

bura  gələndə  3  nəfər  angioqrafiya  edən  həkim  var  idi. 

Professional şəkildə Exokardioqrafiya edən həkim sayı isə 

7-8 nəfərə çatırdı. Türkəçarə dediyimiz müalicə üsulundan 

daha çox istifadə edilirdi.  Xəstələr xəstəliyin  ən son anın-

da mütəxəssis həkimlərə müraciət  edirdilər. Dövlətin ciddi 

dəstəyi ilə ölkədə bu sistemin qurulmasına başlanıldı və 

işlər  uğurla  davam  etdirilir.  Türkiyədəki  tərəfdaşlarımızla 

əlaqələrimiz  geniş  olduğu  üçün  xəstəxanadaxili  kadr-

ların  yetişdirilməsi  məqsədilə  dövlət  xətti  ilə  300-ə  ya-

xın həkimin orada təcrübə keçməsinə nail olmuşuq. Hal 

hazırda  da  bu  işi  davam  etdirərək  rezident-hıkimlərin 

yetişdirilməsi ilə məşğuluq.

Firdovsi İbrahimov boş zamanlarını necə dəyərləndirir? 

- Əslində çox məşğul insanam. Azərbaycan Kardiologi-

ya  Cəmiyyətinin  işinin  təşkili,  həkimlərin  illik  konfran-

larının təşkil olunması ilə bağlı işlərlə məşğul oluram. 

Bundan  əlavə,  Türk  Dünyası  Kardiologiya    Dərnəyinin 

vitse  prezidentiyəm,  Türk  Dünyası  kardioloqları  ilə 

daim əlaqədə olur və onlarla təcrübə mübadiləsi edirik. 

Həmçinin, Avropa Kardiologiya Cəmiyyətinin  ən yüksək  

diplomu  ilə  təltif  edilmişəm  (“Fellow  of  the  European 

Society of Cardiology”). Lakin bütün bunlara baxmaya-

raq  ailəmlə,  övladlarımla  vaxt  keçirməyi  sevirəm.  Boş 

vaxt tapan kimi həmin vaxtımı onlara sərf edirəm.



Enerji mənbəyinizi hardan alırsınız?

- Stress yaradıcı şeylərdən uzaq durur, işdə və ailədə po-

zitiv düşüncədə oluram. Məsələyə  hər zaman müsbət 

yöndən  yanaşıram.  Uğurla  müalicə  etdiyim  hər  xəstə 

mənə enerji mənbəyidi və bu məni növbəti gün daha 

da həvəslə çalışmağa şövq edir.



Sizin  çox  gözəl  nitq  qabiliyyətiniz  var.  Yəqin  ki, 

mütaliəni  çox  sevirsiniz.  Ən  son  oxuduğunuz  kitab 

hansıdır? 

-  Mən  əvvəldən  mütaliə  etməyi  sevmişəm.  Bu 

vərdişi  məndə  yaratdığı  üçün  öz  ədəbiyyat  müəllimə 

minnətdaram.  Mən,  bədii  ədəbiyyatımızın  ən  yaxşı 

nümayəndələrinin  əsərlərini  daim  oxumağa  çalışmı-

şam, hal hazırda da oxumağa davam edirəm . Son za-

manlar mənə təsir edən, məndə mənəvi iz qoyan əsər 

kimi "Əli və Nino"nu göstərə bilərəm. Hətta beynəlxalq 

konfranslarda  iştirak  edərkən  həmkərlarıma  bu  kitabı 

hədiyyə edirəm. Bu əsər həmin tarixi dövrü çox gözəl 

şəkildə təsvir edir.  Və məncə bu əsərdən həm də gözəl 

ekran işi yaratmaq olar.



Son  olaraq  oxuculara  bir  kardioloq  kimi  nələri 

məsləhət görmək istərdiniz? 

-  Sağlam,  sakit  həyat  yaşasınlar.  Yaşadıqları  ölkəni, 

ətrafdakı  insanları  sevsinlər.  Sağlamlıqlarının  qeydinə 

qalsınlar. 



Müsahibəni hazırladı: Leyla Mirzəzadə

T.e.n., Dr. Firdovsi İbrahimov: "Ürək elə bir orqandır ki, 

burada hər bir dəqiqənin, saniyənin öz hökmü olur"

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, t.e.n., kardioloq Dr. Firdovsi İbrahimov ilə müsahibə

Soyadı, adı,atasının adı:  

İbrahimov Firdovsi Nəbi oğlu

Doğum tarixi: 10.07.1975

Bürcü: Xərçəng

Orta təhsil: 192 saylı məktəb və 5№-li kimya-biologiya 

təmayüllü lisey

Universitet: 1992-1999 Çukurova Universiteti, Tibb 

Fakultəsi Adana, Türkiyə,

Uzmanlıq: 1999-2004 Ondokuz Mayıs Universiteti,Tibb 

Fakultəsi, Samsun,Türkiyə 

İxtisası: Kardioloq

Sevimli məşğuliyyət: Körpələrlə oynamaq

Ailə vəziyyəti: ailəlidir, 3 övladı var

MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-2 | DEKABR 2014

6

Enzimlər nəinki sağlamlığı qoruyub saxlamağa eləcə də ömrü uzatmağa qadirdir. (prof. Karl Ransberger).

Sistemli 

Enzimoterapiya (SET)

SET  -  məqsədyönlü  şəkildə  hazırlanmış  bitgi 

(bromelain  və  papain)  və  heyvan  mənşəli  (trip-

sin,  ximotripsin,  amilaza,  lipaza)  yüksək  aktivlikli 

təbii  hidrolitik  enzimlərin  rutinlə  birlikdə  kombi-

nasiyasından  ibarət  olub,  fizioloji  və  patofizioloji 

proseslərə  təsir  göstərən  müasir  müalicə  üsulu-

dur.  Orqanizmə  daxil  olan  enzimlər,  qan  dövranı 

vasitəsi ilə miqrasiya edir və patoloji prosesin ol-

duğu zonaya toplanır.

Flogenzim - əməliyyat sonrası bərpanı 

sürətləndirir.



Flogenzimin  tərkibindəki  enzimlər  (trip-

sin  və  bromelayn),  iltihabi  prosesin  bütün  fa-

zalarının  gedişində  çox  mühüm  rol  oynayır.  

Cərrahi  müdaxilə  zamanı  hər  bir  iltihabi  pro-



ses  kimi,  orqanizmin  enzimə  olan  tələbatı  ar-

tır.  Belə  hallarda,  Flogenzim  preparatının  qəbul 

edilməsi məsləhət görülür: Flogenzim, orqanizmi 

müdafiə qüvvəsini bərpa etmək üçün yüksək ak-

tivlikli  təbii,  enzimlərlə  təchiz  edir.  Flogenzimin 

tərkibindəki  yüksək  aktivlikli  proteolitik  enzimlər 

əməliyyat  sonrası  baş  verə  bilən  fəsadların  qar-

şısını  alır:  zədələnmiş  toxumaları,  laxtanı  parça-

layır  və  yara  sahəsindən  xaric  edir,  antibiotikin 

yara  sahəsində  konsentrasiyasını  artırır,  yerli  və 

ümumi  immuniteti  qaldırır,  bitişmə  xəstəliyi  və 

kelloid  çapıq  əmələ  gəlməsinin  qarşısını  alır. 

Bununla  yanaşı,  Flogenzim  iltihabı  prosesi  sön-

dürür və onun təbii yolla gedişini sürətləndirir. İl-

tihabın  sürətli  gedişi  isə  infeksiyanın  orqanizmin 

digər  qonşu  sahələrinə  yayılmasının  qarşısını  alır 

və  zədələnmiş  hüceyrələrin  yenilənmə  prosesini 

sürətləndirir.

Flogenzim®

Cərrah  ilk  dəfə,  morfofunksional  səviyyədə  və 

eyni  bir  vaxtda  bir  neçə  patogenetik  məsələləri 

həll etməyə imkan verən polifunksional preparat 

–  Flogenzim  əldə  edir.  Flogenzim  Almaniyanın 

Mucos Pharma şirkətinin istehsalıdır.

Fibrinolitik və trombolitik



İltihab əleyhinə

Ödemgötürücü



İkincili ağrıkəsici

İmmunomodulyator



Antibiotikin təsirini gücləndirən  - təsir göstərir.

Bir  sözlə  Flogenzim  irinləmə  prosesinin  qarşı-

sını  alır,  bitişmə  xəstəliyinin  profilaktikası,    re-

parativ  prosesləri,  regenerasiyanı  yaxşılaşdırır. 



Flogenzimin  çoxşaxəli  müalicəvi  təsiri  28 

Beynəlxalq  GCP  –  müayinəsinin  nəticələrinə 

əsasən  sübut  olunmuş  və  enzimlərin  stabil  ak-

tivliyi  və  sinergik  effekti  aydınlaşdırılmışdır.  

Flogenzim  –  bitki  və  heyvan  mənşəli  enzimlərin 

kombinasiyasından  ibarət  olub,  cərrahiyə,  gine-

koloji, uroloji, angioloji, stomatoloji, travmatoloji, 

kardioloji xəstəliklərin kəskin dövründə təyin edi-

lir. Orqanizmə daxil olan Flogenzim, intakt mole-

kula şəklində nazik bağırsaqdan sorularaq, qanın 

nəqliyyat zülalları ilə birləşir, qanın özüllüyünü azal-

dır, trombun əmələ gəlməsinin qarşısını alır və mik-

rosirkulyasiyanı  yaxşılaşdırır,  qan  dövranı  vasitəsi 

ilə  miqrasiya  edərək,  patoloji  prosesin  olduğu 

nahiyədə toplanır və iltihab əleyhnə, ödeməleyhinə, 

fibrinolitik,  antiaqreqant,  ikincili  analgetik  təsiri 

göstərir.  Flogenzim  əməliyyatdan  sonra  təyin 

olunmaqla  qarın  boşluğu  orqanlarında  yarana 

biləcək  “bitişmələr”in  qarşısını  alır.    Flogenzim 

qəbul edən xəstələrdə incə çapıq toxuması yaranır. 



Müalicə məqsədi ilə - Flogenzim 3 tab. x 3 dəfə 

- 2 həftə,  profilaktik məqsədlə 2 tab. x 3 dəfə - 2 

həftə 2 müddətində təyin edilir. 

Flogenzim yeməkdən 30 dəqiqə əvvəl 200 ml ilıq 

su ilə qəbul olunur.

  HIV virusu ilk dəfə 1930-cu ildə 



kəşf edilmişdir.

  İnsan əlində ən gec uzanan 



dırnaq baş barmaqda, ən 

sürətli isə orta barmaqda olur.

   Nyu-Yorkun telefon 



şirkətlərinin apardığı 

tədqiqatlara görə, insanlar 

telefonla danışarkən ən çox 

“mən” sözündən istifadə 

edirlər.

  Gündə bir paket cips yemək, 



ildə beş litr maye yağ içməyə 

bərabərdir.

  Yodlaşdırılmamış duz - əslində 



yodlaşdırılmamış xörək duzu 

bir çoxlarının hesab etdiyi kimi 

ziyanlı deyil və ya əksinə yedi-

yimiz duz mütləq yodlaşdırıl-

mış olmalıdır kimi bir anlayış 

səhvdir. Əslində yod insana 

qidalar (torpaqdan alaraq) və 

su vasitəsi ilə daxil olmalıdır. 

Torpaqda və suda çatışmadıq-

da isə bir çox dövlətlər istehsal 

edilən xörək duzuna yod əlavə 

etmək barədə qərar qəbul 

edirlər. Niyə məhz duz? Çünki 

duz yeganə vasitədir ki, insan-

lar onu bütün növ yeməklərdə 

istifadə edirlər.

  Bir kişinin çəkisinin 40, bir 



qadının çəkisinin isə 35 faizini 

əzələ təşkil edir.

  İnsan böyüdükcə ürək 



döyüntülərinin sayı da azalır.

  Bal günəşi görmədiyi 



müddətcə xarab olmaz. Bu 

məhsulu 32 min il saxlamaq 

mümkündür. 

  Əgər bir stəkan suya 80 dəqiqə 



qışqırsaq onda su qaynayar.

  100 stəkan qəhvə içmək insanı 



öldürə bilər.

  İnsan dərisinin hər 2,5 kv.sm-



də 19 milyon hüceyrə, 60 tük, 

90 yağ vəzisi, 570 sm damar və 

625 tər vəzisi var.

Ey həkim


Allah səni bizə pənah göndərib

Şəfa verdin neçə cana, ey həkim.

Hamı bilir sinəndəki ürəyi

Peşəsinə qəlbdən yanan, ey həkim.

Qapın əziz ünvanıdır hər kəsin

Mükafatın inamıdır xəstənin.

Xoş gülüşün düşmənidir kədərin

Yaraşırsan öz adına, ey həkim.

Öz işindən ilham aldın, zövq aldın

Təbabətin ən fövqünə ucaldın

Narahatsan, yaman xəyala daldın

Xəstələri salıb yada, ey həkim.

Mən Yusifəm, təmiz qəlbin heyranı

Mən sevirəm dağ başında dumanı.

Sənə gəlir çox dərdimin gümanı

Yetişmisən imdadıma,ey həkim!



Yusif Bağırov

MK-nın bağbanı

Personalın yaradıcılığı



Cərrahi əməliyyatın sığorta agenti

BİLİRSİNİZMİ?

Təsisçi: Mərkəzi Klinika

Baş redaktor: Toğrul Adıgözəlov

Redaksiya heyəti: Kamran Musayev, Həsən Qəndilov, Nikbin Yusifov

Məsul katib: Şəhla Bağırova

Bülleten ayda bir dəfə nəşr olunur. 



Tiraj: 500

Tel: +994 12 492 10 92  |  Call center: +994 12 105  |  Fax: +994 12 492 41 31  |  info@merkeziklinika.az    www.merkeziklinika.az  www.facebook.com/MerkeziKlinika   twitter.com/MerkeziKlinika







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə