Dr. Xumar Rəsulbəyova
Sığorta və Xəstəxana Xidmətləri şöbəsinin müdir müavini
2014-ci ildə yaradılan Sığorta şöbəsi əməkdaşlarının çox
saylı səyləri nəticəsində məhz Mərkəzi Klinikanı seçən
sığortalı xəstələrə keyfiyyətli tibbi xidmət göstərilmiş,
hər bir xəstəyə fərdi və qayğı ilə yanaşılmışdır. Bunun
davamı olaraq 2015-ci il üçün hədəfimiz təşkilat və sı-
ğorta şirkətləri ilə qarşılıqlı əməkdaşlığımızın daha da
möhkəmləndirilməsidir. Fürsətdən istifadə edərək, bütün
xəstələrimizə qarşıdan gələn yeni ildə xüsusi olaraq can
sağlığı və daim həmrəy olmağı arzu edirik!
Dostları ilə paylaş: |