Dr. Elbəyi Daşdəmirli
Urologiya şöbəsinin müdiri
2014- cü ili ümumi olaraq Millətimiz və Dövlətimiz, eyni za-
manda klinikamız və şöbəmiz üçün uğurlu hesab edirəm.
2015 - ci ilin daha da uğurlu və düşərli olacağına inanıram.
Ümidvaram ki, gələn il klinikamızın maddi-texniki təminatı
daha da təkmilləşəcək və yüksək əhval-ruhiyyədə bizə
müraciət edəcək olan xəstələrə xidmət göstərəcəyik. Yeni
ildə hər kəsə uğurlar və can sağlıgı arzu edirəm .
T.e.d., Dr. Kamran K.Musayev
Baş həkim
Səhiyyəmizin avanqard gücü olan Mərkəzi Klinika üçün 2014
cü il olduqca uğurlu keçmişdir. Kollektivimiz respublikamızda
ilk dəfə və ya çox az edilən diaqnostik və müalicəvi prosedu-
ralar, əməliyyatlar icra etmişdir. Mən əminəm ki, 2015-ci ildə
də Mərkəzi Klinikanın personalı dünyadakı tibbi yenilikləri
yaxından təqib edərək onların ölkəmizdə tətbiq olunmasını
davam etdirəcək və xidmət keyfiyyətimizin artırılması üçün
qarşıya qoyduğumuz hədəflərə nail olacaqlar. Bütün kollek-
tivimizin bayramını təbrik edir, bu şərəfli yolda onlara sağlam
həyat və xoşbəxtlik arzulayıram.
Dostları ilə paylaş: |