T.e.n., Dr.
Elviz Qasımov
Ortopediya-travmatologiya,
idman həkimliyi şöbəsinin müdiri
2014-cü ildə Mərkəzi Klinikanın Ortopediya şöbəsinin bir
çox uğurları olmuşdur. Bir sıra əməliyyatlar icra etdik və
yüzlərlə insanların məmnuniyyətini qazandıq. Əməliyyatların
əksəriyyəti onurğa sütünu əməliyyatı, çoxlu ətraf sınığı olan
multitravma halları, oynaqların endoprotezləşdirilməsi
və artroskopik əməliyyatlardır. 2015-ci ildə də xalqımızın
göstərdiyi etimada sadiq qalacayıq.
Dr. Yeganə Abbasova
İntensiv Terapiya şöbəsinin müdiri
Artıq 2014-cü il başa çatır. Bu il ərzində İntensiv Terapiya
şöbəsində 2 və daha artıq orqan patologiyası olan ağır xəstələr
şəfa tapmışdır. Nadir halda rast gəlinən xəstəliklərin (“STİL”
xəstəliyi, “Reiter” sindromu və s.) tərəfimizdən erkən diaqnozu
qoyulmuş və müvafiq müalicəsi aparılmışdır. Şöbəmizin həkim
kollektivi 5 reanimatoloq, 1 terapevt və 1 nefroloqdan ibarətdir.
Qarşıdan gələn 2015-ci ildə Azərbaycan xalqının sağlamlığının
qorunması istiqamətində daha fəal çalışmağı özümüzə hədəf
seçmişik. Bizə verilən bu imkandan istifadə edərək qarşıdan
gələn yeni il bayramı münasibətilə bütün vətəndaşlarımızı təbrik
edir və dünyada ən dəyərli olan can sağlığı arzu edirik!
T.e.n.,
Dr.Asəf Məmmədov
Əməliyyat və anesteziya şöbəsinin müdiri
Bütün oxucularımızı qarşıdan gələn Yeni il münasibəti ilə
ürəkdən təbrik edirəm. 2015-ci ildə xalqımıza səadət, fira-
vanlıq, sabitlik və möhkəm sağlamlıq arzu edirəm. Yeni ildə
bütün arzularınıza çatmanızı diləyirəm!
Bayramınız mübarək!
Dostları ilə paylaş: |