MƏRKƏZİ KLİNİKA
BÜLLETEN-2 | DEKABR 2014
3
Azərbaycan səhiyyəsi yeni bir uğura imza atıb.
Belə ki, bu günlərdə Mərkəzi Klinikada ölkəmizdə
ilk dəfə olaraq “kateter vasitəsilə ürəyin aortal qa-
pağının protezləşdirilməsi”əməliyyatı icra edil-
mişdir. Əməliyyat Mərkəzi Klinikanın baş həkimi,
ürək-damar cərrahı, dos. dr. Kamran Musayev və
komandası tərəfindən həyata keçirilmişdir. Ürəyin
qapaq xəstəlikləri ölkəmizdə də kifayət qədər ge-
niş yayılmışdır. Son illərdə qapaq xəstəliklərinin
müalicəsində də ölkəmizin kardiologiyası və ürək-
damar cərrahiyyəsi ciddi nailiyyətlər əldə etmişdir.
Qapaq xəstəliklərinin müalicəsində ən müa-
sir nailiyyət ürək qapaqlarının kateter vasitəsilə
protezləşdirilməsidir. Xüsusilə yaşlı və ciddi riskli
xəstələrdə bu metod effektiv bir metod kimi qəbul
olunur. Çünki bu xəstələrdə açıq (klassik) metodla
əməliyyatın riski olduqca yüksəkdir.
Dos. Dr. Kamran Musayevin verdiyi məlumata
görə, TAVİ (transcatheter aortic valve implanta-
tion) adlanan bu əməliyyat dünyanın ən qabaqcıl
ölkələrində son 10 ildə tətbiq olunmağa başlayıb.
ABŞ – da 2007-ci ildən etibarən tətbiq olunur. Bu
metod ciddi riskli qapaq xəstələri üçün bir ümid
yeri, həyat qurtarıcı bir alternativ təşkil edir.
“Bizim xəstəmiz 79 yaşında qadın xəstə idi. Ya-
şını və yanaşı xəstəliklərini nəzərə alaraq klassik
cərrahiyyənin yüksək riskli olduğunu düşündük və
TAVİ metoduyla xəstəmizi müalicə etməyə qərar
verdik. Lazımi hazırlıq proseduralarından sonra
xəstəmizdə TAVİ əməliyyatını uğurla icra etdik. Onu
da qeyd etmək istəyirəm ki, bu əməliyyat üçün cid-
di infrastruktur və kadr hazırlığı tələb olunur. İki ilə
yaxındır ki, biz Mərkəzi Klinikada bu əməliyyatları
başlatmaq üçün hazırlaşırdıq. Hərtərəfli hazırlıqları
başa vurduqdan sonra bu əməliyyatları icra etməyə
başlamışıq. Bu əməliyyatlar tam bir komanda işi-
dir. Klinikamızda da kardioloqlar, kardiocərrahlar,
anestezioloqlar və reanimatoloqların birgə əməyi
nətəcəsində TAVİ əməliyyatını icra edə bildik. Xüsusi
kateterlər vasitəsilə ürəyin zirvə nahiyəsindən aortal
qapağı implantasiya etdik. Açıq ürək əməliyyatına,
ürəyin dayandırılmasına, süni ürək qan dövranına
ehtiyac olmadan əməliyyatı uğurla başa vurduq” –
deyə Dr. Kamran Musayev qeyd etmişdir
Son illərdə kardiologiya sahəsində edilən ən böyük
yeniliklərin başında əmeliyatsız aorta qapaq dəyişməsi
TAVİ əməliyyatı gəlməkdədir. Xüsusilə irəli yaşlarda
ürəyin ana arteriya (aorta) ilə ürək arasında olan ürək
qapağında (aorta qapağı) meydana gələn kalsifikasi-
yalar bu qapağın işləyişini pozmaqdadır. Bu vəziyyət,
ürəyin bədənə qan pompalamasına təsir etməkdədir.
Xəstələrdə sinə ağrısı, ani bayılma, nəfəs darlığı,
ürək döyünməsi və ani ölümə qədər bir çox əlamət
verməkdədir. Ciddi simptomatik aorta darlığının gedişi
ən pis xərçəng növü olan ağciyər xərçəngindən daha
pisdir (5 illik yaşama şansı% 3ün altında). Bu xəstəliyin
son illərə qədər bilinən ideal müalicəsi sinə qəfəsi açı-
laraq əməliyyatla yeni qapağın aorta qapağı yerinə
implantsiyasıydı. Yaşı irəliləmiş və başqa xəstəliklərinin
olması səbəbiylə əməliyyat edilə bilməyən xəstələrdə
tək müalicə forması dərman idi. Ancaq dərman
müalicəsinin bu xəstələrdə qalıcı heç bir faydası ol-
mamışdır. Buna görə döş qəfəsi açılmadan qapaq
yerləşdirmə əməliyyatı inkişaf etdirildi (TAVI- sinə
qəfəsi açılmaksızın ameliyatsız olaraq aorta qapaq
ilişməsi). TAVİ metoddan bu xəstələrin müalicəsində
inqilabi bir görüşdür.
TAVİ üsulu Kimlərə tətbiq edilməlidi?
Sizinlə maraqlanan kardioloqa və ürək damar cərrahiyyəsi
mütəxəssislərinin birlikdə qiymətləndirməsi nəticəsində,
əgər açıq ürək əməliyyatı riskli isə, TAVİ üçün uyğun bir
namizəd deməkdir. Xüsusilə yaşı irəliləmiş, ürək xəstəliyi
xaricində ciddi başqa xəstəlikləri olan, ümumi anestezi
almanın təhlükəli olduğu düşünülən xəstələr ilə ümu-
mi vəziyyəti düşkün xəstələr, TAVİ üsuluyla aorta qapaq
dəyişməsinin uyğun olduğu xəstələrdir. Bu xəstələrdə
TAVİ üsulu və açıq ürək əməliyyatı müqayisədə ölüm
riski TAVİ edilən xəstələrdə daha aşağıdır. Bununla
birlikdə qanama, iflic riskləri TAVİ xəstələrində az da
olsa görülə bilən bir ağırlaşmalardır .
Tavi əməliyyatları edildikdən sonra Gündəlik
Həyata Nə Zaman başlayır?
Tavi əməliyyatının ən böyük üstünlüklərindən biri də
erkən dövrdə hərəkət etməyə, və gündəlik həyata keçişə
icazə verməsidir. Əməliyyatdan sonra bir neçə gün
həkim tərəfindən xəstəxanada nəzarət altında tutulur.
Bu müddət içərisində və sonrasında həkim tərəfindən
qan durulducu müalicə verilir. Standart yatış zamanı və
təqib bitdikdə xəstə evə, gündəlik həyatına dönür.
Bugünlərdə Mərkəzi Klinikanın baş həkimi,
ürək-damar cərrahı Dr. Kamran Musayev
tibb elmləri doktoru alimlik dərəcəsinə
layiq gorülmüşdür. Bununla əlaqədar
Azərbaycan Respublikası Prezinden-
ti Yanında Ali Attestasıya Komissiyasının
Rəyasət Heyətinin toplantısı təşkil olun-
muş və baş həkimimizə Tibb Elmləri Dok-
toru elmi dərəcəsini təsdiq edən diplom
təqdim olunmuşdur. Onu da qeyd etmək
lazımdır ki, Dr. Kamran Musayev müstəqil
Azərbaycanda ürək-damar cərrahiyyəsi ix-
tisas şifri üzrə Tibb Elmləri Doktoru elmi
dərəcəsi alan ilk mütəxəssisdir. Dr. Kamran
Musayevi MK-nın bütün kollektivi adından
təbrik edir, daha böyük uğurlar arzulayırıq.
Dostları ilə paylaş: |