Axundova Əsmər Əliağa qızı 1 mart 1981-ci
ildə Bakı şəhərində anadan olmuşdur.
1997-ci ildə Azərbaycan Dövlət Tibb
Universitetinə daxil olmuş və 2003-cü ildə
həmin Universiteti fərqlənmə Diplomu ilə bi-
tirmişdir. 2003-2004-cü illərdə M.Nağıyev
adına Təcili Tibbi Yardım Xəstəxanasında in-
ternatura keçmiş, oranı həkim-cərrah kimi bi-
tirmişdir. 2005-ci ildə Ə.Əliyev adına Həkimlərin
Təkmilləşdirmə Institutunda “Mama-Gineko-
logiya“ üzrə təkmilləşdirmə kursu keçmişdir.
Əsmər Axundova 2007-ci ildə Mərkəzi Klinikada
həkim - ginekoloq kimi işə başladı. 2008-ci ildə
Ankara Universiteti, Kadın Doğum Anabilim Da-
lında 8 aylıq ixtisaslaşma kursu keçib, daha son-
ra Mərkəzi Klinikada öz fəaliyyətini davam etdir-
mişdir. 2009- cu ilin sentyabrında Avstriya Dövləti, Vyana şəhərində Vyana
Universitetinin Xəstəxanasının (Algemeines Krankenhaus) Qadın Doğum
bölümündə elmi işci kimi 9 aylıq kursa başlamış və 2010-cu ilin avqustundan
2014 iyununa qədər həmin bölümdə mama-ginekoloq kimi rezedentura keç-
mişdir. Bu müddətdə rotasiya şəkilində Qadın Doğum kafedrasında aşağıda-
kı bölmələrdə asistent-həkim kimi çalışmışdır: 1.Obstetrik və feto-maternal
Tibb, 2.Ümumi Ginekologiya və Onkologiya, 3.Endokrinologiya və Repro-
duktion Tibb,4.Senologiya-Mammologiya. Bu 4 il ərzində hər bir bölmədə
sərbəst şəkildə qeysəriyyə əməliyyatı, doğum, laporoskopik və endoskopik
əməliyyatlar, abdominal və vaginal əməliyyatlar icra etmişdir.
Əsmər Axundova 2014-cü ilin sentyabrından Mərkəzi Klinikada sərbəst
mütəxəssis həkim-ginekoloq kimi fəaliyyətə başlamışdır.
Dostları ilə paylaş: