Metodun əsası nədir?
- Əvvəllər əməliyyat zamanı xəstənin nəbzi aşa-
ğı düşürdülürdüsə, indi bunun əksi olaraq, biz özü-
müz xəstənin nəbzinin daha da yüksəlməsinə, ürəyin
hərəkətinin artmasına şərait yaradırıq. Qanın hərəkəti
artdıqca axın keyfiyyəti artır və nəticədə trombun da-
marda ilişib qalma ehtimalı azalır. Bundan əlavə da-
marlardakı trombları tromboektomiya kateterləri ilə
çıxarırıq. Bizim yaratdığımız bu metodun təqdimatını
hazırlayırıq. Avropada keçiriləcək konfransda bu meto-
du təqdim edəcəyik və bu sahədə öz həmkarlarımızla
təcrübəmizi bölüşəcəyik.
Dostları ilə paylaş: |