Dr. Firdovsi İbrahimov 2005-ci ilin fevral ayından
etibarən Mərkəzi Klinikada çalışır. Bugünədək neçə
əməliyyat hayata keçirmisiniz ?
- Bu günə qədər təxminən 30 000-dən artıq pasient
qəbul etmişik və 6000-dən çox stend implantasiyası
əməliyyatı aparmışıq.
Ən gənc xəstəniz neçə yaşında olub?
- Ən gənc xəstəm 18 yaşlı bir gənc olub. Damar cırılma-
sı müəyyən edib, xəstəyə stend qoymuşduq.
Ürək xəstəliyinin ilkin əlamətləri hansılardır?
- Ürək xəstəliyi Azərbaycanda yetişkin qadın və kişilərdə
başda gələn ölüm səbəblərindən biridir. Ürək damar
xəstəliklərinin ilkin əlamətləri əsasən sinədə yaranıb sol
qola, kürəyə, sol çənəyə və nadirən də döş qəfəsinin
sağ tərəfinə yayılan göynəmə, yandırma, sıxıcı tərzdə
ağrılar, təngnəfəslikdir.
Dostları ilə paylaş: |