Yəqin ki, əməliyyat zamanı bir çox maraqlı hallarla rast-
laşırsınız. Xatırladığınız ən maraqlı hadisə hansıdır?
- Əməliyyat zamanı maraqlı deyil, daha çox həyəcanlı
anlar yaşaya bilirik. Çünki işimiz insan həyatı ilə bağ-
lıdır. Ən həyəcanlı hal ölüm ayağında olan xəstələrə
müdaxilə edib həyata qaytara bilməkdir. Ürək xəstəliyi
belədir ki, xəstə saniyələr içində ya vardır, ya yoxdur.
Bu da həkimin hər şeydən əvvəl operativ və düzgün
qərar qəbul etməsindən asılıdır. Buna görə də həkimlər
soyuqqanlı davranmalı, həmin vaxt hər hansı bir hissi
özünə yaxın buraxmamlıdır. Ürək xəstəliyinin 90 %-i
ağır xəstə olduqları üçün rahat xəstə anlayışı demək
olar ki, olmur. Hər gün demək olar ki, eyni ağırlıq
dərəcəsində xəstələrlə rastlaşdığımdan bu mənim üçün
adi hal alıb. Hər biri fərqli, tibbi cəhətdən öyrədici oldu-
ğu üçün içlərində ayıra biləcəyim xəstə yoxdur.
Dostları ilə paylaş: |