Sizin nəinki peşəkar həkim, həmçinin bir müəllim si-
manız var, ölkədə kadrların yetişməsində mühüm rol
oynayırsınız...
- Türkiyədən qayıtma səbəbim ölkədəki gənc həkimlərlə
öz təcrübəmi bölüşmək, bildiklərimi kimlərəsə öyrətmək
istəyidir. Niyə bizdən də bacaraqlı həkimlər olmasın?
Orda təhsil alarkən mən bu haqda çox düşünmüşəm.
Fikirləşirdim ki, ölkəyə qayıtdıqdan sonra mərkəzləşdirilmiş
bir kardiologiya şöbəsi yaratmaq olar. Mən 2005-ci ildə
bura gələndə 3 nəfər angioqrafiya edən həkim var idi.
Professional şəkildə Exokardioqrafiya edən həkim sayı isə
7-8 nəfərə çatırdı. Türkəçarə dediyimiz müalicə üsulundan
daha çox istifadə edilirdi. Xəstələr xəstəliyin ən son anın-
da mütəxəssis həkimlərə müraciət edirdilər. Dövlətin ciddi
dəstəyi ilə ölkədə bu sistemin qurulmasına başlanıldı və
işlər uğurla davam etdirilir. Türkiyədəki tərəfdaşlarımızla
əlaqələrimiz geniş olduğu üçün xəstəxanadaxili kadr-
ların yetişdirilməsi məqsədilə dövlət xətti ilə 300-ə ya-
xın həkimin orada təcrübə keçməsinə nail olmuşuq. Hal
hazırda da bu işi davam etdirərək rezident-hıkimlərin
yetişdirilməsi ilə məşğuluq.
Dostları ilə paylaş: |