Bu müddət ərzində nə kimi yeniliklər tətbiq etmisiniz?
- Yeniliklərimiz çoxdur. Tibbi cəhətdən etdiyimiz
yeniliklərdən sadəcə biri barədə məlumat verim. Xüsusilə
infarkt keçirimiş xəstələrdə stendqoyma zamanı yaran-
mış damar daxili trombların qarşısını almaq sahəsində
böyük irəliləyiş əldə etmişik. Nəticələr mükəmməldir.
Dünyanın ən qabaqcıl mərkəzlərindən daha öndəyik.
Damarı açdığımız zaman damarda tromblaşmalarla
rastlaşa bilərik və yaxud “Yavaş axın” dediyimiz prob-
lem yarana bilər. Bununla xəstənin ürəyinin dayanma və
ya təzyiqi tamamilə düşmə ehtimalı artır. Bu çox ciddi
bir problemdir. Biz bununla illərdir mübarizə aparırdıq.
Uzun illərin təcrübəsi və öz ixtiralarımız nəticəsində bu
problemin fərqli əməliyyat metodlarını inkişaf etdirdik.
Hal-hazırda xəstələrin əməliyyat riski 90 % azalmışdır.
Ümumiyyətlə deyim ki, Mərkəzi Klinikanın kardiologi-
ya şöbəsi ölkənin ən böyük kardiologiya mərkəzidir.
Dünya praktikası ilə müqayisə etdikdə görürük ki, bizdə
xəstələrə göstərilə bilməyən prosedura yoxdur: Exokar-
dioqrafiya, tredmil-test, fetal exokardioqrafiya, koronar
angioqrafiya, stentqoyma prosedurları və s. Əvvəllər
bütün angioqrafik müayinələr və stentqoyma prosedur-
ları femoral arteriyadan (bud nahiyəsindən) aparılırdı.
Hal-hazırda xəstələrin 95%-inin prosedurlarının radial
arteriyadan (mil arteriyasından, sağ və ya sol biləkdən)
aparırırq. Bu həm xəstəyə daha komfortludur, həm də
xəstə angioqrafiyadan sonra ortalama 45 dəqiqə sonra
evə gedə bilir. Bunu bütün xəstələrə, hətta 80-90 yaşlı
xəstələrə də tətbiq edirik. Bu sahədə böyük təcrübəmiz
olduğundan bizim mərkəzdə ağırlaşma faizi digər
mərkəzlərlə müqayisədə çox aşağıdır. Bununla biz hətta
Avropa mərkəzləri ilə rəqabət aparacaq səviyyədəyik.
Dostları ilə paylaş: |