Azərbaycanda xəstələrin bir çoxunun Türkiyə, İran və
digər xarici ölkələrə müraciət etməsinin səbəbi sizcə
nədir?
- Bu hal əvvəlki illərlə müqayisədə çox-çox azalıb. İrana
getmə səbəbləri bir növ alışqanlıq halını almışdı. İran
tərəfini reklamı da ölkəmizdə geniş yayılıb. Türkiyəyə
isə, insanlarımız daha çox turistik məqsədlə gedirlər və
qiymətlər arasında böyük fərq olmadığını görüb həm də
ümumi müayinələrdən keçirlər. Digər Avropa ölkələrinə
gəldikdə isə deyə bilərəm ki, artıq əvvəlki axın yoxdur.
Çünki ölkəmizdə bütün növ xəstəliklərin dünya stan-
dartlarına uyğun müayinə və müalicəsi mövcuddur.
Dostları ilə paylaş: |