MƏRKƏZİ KLİNİKA
BÜLLETEN-2 | DEKABR 2014
5
Özünüzü necə təqdim edərsiniz, necə xasiyyətlisiniz?
- İşini sevən peşəkar həkim kimi... Xasiyyətim mülayim-
dir. Bəzən sərtləşirəm. Amma bunlar məncə normaldır.
Hər bir insanın sərtləşdiyi vaxtlar olur. Əslində bu haqda
heç düşünməmişəm (gülür)...
Siz həftənin 7 günü 24 saat işləyirsiniz aktiv şəkildə
işləyirsiniz, telefonunuz hər zaman açıqdı.
- Bizim işimiz belədir, çünki ürək xəstələrinin vəziyyətinin
nə zaman ağırlaşacağı bəlli deyil. Ürək elə bir orqan-
dır ki, burada hər bir dəqiqənin, saniyənin öz hökmü
olur. Ani bir gecikmə xəstənin həyatı bahasına başa
gələ bilər. Bu bizim işimizdir, işimizi sevdiyimiz kimi,
həmçinin məsuliyyətni də dərk etməliyik.
Dostları ilə paylaş: