Yeni minillikdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilmişdir



Yüklə 20,08 Kb.
səhifə2/2
tarix18.11.2022
ölçüsü20,08 Kb.
#69816
1   2
Qlobal Ekoloji Problemlər

1.Avropanın mərkəzi rayonları.
2.Asiyanın şərq, cənub və cənub-şərq hissələri.
3.Şimali Amerikanın mərkəzi.
Bu ərazilərdə təbii ekoloji sistemlərin yalnız 5-10%-i qalmışdır.
Təbii mühitin insan sağlamlığına təsirini və xəstəliklərin Yer kürəsində yayılmasını coğrafiyanın və səhiyyənin qolu olan tibbi coğrafiya elmi öyrənir. Tibbi coğrafiyanın əsas məqsədi təbii şəraitin yaxşılaşdırılmasına və bununla da insanların sağlamlıq səviyyəsinin yüksəlməsinə nail olmaqdır. Hazırda dünyada ekoloji problemlərin təsirindən ürək-damar, bədxassəli şişlər, QİÇS, quş qripi, donuz qripi və bir sıra xəstəliklər yayılmışdır.
Ekoloji problemlərin həllinin 3 əsas yolu müəyyən olunmuşdur.
1) Birinci yol müxtəlif təmizləyici qurğuların istehsalı, alternativ enerji mənbələrinə keçid, zibilin emalı və ləğv edilməsi, torpaqların rekultivasiyası və s. Tədbirlərdən ibarətdir.
2) İkinci yol az tullantılı və tullantısız texnologiyalara keçidi nəzərdə tutur. Bu həll yolu böyük miqdarda vəsait tələb etsə də, ən səmərəli hesab olunur.
3) Üçüncü yol çirkli təsərrüfat sahələrinin daha optimal yerləşdirilməsini nəzərdə tutur. Belə sahələrə kimya və neft-kimya, metallurgiya, sellüloz-kağız sənayesi, istilik energetikası, tikinti materialları istehsalı aiddir.
Dünya ölkələrində ekoloji problemləri həll etmək məqsədilə ekoloji siyasət həyata keçirilir. Təbiətin qorunması üçün müxtəlif beynəlxalq təşkilatlar yaradılmışdır; onlara YUNEP (BMT-nin tərkibində), “Qrinpis” (müstəqil təşkilat) və s. Daxildir.
Ərazilərin ekoloji vəziyyətini müəyyənləşdirmək üçün ekoloji monitorinq və ekspertizalar aparılır. Dövlətlər təbiətin qorunması üçün uyğun normalar müəyyən edir, mühitin vəziyyətinin dəyişmə dərəcəsini yoxlayır. Bu yoxlamaların nəticələrinin mövcud normalara uyğunluğunun kompleks şəkildə öyrənilməsi ekoloji audit adlanır. Ekoloji sistemlərin müəyyən ərazi daxilində tarazlıq vəziyyətində olmasına ekoloji norma deyilir.
Yüklə 20,08 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin