2017v3
71
4.2.1. Maneəni sağdan keçmə.
4.2.2. Maneəni soldan keçmə.
4.2.3. Maneəni sağdan və ya soldan keçmə.
4.3. Dairəvi hərəkət. Ancaq oxlarla göstərilmiş istiqamətdə hərəkətə icazə verilir.
4.4. Minik avtomobillərinin hərəkəti. Bu nişan minik avtomobillərinin, avtobuslann, motosikletlərin və icazə
verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərinin hərəkətinə icazə verir. Bu nişan işarələnmiş
sahədə yerləşən müəssisələrdə xidmət edən, habelə həmin sahədə yaşayan vətəndaşlara xidmət edən və ya məxsus
olan digər nəqliyyat vasitələrinin hərəkətinə də icazə verir. Belə hallarda nəqliyyat vasitələri işarələnmiş sahəyə
təyinat yerinə ən yaxın yolayncından girib-çıxmalıdıriar.
4.5. Velosiped zolağı. Ancaq velosipedlərin və mopedlərin hərəkətinə icazə verilir. Səki və ya piyada keçidinin
olmadığı yerlərdə velosiped zolağında piyadalar da hərəkət edə bilər.
4.6. Piyada zolağı. Ancaq piyadaların hərəkətinə icazə verilir.
4.7. Minimum sürətin məhdudlaşdırılması. Ancaq nişanda göstərilmiş həddə (km/saat) bərabər və ya artıq
sürətlə hərəkət etməyə icazə verilir.
4.8. Minimum sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağı.
4.9.1,
4.9.2,
4.9.3. Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti. "Təhlükəli
yük" tanınma nişanı ilə işarələnmiş NV-nin hərəkətinə ancaq nişanda göstərilmiş istiqamətdə icazə verilir: 4.9.1 -
sola, 4.9.2 - düzünə və 4.9.3 - sağa.
Dostları ilə paylaş: