VI. Mühərrik
1) İşlənmiş qazlarda zərərli maddələrin miqdarı və onların tüstülənməsi dövlət standartlarında müəyyən edilmiş
kəmiyyətlərdən çox olduqda.
2) Yanacaq sisteminin hermetikliyi pozulduqda.
3) İşlənmiş qazları xaricetmə sistemi saz olmadıqda nasazlıq aradan qaldırılır.
4) Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə
normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə.
VII. Konstruksiyanın digər ünsürləri
1) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş arxanı göstərən güzgü, şüşə olmadıqda.
2) Səs siqnalı işləmədikdə.
3) Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını
zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə
və plyonka) çəkildikdə.
Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı
buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-
şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun
pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə
və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.
4) Konstruksiyada nəzərdə tutulmuş kuzov və ya kabinə qapılarının qıfılları, yük platforması bortlarının
cəftələri, sistern boğazının və yanacaq bakı tıxacının cəftələri, sürücünün oturacağının vəziyyətini nizamlayan
mexanizm, qəza çıxış yerləri və onları hərəkətə gətirən qurğular, qapıları idarə edən ötürücü, spidometr, taxoqraf,
ilin mövsümi şəraitlərindən asılı olaraq şüşəqızdıran və havaüfürən işləmədikdə.
5) Konstruksiyada nəzərdə tutulmuş arxa mühafizə qurğusu, palçıqdan qoruyan fartuklar və brızqoviklər
olmadıqda.
6) Yedəkçinin və qoşquların ilişmə-dartı və ilişmə-dayaq qurğuları nasaz olduqda, habelə onların
konstruksiyalarında nəzərdə tutulmuş sığorta trosları (zəncirlər) olmadıqda və ya nasaz olduqda. Motosikletin
çərçivəsi ilə yanqoşqunun çərçivəsi birləşən yerdə lüft olduqda.
7) Aşağıdakılar olmadıqda:
avtobusda, minik və yük daşıyan avtomobillərində, təkərli traktorda — dərman qutusu, odsöndürən, qəza
dayanma nişanı (yanıb-sönən qırmızı fənər);
icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərində və icazə verilmiş maksimum kütləsi
5 tondan çox olan avtobuslarda — diyirlənməyə qarşı dayaqlar (azı ikisi);
yanqoşqulu motosikletdə — dərman qutusu, qəza dayanma nişanı (yanıb-sönən qırmızı fənər).
8) Operativ və xüsusi xidmətlərə məxsus olmayan nəqliyyat vasitələrində dövlət standartlarında nəzərdə
tutulmuş işartılı mayakcıqlardan, səs çaları növbə ilə dəyişən səs siqnallarından və rəng qrafikası sxemlərindən
istifadə olunduqda.
9) Təhlükəsizlik kəmərləri nəqliyyat vasitələrinin konstruksiyasında nəzərdə tutulduğu halda belə kəmərlər
olmadıqda və ya onlar kəmərləri yararsız olduqda.
10) Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının standartın tələblərinə cavab vermədikdə. Dövlət qeydiyyat
nişanlarının rəqəmləri və hərfləri yük daşıyan avtomobillərinin, qoşquların (minik avtomobillərinin və motosikletlərin
qoşqularından başqa) və avtobusların (xüsusi kiçik avtobuslardan başqa) kuzovunun arxa divarında təkrar və
rəqəmlərin hündürlüyü ən azı 300 mm, eni azı 120 mm, cizginin qalınlığı 30 mm, hərflərin ölçüsü rəqəmlərin 2/3-si
2017v3
62
qədər olunmadıqda, tramvay və trolleybuslarda müvafiq idarələrin verdikləri verdikləri dövlət qeydiyyat nişanları
yazılmadıqda.
11) Motosikletdə konstruksiyada nəzərdə tutulmuş təhlükəsizlik qövsü olmadıqda.
12) Motosikletlərin və mopedlərin yəhərində əyləşmiş sərnişin üçün onların konstruksiyasında nəzərdə
tutulmuş köndələn əl tutacaqları və ayaqaltılar olmadıqda.
13) Tormoz sistemlərinin, sükan idarəsinin, digər qovşaq və aqreqatların müəyyənləşdirilmiş tələblərə uyğun
gələn əlavə elementləri konstruksiyada nəzərdə tutulduğu halda, qurulmadıqda nasazlıq aradan qaldırılır.
Dostları ilə paylaş: |