II. Sükan idarə mexanizmi
1) Sükan idarə mexanizmində lüftün cəmi aşağıdakı son hədd qiymətlərindən çox olduqda:
Nəqliyyat vasitəsinin növü
Cəmi lüftün son hədd qiymətləri,
(dərəcə ilə), ən çoxu
Minik avtomobilləri və onların bazasında yaradılmış yük
avtomobilləri və avtobuslar
10
Avtobuslar
20
Yük daşıyan avtomobillər
25
2) Detal və qovşaqların konstruksiyada nəzərdə tutulmayan yerdəyişməsinə yol verildikdə; yivli birləşmələr
müəyyənləşdirilmiş üsulla burulub bağlanmadıqda və ya bərkidilmədikdə.
3) Konstruksiyada nəzərdə tutulmuş sükan idarə gücləndiricisi və ya sükan dempferi (motosikletlər üçün)
nasaz olduqda və ya ümumiyyətlə olmadıqda istismarı qadağan edilir.
Dostları ilə paylaş: |