Yol hərəkəti haqqında


Maddə 85. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə89/130
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#39772
1   ...   85   86   87   88   89   90   91   92   ...   130
yhq az

Maddə 85. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq 

icra hakimiyyəti orqanı əməkdaşının hərəkətləri 

Yol  hərəkəti  təhlükəsizliyinə  nəzarəti  həyata  keçirən  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 

orqanının əməkdaşı: 

1) Qanunla ona verilmiş səlahiyyətlər daxilində öz vəzifələrini yerinə yetirir; 

2) nəqliyyat vasitəsini idarə edən şəxslərdən aşağıdakı hallarda nəqliyyat vasitəsini dayandırmağı tələb edir:

  

- nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin 

təmin  edilməsi  qaydalarının  pozulduğu  vizual  şəkildə  aşkar  edildikdə,  yol  hərəkəti  qaydaları  və  yol  hərəkəti 

təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə 

inzibatı tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə 

görə  nəqliyyat vasitəsinin  saxlanılması  barədə  məhkəmə  və  ya  müvafiq  icra  hakimiyyəti  orqanının  qərarı  olduqda, 

habelə  nəqliyyat  vasitəsini  idarə  edən  şəxs  tərəfindən  inzibati  xətanın  törədilməsi  barədə  radio-cihaz  vasitəsilə 

müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda;  

- nəqliyyat vasitəsi axtarışda olduqda;  

- nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya 

cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda;  

-  bu  Qanunun  37-ci  maddəsinin  III  hissəsində  nəzərdə  tutulmuş  hallarda  bu  nəqliyyat  vasitəsindən  istifadə 

etmək zərurəti yarandıqda.  

Qeyd:  Nəqliyyat  vasitəsi  bu  Qanunun  37-ci  maddəsinin  I  hissəsinin  1-ci  bəndində  nəzərdə  tutulmuş  sənədlərin 

yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər. Nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə 

işarə verməklə  və ya səsgücləndirici  cihaz vasitəsilə  nəqliyyat  vasitəsini  idarə  edən  şəxsin  aydın  görə və  ya  eşidə 

biləcəyi şəkildə tələb edilməlidir. Nəqliyyat vasitəsinin dayandırılması tələbi sürücü tərəfindən yerinə yetirilmədikdə, 

pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi, hərəkət istiqaməti, dövlət qeydiyyat nişanı və 

digər mühüm əlamətləri göstərilməklə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşlarına radio-cihaz vasitəsilə 

məlumat  verilir  və  bundan  sonra  yazılı  formada  müvafiq  raport  tərtib  edilir.  Nəqliyyat  vasitəsinin  qanunsuz  ələ 

keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud 

nəqliyyat  vasitəsinin  sürücüsü  öz  hərəkətləri  ilə  insan  həyatına  və  sağlamlığına  real  təhlükə  yaratdıqda,  nəqliyyat 

vasitəsinin  dayandırılması  tələbini  yerinə  yetirməyən  sürücünün  nəqliyyat  vasitəsi  təhlükəsizlik  şərtlərinə  əməl 

edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib 

edilə  bilər,  həmin  nəqliyyat  vasitəsinin  dayandırılmasına  başqa  imkan  olmadıqda  isə  bu  məqsədlə  məcburi 

dayandırma vasitələrindən istifadə edilə bilər.  

3) nəqliyyat vasitəsi dayandıqda ona yaxınlaşır, özünü nəqliyyat vasitəsinin sürücüsünə təqdim edir və bundan 

sonra  ona  dayandırılmanın  səbəbini  bildirərək  ondan  bu  Qanunun  37-ci  maddəsinin  1-ci  hissəsinin  1-ci  bəndində 

göstərilən sənədləri təqdim etməyi tələb edir; 



Qeyd:  Azərbaycan  Respublikası  Prezidentinin,  Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatlarının,  Azərbaycan 

Respublikası  Baş  Nazirinin,  Azərbaycan  Respublikasının  İnsan  hüquqları  üzrə  müvəkkilinin  (ombudsmanın), 

Məhkəmə-Hüquq Şurasının üzvlərinin və Azərbaycan Respublikası hakimlərinin şəxsiyyəti, həmin şəxslərin xidməti və 

şəxsi nəqliyyat vasitələri toxunulmaz olduğuna görə onların yoxlanılmasına və ya inzibati qaydada tutulmasına yol 

verilə bilməz.  

4)  nəqliyyat  vasitəsini  idarə  edən  şəxsin  sənədləri  qaydasındadırsa  və  o,  yol  hərəkəti  qaydalarını 

pozmamışdırsa, ona hərəkəti davam etməyə icazə verir; 

6)  aşkar  edilmiş  yol  hərəkəti  qaydalarının  pozuntusu  faktı  üzrə  inzibati  xəta  haqqında  protokol  tərtib  edir 

(qaydanı bir neçə şəxs pozmuşdursa, onlardan hər biri barədə ayrıca inzibatı protokol tərtib edir). 

7)  qaydanı  pozan  şəxs  yol-nəqliyyat  hadisəsi  yerini  tərk  etmişsə,  bu  haqda  şahidlər  barədə  məlumatları 

göstərilməklə raport tərtib edir və onu tabeçilik üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının 

yuxarı vəzifəli şəxsinə təqdim edir; 

8)  şəxsin  alkoqol,  narkotik  vasitələr,  psixotrop  maddələrdən  və  ya  güclü  təsir  göstərən  digər  maddələrin 

istifadə  edilməsi  nəticəsində  sərxoş  vəziyyətdə  nəqliyyat  vasitəsini  idarə  etdiyini  müəyyən  etmək  üçün  texniki 

vasitələrdən istifadə edir və ya onun tibbi müayinədən keçirilməsini təşkil edir.  

Qeyd: Nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina 

etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən 

keçirilir. 



2017v3 

57 


 

9) dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və ya onunla birlikdə gedən  sərnişinlərdən hər hansı 

birində  sürücülük  vəsiqəsi,  nəqliyyat  vasitəsinin  qeydiyyat  şəhadətnaməsi,  habelə  həmin  nəqliyyat  vasitəsini  idarə 

etmək hüququ verən digər əsas olmadıqda; nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra 

hakimiyyəti orqanının qərarı olduqda; nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda 

(saxta və ya qeyri-standart olduqda); dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi onu idarə 

edən  şəxs  tərəfindən  təqdim  edilmiş  nəqliyyat  vasitəsinin  qeydiyyat  şəhadətnaməsindəki  rəqəmlərə  uyğun 

gəlmədikdə; dayandırılmış nəqliyyat vasitəsi alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin 

istifadə  edilməsi  nəticəsində  sərxoş  vəziyyətdə  olan  şəxs  tərəfindən  idarə   olunduqda  və  onunla  birlikdə  gedən 

sərnişinlərdən  birində  sürücülük  vəsiqəsi  olmadıqda;  nəqliyyat  vasitəsində  normativ  tələblər  pozulmaqla  avadanlıq 

quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər 

çəkildikdə,  nəqliyyat  vasitəsi  müvafiq icazə  olmadan  xüsusi  səs  (çoxavazlı)  və  ya  sayrışan  işıq  siqnalları  ilə  təchiz 

edildikdə,  icazə  verilən  qabarit,  çəki  və  yüklə  birlikdə  oxa  düşən  kütlə  parametrlərinə  dair  tələblər  pozulmaqla, 

yüklənən  iriqabaritli  və  ya ağırçəkili  nəqliyyat  vasitələri  ümumi istifadədə  olan  avtomobil  yollarında idarə  edildikdə 

nəqliyyat vasitəsi yol hərəkətində iştirakdan kənarlaşdırılır və göstərilən səbəblər aradan  götürülənədək müvəqqəti 

olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracaqlarında saxlanılması 

üçün nəqliyyat vasitələrini müəyyən edilmiş qaydada oraya göndərir (nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə 

olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən 

şəxsə verilir); 

Qeyd:  3  saat  ərzində  nəqliyyat  vasitəsinin  saxlanılması  səbəbini  yerində  aradan  qaldırmaq  mümkün  olduqda, 

nəqliyyat vasitəsi onu yol hərəkətində iştirakdan kənarlaşdırmış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 

orqanı əməkdaşının yanında saxlanılır. Belə səbəb aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya 

mübahisəli hallar araşdırıldıqdan və ya pozuntuya görə inzibati tənbeh verildikdən dərhal sonra saxlanılmış nəqliyyat 

vasitəsi sahibinə qaytarılır. 

3  saat  ərzində  nəqliyyat  vasitəsinin  saxlanılması  səbəbini  yerində  aradan  qaldırmaq  mümkün  olmadıqda, 

nəqliyyat  vasitəsi  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  mühafizə  olunan  duracağına 

gətirilir. 

Nəqliyyat  vasitəsinin  saxlanılması  səbəbi  aradan  qaldırıldığı  barədə  lazımi  sənədlər  təqdim  edildikdən  və  ya 

pozuntuya  görə  inzibati  tənbeh  verildikdən,  nəqliyyat  vasitəsinin  duracağa  gətirilməsi  və  onun  orada  saxlanılması 

üçün  haqq  ödənildikdən  dərhal sonra, saxlanılmış  nəqliyyat  vasitəsi  sahibinə  qaytarılır.  Belə  nəqliyyat  vasitələrinin 

duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur. 

Nəqliyyat  vasitəsi  qanunsuz  saxlanılmışdırsa  və  ya  lazımi  qaydada  saxlanılmaması  nəticəsində  maddi  zərər 

vurulmuşdursa,  onun  sahibi  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  məhkəməyə 

müraciət edə bilər. 

10)  Bu  Qanunun  52-ci  maddəsinin  IV  və  ya  VI  hissələrində  nəzərdə  tutulmuş  dayanma  və  ya  durma 

qaydalarını  pozmuş  sürücü  nəqliyyat  vasitəsinin  yanında  deyilsə,  Azərbaycan  Respublikası  İnzibati  Xətalar 

Məcəlləsinin  429-5.5-ci  maddəsində  nəzərdə  tutulmuş  qaydada  inzibati  xəta  haqqında  protokol  tərtib  edir  və 

nəqliyyat  vasitəsini  mühafizə  edilən  duracağa  göndərir.  Belə  sürücü  nəqliyyat  vasitəsinin  yanında  olmadığı  və 

nəqliyyat  vasitəsinin  mühafizə  edilən  duracağa  aparılması  mümkün  olmadığı  hallarda  Azərbaycan  Respublikası 

İnzibati Xətalar Məcəlləsinin 429-5.6-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib 

edir və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyur. 



Qeyd:  Nəqliyyat  vasitəsinin  sahibi  inzibati  pozuntuya  görə  müəyyən  edilmiş  cəriməni  verdikdən  və  Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına nəqliyyat vasitəsinin gətirilməsi və 

onun  orada  saxlanılması  üçün  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  məbləğdə  haqq 

ödədikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılır. 

Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər 

vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada 

məhkəməyə müraciət edə bilər. 

11)  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  və  digər  birləşmələrin  nəqliyyat vasitəsini  idarə  edən  hərbi 

qulluqçu  yol  hərəkəti  qaydalarını  pozduğu  haqda,  ümumi  qaydada inzibati  protokol  tərtib  edir  (bu  maddənin  9-cu 

bəndində  nəzərdə  tutulmuş  hallar  varsa,  hərbi  hissənin  nəqliyyat  vasitəsini  idarə  edən  hərbi  qulluqçu  haqqında 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına dərhal məlumat verir); 

Qeyd: Bu protokol müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

qaydanı pozan şəxsin xidmət etdiyi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir. Onlar 

belə fakt üzrə qərar qəbul edib bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat 

verirlər. 

12) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında 

toxunulmazlıq hüququndan istifadə edən əcnəbilərin Azərbaycan Respublikasının ərazisində törətdikləri yol hərəkəti 

qaydalarının pozulması ilə əlaqədar inzibati xətalara görə məsuliyyət məsələsi beynəlxalq hüquq normalarına uyğun 

olaraq həll edilir.  




2017v3 

58 


 

13)  Ümumi  istifadədə  olan  nəqliyyat  vasitəsinin  sürücüsü  yol  hərəkəti  qaydalarını  pozduqda  müntəzəm 

şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün dayandırılmış nəqliyyat vasitəsinin 

sürücüsünə  yol  verdiyi  qayda  pozuntusunu  elan  etdikdən  və  nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyat  nişanını  qeydə 

aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər.  

 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin